Fon yüklənir...
Загрузка...

Hikmət Damlaları

Загрузка...
Hikmət Damlaları

Öyünməyə Dəyməz

Qədim zamanlarda bir hökmdar var idi. Bu hökmdar çox varlı idi. O, var-dövləti ilə öyünməkdən böyük həzz alırdı. Hara getsə, öz var-dövlətindən danışırdı.
Hökmdarın ağıllı bir vəziri var idi. Böyük də, kiçik də onu çox sevirdi.
Bir gün hökmdar vəziri ilə söhbət edəndə, " Sən dünyagörmüş bir adamsan. Hamının sənə böyük hörməti var. Bilmək istəyirəm, görəsən, mənim var-dövlətim haqqında nə düşünürsən? " , - deyə soruşdu. Vəzir diqqətlə hökmdara baxıb dedi: "Fərz edək ki, ucsuz-bucaqsız bir səhradasınız.Susuzluq sizi əldən salıb. Hiss edirsiniz ki, artıq ölüm də çox uzaqda deyil. Bu vaxt sizə bir fincan su versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr. verərsinizmi? " Hökmdar, " Əlbəttə ki, verərəm" , - deyə cavab verdi. Vəzir davam etdi: " Fərz edək ki, susuzluğunuz yenə artdı. Taqətdən düşdünüz.Yenə sizə bir fincan versələr və əvəzində var-dövlətinizin yarısını istəsələr, verərsiniz mi? " , Hökmdar bir qədər fikirləşib, "Təbii ki, verərəm" , - dedi. Artıq son sözü demək vaxtı idi. " Madam ki, belədir, onda bu var-dövlətlə öyünməyə dəyməz. Çünki onun qiyməti iki fincan sudan artıq deyil " .

Hikmət Damlaları

Axşam yeməyi

Bişirdiyi yeməklərlə məşhur olan yaşlı bir qadın mətbəxdə yemək hazırlayırdı. Axşam yeni ailə qurmuş oğlu gələcəkdi. O, yeməyə qohumunu da dəvət etmişdi.
Axşam oldu. Qonaqlar gəlib süfrə arxasında oturdular. Qəribə idi. O axşam qadının bişirdiyi yeməklər əvvəlkilərə bənzəmirdi. Kartoflar yanmışdı. Kotletlər də demək olar ki heç bişməmişdi. Şirniyyatlar da ki, elə...
Qonaqlar qadına hiss etdirməmək üçün əllərindən gələni etsələr də, o qədər də iştahalı görünmürdülər. Nəhayət, yemək başa çatdı. Bir azdan gəlini ilə oğlu sağollaşıb getdilər. Qohumu isə hələ bir az da oturmaq istəyirdi. Gördüyü bu mənzərə onu əməlli başlı təəccübləndirmişdi:
-Sənin yaxşı yemək bişirdiyini hamı bilir. Ancaq bu axşamkı yeməklərdən gözüm su içmədi? Bəlkə xəstələnmisən?
Qadın gülümsəyərək cavab verdi:
-Yox xəstələnməmişəm. Sadəcə olaraq yeməkləri qəsdən belə bişirdim. Artıq bu yeməklərdən sonra oğlum üç gündən bir anasının yeməklərini tərifləyib arvadının qəlbinə toxunmayacaq.

Hikmət Damlaları

Ağac

Təzə evlənmişdilər. Ancaq elə ilk vaxtlardan bu işin belə getməyəcəyini hiss etmişdilər. Əslində bir-birilərini çox sevirdilər. Hətta heç vaxt bir-birilərindən ayrılmayacaqlarına söz də vermişdilər. Ancaq adi bir söz aralarında söz-söhbətin başlaması üçün kifayət idi.
Bir axşam oturub danışmağı qərara aldılar. Boşanmaq istəməsələr də, əvvəl-axır bu işi bir yoluna qoymalı idilər. Bir xeyli danışdılar.Axırda evin kişisi, "Ağlıma bir fikir gəldi. Gəl bağda bir ağac əkək. Əgər bu ağac üç ay ərzində qurusa, boşanaq. Qurumasa, boşanmaq fikrini birdəfəlik ağlımızdan çıxaraq. Bu üç ayda da bir-birimizdən ayrı qalaq " , - dedi. bu fikir xanımın da ağlına batdı. Ertəsi gün gedib bir ağac aldılar və bir yerdə bağda ağac əkdilər.
Aradan bir ay keçdi. Bir gecə bağda qarşılaşdılar. Hər ikisinin əlində bir dolça su var idi.
Загрузка...

