Loading...
Mən bu yazının hansı hissəsindəyəm?

Mən bu yazının hansı hissəsindəyəm?

Loading...

Həyatlarımız da həmişə
ya gözlənilənlər var ya da gözləyənlər var
Ömürümüz nədənsə həmişə ümid etməklə unutmaq arasında tükənir
Ya gözlənilən heç cür bizə çatmır ya da yol ayrıclarında erkən davranırıq
Ümid edilənlə unudulanlar nədənsə həmişə bir-birlərini aparırlar
Səhvlə doğru da olduğu kimi

Var oluşlarımızda yox oluşlarımızda həmişə eyni səbəbdən-HƏSRƏTDƏN
Amma nəticə nə olursa olsun yox olarkən də var olarkən də gözləyişlər içindəyik
Gözlədik...
Gözləyirik...
Gözləməyə davam edəcəyik...


Mən bu yazının hansı hissəsindəyəm?


Və niyə hər gözləyən həyatını gözlənilənə bağlar?
Ya da niyə gözlənilən bir gün dönəcəyini söyləyərək çıxar gözləyənin həyatından?
Həyatımızda ki gedib gəlmələrdə niyə həmişə gözləniləni günahlandırırq?
O olsa həyat dahamı yaxşı olar?
Yoxsa həyatı yaxşı edən oun həsrətidirmi?
Niyə gözləyən hər günə gözlənilənin gələcəyi ümidiylə başlar?
Və ya niyə gözlənilən heç cür dönüş yolunu tapa bilməz?
Bütün yollar çıxılmazmıdır?
Ya da geri dönüşdə gözləyəni tapa bilməmə qorxusudurmu onu hər yola çıxdığında geri qoyan səbəb?
Gözləyən də gözlənilən də unutdusa unutmağa məcbursa niyə hər doğan gün özüylə birlikdə yeni gözləyişlər də doğurar?
Və ya niyə həmişə sonunu bilə-bilə başlarıq yeni gözləyişlərə?
Yoxsa heç bir şey deyildə gözlənilənin bir gün geriyə dönə bilmə ümididirmi bizi dəstək olan?

Və ya bir gözləyənimiz olduğu üçün tək olmadığımızı dünyaya sübut etmiş olduğumuzu sanmaqdırmı bizi gözləyənə bağlayan?
Gözləyən bütün həyatını o qədər bağlamışdır ki gözlədiyinə, onun gəlməsi üçün edə bilməyəcəyi heç bir şey yoxdur yer üzündə
O olmadan təkdir və onun təkliyi də gözəldir sonunda ona qovuşmaq varsa
Gözlənilən o qədər xoşbəxtdir ki bir gözləyəni olduğuna onsuz olmanın,onu görə bilməmənin hüznü belə gözəl gəlir əgər bütün yollardan geriyə dönüş varsa…
Əslində gözləyən də gözlənilən də özünümü aldadar?
Bütün gözləyişlərin əsl səbəbi yolun sonunda özümüzü tapma, özümüzə qalma qorxusudurmu görəsən?
Bütün gözləyişlər də əsl gözlədiyimiz özümüzük və hər döndüyümüz yolda özümüzə çıxırsa,başlanğıcdan bəri tək deyilikmi?
Və təkmi bitirməliyik?
Təkliyimizə və ya başqalarının təkliyinə çarə axtarmaqdansa yalnız gözləməliyikmi?
Bu gözləyişin vardırmı sonu?

 

Mən bu yazının hansı hissəsindəyəm?


Yoxsa sonsuz gözləyişlərə o qədər vaxt itirdikdə mənliyimizi geriyə döndüyümüzdə tapacaq bir mən buraxmadıqmı?
Boş ümidlərin arxasından o qədər qaçdıqda özümüzə gedəcək dərmanı tapa bilmədikmi?
Hər şeydə o qədər başqalarını axtardıqda özümüzü tapmağa zaman ayıra bilmədikmi?
Və ya hər şeyi unutduğumuz kimi başlanğıcda əsl axtardığımızın özümüz olduğunudamı unutduq?
Yoxsa hər şeyi hazırladıqmı? Bizi bu qədər xoşbəxt edən, gözlədən, yoran, ağrıdan, yorarkən belə təkrarını gözlədən həmişə özümüz idikmi?
Fərziyyələrdənmi ibarətdik?
Və özümüzə gözləyənlə gözləniləni icad etdik...
Əgər hər şey yalnız fantastikadırsa niyə bu səfər sonsuz deyil? Niyə digər hər şey kimi yalnız bizim deyil? Niyə u oyunda tək başımıza oynaya bilmirik? Ya gözlənilən ya da gözlənilən olmaq zorundaysak və hansı olacağımıza belə qərar verə bilmirsək necə bizim oynumuzdur bu?
Və bu oyunun bir sonu vardırmı? Yoxsa sonsuzdurmu gözləyənlə gözlənilənin ömürü qədər?

