Loading...
Ögəy anam

Ögəy anam

Loading...
Ögəy anam

Ana... hər kəs öz doğma anasından danışarkən məndə sənin haqqında yazmaq istədim. Düzdü, sən məni dünyaya gətirməmisən lakin hər kəs mənə yetim kimi baxarkən mənə sən sahib olmusan. Başqa analar öz balasını sığallayarkən sən mənim saçlarımı oxşamısan, tumar çəkmisən. Hər gecə ağlayarkən gözümün yaşı olmusan, doğma anamın yoxluğu ilə barışa bilmədikcə mənə ana olmusan. Hər kəs başqasının yerini tutmaq istəyərkən sən mənim doğma anamın yerini tutmağa heç çalışmadın. Hər an onu mənim qəlbimdə böyütdün, yaşatdın. Dünyada mənə nə lazımdırsa hamısını verdin... məni elə böyük sevgiylə əhatə etdin ki, dünyaya ancaq sevgi ilə baxıram.

Ögəy anam.

Ana... bu sözdən əziz bir söz olmadığını, daha ali bir söz olmadığını çoxları kimi mən də anlayıram. Bəs insana öz anasından doğma insan varmı? Var, bəli var. O sənsən. Sən daha alisən, daha böyüksən, daha gözəlsən... çünki öz doğma anam övladı idim deyə məni sevirdi , sən isə məni mənə heç bir qan bağlılığın olmadan sevdin.

Ögəy anam

Məni gözünün nuru etdin... gözlərinin üzərinə balaca barmaqlarımı qoymaqla. Amma bu gün sən də məni tərk edirsən. İkinci dəfə mənə ana yoxluğunu yaşadırsan lakin son dəfə də çox fərqlisən. Üzün elə gözəldi ki. Gözlərin mənə sevgi dolu baxır. Bugün etiraf edirəm sənə... mənim ögəy anam olduğun üçün artıq utanmıram. Artıq qürurla sənin varlığın haqqında yazıram. Artıq böyümüşəm Anam. Sən bütün analara nümunəsən çünki sən təmənnasız sevgi ilə böyütdün məni. Ürəyin hər acımı, ağrımı duydu. Mənimlə ağladın, mənimlə güldün.

Ögəy anam.

Ana... Bugün sənə gəlmişəm, bugün sənə doğma anam deməyə gəlmişəm.Sonuncu dəfə mənə sarıl,lakin ilk dəfə olsa da doğma anam olaraq sarıl. Bu gün mən anladım ki ,sən doğma anamdanda doğmasan mənə.

P.S:
Bu yazını bütün ögəy uşaqlara doğmalıq edən analara həsr edirəm. Və hər birinin qarşısında baş əyirəm.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

27 Avqust 2013 18:52

Ele analara halaldır
--------------------

***
❃❃❃

***

PeTTy

10 Aprel 2013 09:24

Halal olsun Vallah o ögey analara ki,o uşaqları sevib baxırlar.

İlkay

22 Avqust 2012 01:09

Superdir bu xeberler tewekkur edirem ki
Bele gozel xeberler qoyursuz
Heqiqetende de eladir
Oxudum hamisni
Bax ele Anlara ele uwaglara halal olsun
Var olsunlar.Amin!

QaRaCa

21 Avqust 2012 20:47

Sitat: Duygu
Allah daim razi olsun sizden! tesekkur QARACA. her ikiniz cox boyuk urek dasiyirsiniz demek ki...

