Loading...
Ən qəribə idman növləri

Ən qəribə idman növləri

Loading...

İdman zallarına getməkdən, futbol, basketbol, voleybol kimi məşhur idman növləri ilə məşğul olmaqdan “doyanlar” üçün onlarla, bəlkə də yüzlərlə maraqlı idman növləri mövcuddur.

Bu da velosiped xokkeyi...

 

Ən qəribə idman növləri

Qəribə idman növləri arasında bir də birtəkərli velosiped xokkeyi var. Qaydaları buz xokkeyi ilə eyni olan bu oyunun buz xokkeyindən yeganə fərqi isə  velosiped üzərində oynanılmasıdır. Artıq 25 ildir Amerika, Avropa və Asiyada müvəffəqiyyətlə təşkil edilən velosiped xokkeyi yarışlarına maraq da kifayət qədər çoxdur. Həm qeyri-adi tarazlıq, həm də qeyri-adi diqqət kimi qabiliyyətlər tələb edən bu idman növü üzrə yarışlar demək olar ki, hər il mütəmadi şəkildə keçirilir.

Kim tutsa, onundur


Ən qəribə idman növləri


”Pendir yuvarlamaq” kimi də məlum olan bu təhlükəli idman növü hər il may ayının 22-də İngiltərənin Qloster şəhərindəki Kuper Təpəsində təşkil olunur. Bu yarışlar bir əsrdən çoxdur ki, təşkil edilir. Təkər formasındakı bir pendir dik bir təpədən aşağı yuvarlanır və onlarla yarış iştirakçısı pendiri tutmaq üçün onun arxasınca yuvarlanır. Təbii ki, təpə çox dik olduğu üçün tez-tez kürək, ayaq və ya qol yaralanmaları da olur. Pendiri tutan yarış iştirakçısı isə pendirə sahib olur.

Palçıqla çayda üzgüçülük

Ən qəribə idman növləri

Üzgüçülük yarışlarının dənizdə, hovuzda keçirildiyini bilirdik, ancaq çayda (həm də palçıqlı çayda) keçirildiyini bilmirdik. İngiltərə və Amerikada təşkil edilən palçıqlı çayda üzmə yarışlarına maraq xeyli çoxdur. Bu yarışda iştirakçılar 54 metrlik bir məsafəyə üzür və bu məsafəni ən qısa vaxtda başa vuran qalib olur. Digər tərəfdən, bu yarışda iştirakçılar başqa üzgüçülük yarışlarından fərqli olaraq dalğıc paltarı da geyə bilərlər. Ancaq dalğıc paltarı geymək sərbəst olsa da, şnorkel (nəfəs almaq üçün alət) və pallet (üzmək üçün alət) geymək məcburidir. Dünya rekordu belə olan bu idman növündə rekord 1 dəqiqə 35 saniyə ilə Filipp Cona məxsusdur.

İnsan atla yarışır

Ən qəribə idman növləri


Heç insan da atla yarışar? Əlbəttə ki, yarışar. Çünki qəribə idman növləri arasında insanın atla yarışdığı “İnsan ata qarşı” adlı idman növü də mövcuddur. Əsasən, Uelsdə təşkil edilən bu idman növündə 35 km-lik bir yolda atlar və insanlar birbirilərini keçməyə çalışırlar. Müxtəlif maneələrin də olduğu bu yarışın ən çətin mərhələsi dik bir təpəyə dırmanmaqdır. Qalib üçün verilən pul mükafatı isə hər il artırılır.

Su altında reqbi

Ən qəribə idman növləri

Sualtı reqbi yarışı 4 metr dərinliyindəki bir hovuzda keçirilir. 11 nəfərdən ibarət 2 komanda topu rəqib komandanın qapısına vurmağa çalışır. Hər iki qapı da suyun altında yerləşir. Su altında həm nəfəs almaq, həm də hərəkət etmək çətin olduğu üçün bu idman növündə tələb olunan əsas qabiliyyətlər həm güclü nəfəsə, həm də güclü əzələyə malik olmaqdır.