Fərziyyələrdənmi ibarətdik?
Və özümüzə gözləyənlə gözləniləni icad etdik...
Əgər hər şey yalnız fantastikadırsa niyə bu səfər sonsuz deyil? Niyə digər hər şey kimi yalnız bizim deyil? Niyə bu oyunda tək oynaya bilmirik? Ya gözlənilən ya da gözlənilən olmaq zorundaysak və hansı olacağımıza belə qərar verə bilmirsək necə bizim oynumuzdur bu?
Və bu oyunun bir sonu vardırmı? Yoxsa sonsuzdurmu gözləyənlə gözlənilənin ömürü qədər?

 

Mən bu yazının hansı hissəsindəyəm?


Və mən bu yazının hansı hissəsindəyəm?
Gözlənilənəmmi? Gözləməliyəmmi?
Yoxsa bir zamanlar özümə etdiyim kimi hər şeyi tərkmi etməliyəm?

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

SweeT DReaMS

30 Avqust 2011 18:56

Və niyə hər gözləyən həyatını gözlənilənə bağlar?
Ya da niyə gözlənilən bir gün dönəcəyini söyləyərək çıxar gözləyənin həyatından?
Həyatımızda ki gedib gəlmələrdə niyə həmişə gözləniləni günahlandırırq?
O olsa həyat dahamı yaxşı olar?
Yoxsa həyatı yaxşı edən oun həsrətidirmi?
Niyə gözləyən hər günə gözlənilənin gələcəyi ümidiylə başlar?
Və ya niyə gözlənilən heç cür dönüş yolunu tapa bilməz?
Bütün yollar çıxılmazmıdır?
Ya da geri dönüşdə gözləyəni tapa bilməmə qorxusudurmu onu hər yola çıxdığında geri qoyan səbəb?
Gözləyən də gözlənilən də unutdusa unutmağa məcbursa niyə hər doğan gün özüylə birlikdə yeni gözləyişlər də doğurar?
Və ya niyə həmişə sonunu bilə-bilə başlarıq yeni gözləyişlərə?
Yoxsa heç bir şey deyildə gözlənilənin bir gün geriyə dönə bilmə ümididirmi bizi dəstək olan?

Duygu

22 Avqust 2011 02:26

gozleyen gozlemeye mehkum olunur bezen. cunki, geden ozuyle cox seyler aparib. gozlemekde de bir gozellik var. umumen insan heyati boyu neyise gozleyir, bele de olmalidir. gozlemek umidden dogur, umid de sonsuzdur...

sehrli cumlelerden realliga kecsek eger 92-ci ilde Qarabag muharibesinde itkin dusmus nisanlisini gozleyen var hele de... bu dunyada olmasa da yeqin ki, axiretde qovusmaqcun safligini qoruyub gozleyir...
yazi tesir etdi, yaxsi yazidi... her birimiz niyise, kimise gozlemekdeyik sabahimizdan...


men de heyatimin gozlemek hissesindeyem... terk etmek fikrim de yoxdu, qarsiliqli olanda her seyde anlayis olur... her menada

Qreqor Zamza

21 Avqust 2011 12:40

Gözlədiyim biri vardı,artıq oda yoxdu.:(
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

DEL PYERO

20 Avqust 2011 21:49

twkler...

LARACROFT

20 Avqust 2011 02:15

Sitat: fabregas105
cox maraglidi.bu userin xeberleri hemise nomre 1di)


Təşəkkür
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Gulka

20 Avqust 2011 01:30

bu menem,
ela soz yazmisan guruldayaqda mocking
--------------------
Təbəssüm hər zaman o, demək deyil ki, həmin insan xoşbəxtdir..... o ,deməkdir ki, o insan həddən artiq güclüdür....... give_hea

Edman

19 Avqust 2011 23:13

hec kimi gozlemirem, ancaq meni gozleyen var.

FLOR

19 Avqust 2011 21:23

hec kimi gozlemirem lazim olan yanimdadi bu yeterlidi

ReaDStaR

19 Avqust 2011 20:36

Super super super......................!!!

fabregas105

19 Avqust 2011 20:23

cox maraglidi.bu userin xeberleri hemise nomre 1di)

Aidan

19 Avqust 2011 19:50

Həm gözLəyən, həm gözLəniLən:)
..mən də çox darıxıram ama ki çox az qaLıb,
sıxıLma yaxındadı görüş gəzəriy Bakını...
--------------------
Dream it.
Wish it.
Do it.

MR.QARRI

19 Avqust 2011 19:06

maraqlı yazılıb......

Pirate_Girl

19 Avqust 2011 17:56

Hmm maraqli xeber idi..Heyatt Menmcun bitmez tuzaklarla,sirlerle dolu labirentdi...Twk xebere gore

bu menem

19 Avqust 2011 17:10

GOZLEDILER...
GOZLEYIRLER....
GOZLEMEYE DAVAM EDECEKLER DE...
(Yagmasaq da guruldayaq da)

Mr_RoCCo

19 Avqust 2011 17:08

qısaca həyatımızın sujet xətti:suallar..suallar..suallar
--------------------
FaceBook
Instagram - ageelvevo

MY_CRAZY_FRIENDS_

19 Avqust 2011 17:02


Var oluşlarımızda yox oluşlarımızda həmişə eyni səbəbdən-HƏSRƏTDƏN
Amma nəticə nə olursa olsun yox olarkən də var olarkən də gözləyişlər içindəyik
Gözlədik...
Gözləyirik...
Gözləməyə davam edəcəyik...