Loading...
3 kiçik ibrətamiz hekayə

3 kiçik ibrətamiz hekayə

Loading...
Şeytan

3 kiçik ibrətamiz hekayə

Yaşlı qadın olduqca Allaha bağlı bir adam idi. Hər səhər qapısının ağzına çıxar və uca səslə: " Allahım, bizə verdiyin hər şey üçün sənə şükürlər olsun! " - deyə dua edərdi. Hər dəfə də yan qonşusunun səsi eşidilər, qonşusu səsi çıxdıqca: " Allah yoxdur, Allah yoxdur! " - deyə fəryad qoparardı. Yaşlı qadın bundan nə qədər incisə də, sözündən dönməzdi. Ertəsi gün yenə qapısının ağzına çıxar, dua edər, sonra evinə qayıdardı. Qonşusu da inad olsun deyə ar gücü ilə " Allah yoxdur, Allah yoxdur! " - deyib təsəlli tapmağa çalışardı.
Bir axşam qonşusu yaşlı qadına " tələ qurmağı " qərara aldı. Dükana gediv meyvə, tərəvəz, çörək aldı. Doldurduğu torbaları yaşlı qadının qapısının ağzına qoydu. Ertəsi gün yaşlı qadın qapını açıb torbaları gördü. Əvvəlvə təəccübləndi, sonra əllərini Allaha açıb sevinclə, " Sənə şükürlər olsun, Allahım. Göndərdiyin bu nemətlər üçün sənə şükürlər olsun! " - deyə dua etdi. Bu vaxt ağacın arxasından ona tamaşa edən qonşusu səsləndi: " Allah yoxdur, qadın, Allah yoxdur! O gördüyün şeyləri sənə mən aldım! " . Yaşlı qadın heç halını pozmadı və bu ibrətli sözləri dedi: " Uca Allahım! Sənə nə qədər şükür etsəm, yenə azdır. Həm bu nemətləri mənə göndərmisən, həm də xərcini şeytana ödətdirmisən " ...

Ən qiymətli Şey

3 kiçik ibrətamiz hekayə

Qoca səyyah çayın kənarında qiymətli bir daş tapmışdı. Ertəsi gün o, başqa bir səyyahla qarşılaşdı. Səyyah çox ac idi. Qocadan yemək üçün bir şey istədi. Qoca ona yemək vermək üçün çantasını açanda səyyah qiymətli daşı gördü. Qocadan o daşı ona verməyi xahiş etdi. Qoca heç bir tərəddüdsüz daşı götürüb səyyaha verdi. Nəhayət, bəxti səyyahın üzünə gülmüşdü. Bunları düşünə-düşünə sevinclə qocadan ayrıldı. Ancaq bir neçə gün keçməmişdi ki, yenə qayıtdı. Və qocanı taparaq daşı ona qaytardı. Səyyah qocaya: " Mənə verdiyin daşın nə qədər qiymətli olduğunu bilirəm" , - dedi - " ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə adiləşdirən şey... Onu mənə verə bilərsənmi?..."

Vəsiyyət

3 kiçik ibrətamiz hekayə

Hiss edirdi ki, çox yaşaya bilməyəcək. Artıq yaş da öz işini görmüşdü. Oğullarını yanına çağırdı. Son vəsiyytəni etmək, sonra rahat ölmək istəyirdi:
-Əzizlərim, artıq ömrümə bir şey qalmayıb. Mən öləndən sonra aranızdaa inciklik olmasın deyə, dəvələrimi indidən bölmək istəyirəm. Dəvələrin yarısını böyük oğluma verirəm. Üçdə birini ortancıl, doqquzda birini isə kiçik oğluma verirəm...
Çox keçmədi ki, qoca dünyasını dəyişdi. Nəhayət, dəvələri bölmək vaxtı çatdı. Ancaq qocanın 17 dəvəsi var idi və bu dəvələri nə 2-yə, nə 3-ə, nə də 9-a bölmək mümkün idi. Böyük oğul: " Bu işin öhdəsindən gəlsə-gəlsə, ancaq kəndin ağsaqqalı gələ bilər " , - dedi. Yığışıb ağsaqqalın yanına getdilər. Ağsaqqal onları diqqətlə dinlədi. Sonra: " Mənim də bir dəvəm var. Onu da götürün və dəvələri yenidən bölün" , - dedi. Oğullar ağsaqqalın bu səxavətinə heyran qaldılar. İndi onların 18 dəvəsi var idi. Əvvəlcə, dəvələri 2-yə böldülər. Böyük oğlünün payına 9 dəvə düşdü. Sonra 3-ə böldülər. Ortancıl oğlu 6 dəvə götürdü. Sonra 9-a böldülər. Kiçik oğula da 2 dəvə çatdı. Bütün dəvələri böləndən sonra ortada bir dəvə qaldı. Yenə ağsaqqalın yanına getdilər.
Ağsaqqal məsələni öyərənəndən sonra gülümsədi və: " Mədam ki, dəvələri bölmüsünüz, onda mən öz dəvəmi geri götürürəm", - dedi. Artıq heç bir şübhəyə yer yox idi...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Qismet directioner

8 Fevral 2014 20:56

çox gözəl hekayələr idi..müəllifə təşəkkürlər.

