Loading...
3 kiçik ibrətamiz hekayə

3 kiçik ibrətamiz hekayə

Loading...
Daş

3 kiçik ibrətamiz hekayə

Gənc iş adamı yeni " Yaquar " ı ilə bir küçədən sürətlə keçirdi. Birdən gözünə nə isə sataşdı. Qeyri-ixtiyari sürətini azaltdı. Bu vaxt maşınının qapısına nə isə dəydiyini hiss etdi. Maşını saxladı. Bu balaca bir daş idi. Daşın atıldığı tərəfə baxdı. Qarşısına balaca bir uşaq dayanmışdı.
Özünü saxlaya bilməyib qışqırmağa başladı: "Sən kimsən? Bu daşı niyə atdın? Sənin atdığın bu daşın mənə neçəyə başa gələcəyini bilirsənmi? " Uşaq yalvararaq cavab verdi: " Bağışlayın, başqa çıxış yolum yox idi. Əgər daşı atmasaydım, heç kim mənə maşın saxlamayacaqdi " . Uşaq bir tərəfdən danışır, bir tərəfdəndə yanağından yaş süzülürdü. Əli ilə yolun kənarındalı əlil arabasını göstərdi və: " Böyük qardaşım arabasından yıxıldı. İndi onu qaldıra bilmirəm. Xahiş edirəm, mənə kömək edin " , - dedi. Bu sözlərdən sonra gənc sanki ayıldı. Yolun kənarına yıxılmış oğlanı qaldıraraq, yenidən arabasına oturmağa kömək etdi. Dəsmalı ilə üst-başını təmizlədi. Uşaq: " Allah razı olsun " , - deyərək təşəkkür etdi və arabanı sürərək evlərinə tərəf getməyə başladı. Gənc bir xeyli uşağın arasınca baxdı. O, maşınına qayıdana qədər sanki yol xeyli uzanmışdı...
O, maşının qapısındalı əziyi heç vaxt təmir etdirmədi. Bu əziyi o gündən bir xatirə kimi saxladı. Çünki bu hadisə ona həyatda bəzən ayaq saxlamağı, ətrafa nəzər salmağı və köməyə ehtiyacı olanlara əl uzatmağı öyrətmişdi...

Yarış

3 kiçik ibrətamiz hekayə

Günlərin bir günü qurbağalar yarışa çıxdılar. Məqsəd hündür bir qalaya dırmaşmaq idi.Qala çox hündür olduğu üçün heç kim qurbağaların ora çıxacağına inanmırdı.Hətta bəziləri, " Boş yerə zəhmət çəkirsiniz. Onsuz da bu qalaya çıxa bilməyəcəksiniz " , - deyə qışqırırdılar. Və çox keçmədi ki, qurbağalar bir-bir yarışdan çıxmağa başladılar. Təkcə bir qurbağadan başqa... O nə olursa-olsun, ümidini itirmir, inadla qalaya dırmaşmağa çalışırdı. Çox keçmədi ki, bu qurbağa qalaya dırmaşdı.Ətrafdakılar heyrətlə onu alqışlamağa başladılar. Sonr a yanına gəlib buna necə nail olduğunu öyrənmək istədilər. Qurbağalardan biri ondan: " Bu çətin işin öhdəsindən necə gəldin? " - deyə soruşdu. Ancaq qurbağadan cavab gəlmədi. Qurbağa sualı bir də təkrarladı. Ancaq hələ də cavab yox idi. Qurbağa sualı neçə dəfə təkrarla sa da, yenı cavab ala bilmədi. Çünki... Çünki qurbağa kar idi!...
P.S.
Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə,qulaqlarınızı da bağlayın.