Kim birinci çatsa...


Ən qəribə idman növləri

Bu ənənəvi yarış əsasən ailələr arasında
keçirilir. Belə ki, ailədəki güclü cins zəif cinsi belinə alır və bacara bildiyi qədər ən  böyük sürətlə finişə doğru “qaçır”. Bu yarışda qalib olmaq üçün isə finiş xəttinə o birilərdən birinci çatmaq kifayətdir. Əsasən Finlandiyada təşkil edilən bu yarışda heç bir qayda yoxdur...
P.S.
Bəs siz adıçəkilən idman növlərinin hansı ilə məşğul olmaq istərdiniz?

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

love

18 Sentyabr 2011 19:43

Mən palçıqlı çayda yarış və su altında reqbi edərdim

MR.QARRI

18 Sentyabr 2011 17:39

həəəə atla yarışma........

VeFaSi_EkSiK_YaRiM

18 Sentyabr 2011 15:08

Idman deyilee bular adrenalini artirib eylence kecirirler

SeniSensizSeven

18 Sentyabr 2011 11:49

yerivar

YERAZGIRL

18 Sentyabr 2011 11:24

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Aidan

18 Sentyabr 2011 02:55

P.S. Bəs siz adıçəkilən idman növlərinin hansı ilə məşğul olmaq istərdiniz?
"Kim birinci çatsa..." bu nəsə maraxlı gəldi mac
--------------------
Dream it.
Wish it.
Do it.

İrmak

18 Sentyabr 2011 00:47

Maşın ilə futbool :)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Ronnie_7

18 Sentyabr 2011 00:36

UZağa tüpürmək olmadı?))
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Gulka

17 Sentyabr 2011 23:51

hec biri ile no
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

elecTroSh0k

17 Sentyabr 2011 22:09

mən su altı şaxmat istərdim!

settar

17 Sentyabr 2011 21:50

1 ci oyunda bir defe yixilsalar elə gelmeyecekler

Land_Lady

17 Sentyabr 2011 21:24

buradaki idman novunden hec birini, amma belke sualti reqbini secerdim. Onudaki icerilerinde
nisbeten yaxwisi odur deye duwunurem

Cheburawka

17 Sentyabr 2011 21:19

su altında reqbi maraqlı olar məncə. ama heç üzə bilmirəm qaldıki suyun altında blush
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

pitbull1998

17 Sentyabr 2011 21:06

P.S. Bəs siz adıçəkilən idman növlərinin hansı ilə məşğul olmaq istərdiniz?
sualti sahmat
--------------------

Səni Sevirəm

FLOR

17 Sentyabr 2011 21:00

hec biri ile ) idmani duzu hec sevmirem .. yene az cox ata minmek isteyerdim bele hec birini istemirem) maraqli melumatlar ucun tesekkur edirem

Mr_RoCCo

17 Sentyabr 2011 20:44

Heç biri ilə,hələki dəli olmamışam:)
--------------------
FaceBook
Instagram - ageelvevo

Murad

17 Sentyabr 2011 20:31

"Fillər mənim dostumdur" filmində fillərlə futbol da pis deyil. Hələ bizim uşaq vaxtı məhəllə məhəlləyə futbol oynamağımızı görsəydiniz elə bilərdiz yeni oyun kəşf eləmişik
--------------------
About me

Beatrice

17 Sentyabr 2011 20:22

İnsan atla yarışır yeqin negative olmaz

AySeL,
birinci yazdigin iyrencdi fuu
--------------------
Meleyimmmm loveis loveis loveis

Qudu

17 Sentyabr 2011 20:04

RED: SONGENA
QUDU, MƏN SİZİN BÜTÜN XƏBƏRLƏRDƏ "MARAQLIYDI" RƏYİNİZİ SİLMƏKDƏN YORULDUM, SİZ YAZMAQDAN YORULMADINIZ. XƏBƏRƏ MÜNASİBƏTİNİZİ BİLDİRİN. EYNİTİPLİ RƏYLƏR YAZSANIZ SİLİNƏCƏK.