
Albert Enşteyn və onun VII nəzəriyyəsi
- 06 Avqust, 2011
- 11 116 Baxış

Eynşteyn fizika və ümumiyyətlə, elm sahəsində üç böyük nəzəriyyə ilə ölməzlik qazanmışdır. O, ilk dəfə söyləmişdir ki, molekullar hansı ölçülərdə olursa olsun, kütləsini hesablamaq olar. Bu, onun yuxarıda qeyd etdiyimiz üç nəzəriyyəsindən birincisidir.
İkincisi metalların elektromaqnit şüalanmasının təsiri ilə elektronlarburaxa biləcəyini cəsarətlə deməsidir.
Nəhayət, üçüncüsü, ona əsl dünya şöhrəti gətirən və çox az adamın anlamasına baxmayaraq, adını dillər əzbəri edən nəzəriyyə - hər hansı materiyanın sürət həddinin işıq sürəti olması və bu sürətində materiyanın daxilindəki "dondurulmuş enerji"dən asılı olması nəzəriyyəsizdir.
Bundan başqa, Eynşteynin ən heyrətamiz və paradoksal bir kəşfi də var. Onun nəzəriyyəsinə görə məxmər örtük, üstündəki bilyard şarının ağırlığı ilə basıldığı kimi, kütlənin hərəkəti zamanı ZAMAN və MƏKAN da əyilir.