Usta


Fakültədə ilk dərsə girəcəkdim. Buna görə də yeni aldığım kostyumu geyinmiş, eynirəngli çantamı götürüb evdən çıxmışdım.Maşınımı qoyduğum dayanacağa tərəf gedəndə birdən özümü saxlaya bilməyib yıxıldım. Görünür, çox fikirli olduğum üçün yolumun üstündəki dəmir parçasını görməmişdim. Şalvarımın bir dizi cırılmış, sol ovcum isə zibil qutusuna dəyərək yaralanmışdı. Özümü yığışdırıb tez ayağa qalxdım və şalvarımın cırığını çantamla örtərək evə qayıtdım...
Sonra cırılan şalvarımı bir dərziyə apardım. Dərzi şalvara baxana qədər başıma gələnləri danışdım və sözarası ovcumdakı yaranı göstərdim. Dərzi yaşlı bir adam idi. Gözlüyünü taxaraq, əvvəlcə, əlimdəki yaraya, sonra da şalvarıma baxdı. Diqqətlə göz gəzdirdikdən sonra:
- Şənbə günü gələrsən! - dedi.
Ancaq işlərim çox olduğu üçün dərzinin yanına bir aydan sonra gedə bildim. Şalvarımı təmir edib, rəfin ən yuxarı gözünə mənə verəndən sonra:
- Çox qəribə parça idi. Hörmək o qədər də asan olmadı. Borcunuzu kağızda yazmışam, - dedi.
Parçanın üstündəki kağıza baxanda qeyri-ixtiyari:
- Bu, bir qədər çox deyilmi? - deyə soruşdum, - üstəlik, hördüyünüz yerlər də bilinir.
Görünür, dərzini hövsələdən çıxarmışdım. Gözlüyünü çıxararaq:
- Oğlüm, - dedi, - qırx ildir ki, bu işlə məşğulam. Əgər bu ətrafda məndən yaxşı bir sənətkar tapa bilsən, səndən bir qəpik də almayacağam.
Yaşlı adamı daha çox hövsələdən çıxarmamaq üçün susmağı üstün tutdum və pulu çıxarmaq üçün əlimi cibimə atdım. Pullar əlimə dəyən kimi sanki beynimdə bir şimşək çaxdı. Az qala qışqıra-qışqıra:
- Tapdım! Dediyiniz o Sənətkarı tapdım, - dedim.
Sonra da əlimi ona uzadaraq:
- Bax, - dedim, - həmin gün bu şalvarla bir yerdə əlimi də yaralamışdım. İndi o yaradan əsər - əlamət də yoxdur!...
Yaşlı adam heyrət dolu gözlərlə əlimə baxdı. Bir anlığa dodaqlarının titrədiyini, gözlərinin dolduğunu hiss etdim. Kövrək bir səslə:
- Haqlısan, oğlum, - dedi, - çox haqlısan. Ömrümü bu işə həsr etdyim halda, necə olur ki, o Ustanı unutdum?..
Yaşlı dərzini pul almaq üçün güclə razı sala bildim.Artıq onun yanına tez-tez gedir, hal-əhval tuturdum. O da hər dəfə məni gülərüzlə qarşılayır və " qırx il sonra şagird oldum " deyirdi...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

settar

21 Sentyabr 2011 14:39

maraqlidi

MACUTA

20 Sentyabr 2011 19:58

Hər üçü bir birindən gözəldi.

Tale olsam, yazılsam alnına.

Yar olsam, yerləşsəm ağlına."Dua" olsam, tökülsəm dilindən.

Sən "Amin" desən, O an qəbul olsam.
--------------------
Eyni dili danışanlar deyil, eyni duyğuları paylaşanlar anlaşa bilərlər ... { Hz. ƏLİ }

Mr_RoCCo

20 Sentyabr 2011 19:22

Hamısı maraqlı idi,amma axırıncı daha çox xoşuma gəldi.
--------------------
FaceBook
Instagram - ageelvevo

FLOR

20 Sentyabr 2011 19:07

P.S. Əgər getdiyiniz yolun doğru olduğuna inanırsınızsa, geri çəkilməyin. Kim nə deyirsə desin, yolunuza davam edin. Hətta lazım gəlsə,qulaqlarınızı da bağlayın.

bezen bilirik getdiyimiz yolda etdiyimiz emelde yanlisdi amma qarsisini almaq istemirik , davamina gedirik ve neticesini bilirik ki sonsuz bos bir sey olsada yene yolumuzdan cekilmirik ...insan oz sehfleri uzerinde boyuyur .. sehflerimiz olmasa acisini gormesek yaxsinin da qedrini hec vaxt bilmerik .. deyersen movzudan uzaqlasdim)

Qreqor Zamza

20 Sentyabr 2011 16:49

Sitat: Babydoll
Sehv elemirsen..))

Şərh yazırdım,əlim dəydi yarımçıq göndərdim ona görə məcbur arxasını belə gətirməli oldum,yoxsa yazacağım şərh bu deyildi əslində:)
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Babydoll

20 Sentyabr 2011 16:24

Sitat: Joker
Səhv eləmirəmsə üçüncüdə allahdan gedir söhbət.


Sehv elemirsen..))
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

Duygu

20 Sentyabr 2011 15:30

her 3nu beyendim... 1 ve 3u daha cox...

Cheburawka

20 Sentyabr 2011 15:03

Sitat: Dandoline
1-ci əhvalat xoşuma gəldi..3-dən isə bir şey anlamadım açıqcası..

mən belə başa düşdümki oğlan ALLAHı nəzərdə tutub elə deyir. bu dəfə 3üdə əlaydı, çox bəyəndim smile
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...

Qreqor Zamza

20 Sentyabr 2011 15:01

3cünü gücnən anladım,biraz qarmaqarışı

qdı axırı.Səhv eləmirəmsə üçüncüdə allahdan gedir söhbət.
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Tatli cadi

20 Sentyabr 2011 14:26

tesekur

juri

20 Sentyabr 2011 14:16

Twkler

pitbull1998

20 Sentyabr 2011 13:54

maraqli tsk
--------------------

Səni Sevirəm

VeFaSi_EkSiK_YaRiM

20 Sentyabr 2011 13:24

super hekayelerdi

_DecelkA_

20 Sentyabr 2011 12:12

1-ci ve 2-ci hekayeler xowuma geldi

Ferhad Tagiyev

20 Sentyabr 2011 12:11

2ci maraqli idi

Qudu

20 Sentyabr 2011 11:22

3de cox maraqliydi

Dandoline

20 Sentyabr 2011 11:16

1-ci əhvalat xoşuma gəldi..3-dən isə bir şey anlamadım açıqcası..