ŞƏRHLƏR

PeTTy

5 İyul 2013 19:07

İkinci hekayedeki ana nece de düşüncelidir halal olsun.

Babydoll

19 Sentyabr 2011 19:27

Sitat: Dandoline
Dünən bozbaş bişirmişdim..Noxudları daş kimi, əti də ki bişməmiş, rezin..Suyunu içib kartofunu yemək məcburiyyətində qaldıq..Acından ölürdüm..


Ay caaan:))

Sitat: VeFaSi_EkSiK_YaRiM
Maraqli hekayedi



Hansi?
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

_Feminist_

19 Sentyabr 2011 18:45

3-cü hekayə~(türklər dimiş) işte sevgi bu..

Dandoline

19 Sentyabr 2011 17:07

Artıq bu yeməklərdən sonra oğlum üç gündən bir anasının yeməklərini tərifləyib arvadının qəlbinə toxunmayacaq.

Dünən bozbaş bişirmişdim..Noxudları daş kimi, əti də ki bişməmiş, rezin..Suyunu içib kartofunu yemək məcburiyyətində qaldıq..Acından ölürdüm.. recourse

VeFaSi_EkSiK_YaRiM

19 Sentyabr 2011 15:17

Maraqli hekayedi

MR.QARRI

19 Sentyabr 2011 14:40

var-dövlətlə öyünməyə dəyməz. Çünki onun qiyməti iki fincan sudan artıq deyil " .

bunu daha çox bəyəndim...........

Murad

19 Sentyabr 2011 10:15

3-nün doğurdan yerivar
--------------------
About me

LEROY

19 Sentyabr 2011 02:01

3-cu lab mutifilime benzedi yoo

settar

18 Sentyabr 2011 23:08

1 ci lap xosuma geldi

2 ci de maraqli idi

Qudu

18 Sentyabr 2011 21:59

3de cox maraqliydi

fabregas105

18 Sentyabr 2011 21:54

3cu qesengdi

Duygu

18 Sentyabr 2011 21:52

1ci ele- bele. bu tip hekayeler coxdu. 2 ve 3 cox xosuma geldi. daha cox da 3cunu beyendim, tesirli idi. " Bext uzuyu" nde qiz agaci kesir ki, atasi ozunu asmasin onu da xatirlatdi.

MY_CRAZY_FRIENDS_

18 Sentyabr 2011 21:37

Axirnci lap menalidi....

sweet doll

18 Sentyabr 2011 21:13

1-cini evvel de oxumusdum,3- də maraqlidi,tskler

Gulka

18 Sentyabr 2011 21:10

ibretamiz hekayelerdir..tesekkurler yes r
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

FLOR

18 Sentyabr 2011 20:40

3 de cox maraqliydi ,2 cide ana duzgun qerar verib , 3 de ise onu bildirir ki helede bir birlerini sevirler ve bir birinden gizletselerde daxilde ayrilmq istemirler

_DecelkA_

18 Sentyabr 2011 19:51

Ne gozel hekayelerdi.cox sevirem bele hekayeleri.esasen 2-ci ve 3-cu cox xowuma geldi.TwK

love

18 Sentyabr 2011 19:35

cox sagol xebere gore

pitbull1998

18 Sentyabr 2011 19:26

maraqli idi
--------------------

Səni Sevirəm

NellY

18 Sentyabr 2011 19:01

Bunlarin hamsini oxmuwam...bele hekayelerden sehere geadar dayanmadan daniwa bilerem men laughing

Mr_RoCCo

18 Sentyabr 2011 18:35

1-ci maraqlı idi,gözəl cavab verib.Sonuncunu da eşitmişdim.
--------------------
FaceBook
Instagram - ageelvevo

Tatli cadi

18 Sentyabr 2011 18:28

maraqli yazilardi tsk

tsk

Cheburawka

18 Sentyabr 2011 18:05

Axşam yeməyi

belə qaynana hamının başına mocking
--------------------

Ürəyimi kimsə döyür, deyəsən hisslərimdi ...
loading...
Загрузка...