FIORE

29 Avqust 2013 13:02

Maraqlı idi...
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

Yasmina

24 İyul 2013 19:05

Cox gozel hekayelerdiş3 de oxudum xoüuma geldi

Esperanza

2 Mart 2012 22:10

Sitat: MACUTA
Allah razı olsun.zövqlə hər üçünü oxudum

Babydoll

1 Oktyabr 2011 11:14

Sitat: sweet doll
sen da saol,amma o sitat getirdiyin sozu men yazmamisam


Hi Hi Hi Hi:)))Səhv gedibe) aciq
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

WiLdBoY

1 Oktyabr 2011 09:58

Maraqlı hekayələrdi

settar

1 Oktyabr 2011 00:03

hamisi eladi tesekkurler

Duygu

30 Sentyabr 2011 23:55

1 ve 2 ela... her ikisi o qeder cox xos geldi ki... iknci umumiyyetle, qiymetli bildiyimiz bir seyi bezen dogmalarimiza da qiymiriq, qiyanda da ureyimiz yaninda qalir... tesekkur....

Ronnie_7

30 Sentyabr 2011 23:27

Hekaye oxuyacağ halım yoxdu..
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

sweet doll

30 Sentyabr 2011 23:11

Sitat: Babydoll
Chox sag olun hər ikiniz.

sen da saol,amma o sitat getirdiyin sozu men yazmamisam smile

Babydoll

30 Sentyabr 2011 23:03

Sitat: FERHAD_IZ_RAZIN
Allah razi olsun qadasi cox sag ol gozel ve maraqli hekayeler idi

Sitat: sweet doll
Allah razi olsun qadasi cox sag ol gozel ve maraqli hekayeler idi


Chox sag olun hər ikiniz.
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

Ferhad Tagiyev

30 Sentyabr 2011 22:44

Babydoll,
Allah razi olsun qadasi cox sag ol gozel ve maraqli hekayeler idi

sweet doll

30 Sentyabr 2011 22:40

1-ci oxumusdum,ikinci ve3-cu de maraqli hekayelerdi ve ibretamiz anlayana,tskk
ancaq səndə bu daşdan daha qiymətli bir şey var. Bu daşı sənin gözündə adiləşdirən şey... Onu mənə verə bilərsənmi?..."

yeni temiz urek,kiminse temiz ureyine goz salmaqdansa her kes calissin ki onda da temiz urek olsun

Babydoll

30 Sentyabr 2011 22:24

Sitat: MACUTA
Allah razı olsun.zövqlə hər üçünü oxudum.


Allah Səndən də razı olsun!
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

MACUTA

30 Sentyabr 2011 20:25

Allah razı olsun.zövqlə hər üçünü oxudum.
--------------------
Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşa bilərlər ... { Hz. ƏLİ }

H.o.s.T-cu qiz

30 Sentyabr 2011 20:23

maraqlidi

elecTroSh0k

30 Sentyabr 2011 19:42

Ən qiymətli Şey

xmmmm.nəysə!) feel

FLOR

30 Sentyabr 2011 19:29

1 ci daha cox xosuma geldi .. seytanda olsa Allahi dansada amma yaxsi emelindende qallmayib dala ... mence o dilde deyir Allah yoxdunu urekde ise tam basqa insan ola biler

_DecelkA_

30 Sentyabr 2011 19:13

Ucunude oxudum sadece 2-ci mene qapali qaldi.
Ennnnn cox 1-cini beyendim.weytan cildinde olan insanlar oxuyub ibet goturse yaxwi olar.

Aidan

30 Sentyabr 2011 19:03

3nü də oxudum. 1ci daha maraqlı idi)
--------------------
Dream it.
Wish it.
Do it.

Babydoll

30 Sentyabr 2011 18:52

Sitat: Robert_Pattinson
Hamısını oxudum.Bu dəfəkilər çoxda dəyişik hekayələr deyillər,bir qram məntiqi olan insan onsuzda bunların belə olduğunu bilir.


Haminin mentiqi yoxdu ki.
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

VeFaSi_EkSiK_YaRiM

30 Sentyabr 2011 18:50

cox super hekayelerdi birinci hekaye daha gozel idi ALLAH razi olsun

Mr_RoCCo

30 Sentyabr 2011 18:48

3-cü elə də maraqlı olmadı. fellow
--------------------
FaceBook
Instagram - ageelvevo

DReaM

30 Sentyabr 2011 18:46

1ci daha çox ləzzət etdi...

qara07

30 Sentyabr 2011 18:35

hamisini oxudum maraqli idi

Qreqor Zamza

30 Sentyabr 2011 18:29

Hamısını oxudum.Bu dəfəkilər çoxda dəyişik hekayələr deyillər,bir qram məntiqi olan insan onsuzda bunların belə olduğunu bilir.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

pitbull1998

30 Sentyabr 2011 18:15

1-ci hekaye super birilerini oxumaga axot yoxdur
--------------------

Səni Sevirəm

Farawka

30 Sentyabr 2011 18:10

Ela hekayelerdi.Tewekkurler