Bəzən elə bir insanlara rast gəlirsən ki, düşüncəsində ögəy sözü hər zaman yadlığı hiss etdirir. O insan üçün başqasının övladı hər zaman yad qalır və bunu bütün həyatı boyu o uşağa hiss elətdirir. Bəzən helə bir ana adını daşıyanlara rast gəldikdə düşünürsən, çoxmu önəmli sənin bətnindən həyata başlamaq? Başqasının bətnində olmağım nəyi dəyişir ki?
Bir zamanlar bir rəfiqəmlə bu haqda danışdıqda mənə bir cümlə demişdi. Heç vaxt uşaq evindən olan bir körpəyə sahiblənmərəm. Əslində bu sözü hamının nümunəvi saydığı bir insan demişdi, və elə bir insan ki öz tərifini, öz düşüncəsini, öz tərbiyəsini hər şeydən hamıdan yüksək bilirdi. O sözü deməyinin səbəbini soruşduqda isə: Nə bilmək olar o hansı qanı dəyişir. Tərbiyəsizlik, pozğunluq, pislik onun qanında var, elə birinə niyə sahiblənim ki?
Çox düşünmüşdüm bu haqda ki, həmin uşaqları biz görərkən üzlərindən öpürük, yazığımız gəlir, partilərə gedirik, xeyriyyələr üçün çalışırıq. Bəs nədən o uşaqları öz ailəmizə daxil etmək sözü gəldikdə hər birimiz ( istisnalar var əlbət) çəkinirik? Onu atan valideyn pisdirsə demək oda mı pisdir? Bəs onda nədən yaxşı valideynlərin övladları saxta çıxır? Elə hər şey ailədənmi asılıdır? Elə hər bir şeyi səni dünyaya gətirənləmi əlaqləndirməliyik? Heç bilmirəm bu xəbər haradan ağlıma gəldi, yox A_N -in şərhindən yadıma düşdü, xatırladım. Sadəcə bir anlıq demək istədim ki, helə birilərinə yazığı gəlməklə, ildə bir dəfə onları yada salmaqla kifayətlənmək doğru deyil. Onlara sahiblənmək də lazımdı. Gələcəkdə onlarında pis həyatı olmaması üçün çalışmaq lazımdı.

Sevka_(JoY)

14 İyun 2011 19:21

Yazan əlləriniz var olsun ...
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

sweet doll

13 İyun 2011 00:08

men de bas eyirem bele analarin qarsisinda Allah herkesden razi olsun! empathy

Milaska89

7 İyun 2011 11:32

Coxx tesiredicidir( recourse
Allah hec kesin anasini özünə cox görməsin

pussy_cat

26 May 2011 15:35

Çox təsirləndirici bir yazi idi əllərinə və o gözəl qəlbinə sağliq Qaracam utan

la Fleur

25 May 2011 21:54

Şərt o deyil ki, dünyaya övladı ana gətirdisə əsl anası odur. Əsas odur ki, o övladın yanında olub onu ən gözəl şəkildə böyüdüb başa çatdırmaqdır.

Gunay_oxatan

25 May 2011 18:46

kovreldim.temiz qelbi olan her kes Ana ola biler.sohbet bialoji terefden getmir

DReaM

25 May 2011 15:16

gümanki istisnalar var,qadın ögey ana olduğunu unutdurur-belələri sonsuz hörmətə laiqdir,amma hər ögey ana "ögey" adını unutdurmur və həmin vaxt usağların nələr çəkdiyi recourse ALLAH heç birinizi ANAsız etməsin

MR.QARRI

25 May 2011 14:54

Sitat: Mr_RoCCo
Allah bütün Ana-lara can sağlığı və övlad məhəbbəti versin

nocturne88

25 May 2011 13:04

Hey Insanlar biraz sizce qeddar danismadizmi? bele duwunun, bir heyvanda olsa saxlasaq, boyutsek, ona yemek, icmek versek, ona sevgimizide vere bilmirikmi?? bes niye onda olara bir sey olanda, ya itende, ya olende uzuluruk ???? helede bu insan veyada bir masum usaq olarsa. Insan neye eziyet verirse, ona sevgisinide verir. Butun analarin qarsisinda bas eyirem, onlarin ellerinden opurem, eziyyetlerini bizlere halal etsinler....

Elif_87

25 May 2011 11:12

Yazını çox bəyəndim Həkim qız... Əllərinə, qəlbinə və düşünən beyninə sağlıq...

Düzü bu günə kimi "Ögey analar" haqqında bu cür müsbət fikirlər gəlməmişdi ağlıma...
Həqiqətən çox bəyəndim,bu gözəl yazını bizimlə bölüşdüyün üçün çox sağ ol...

Duygu

25 May 2011 00:59

AiDan,
ögey ana stereotipi, istisnalar qebul olunmamalidi?

Mamedovich

25 May 2011 00:51

ALLAH uzag elesin bele sheyleri =((

Aidan

25 May 2011 00:36

..adı üstündə Ögey.
--------------------
Dream it.
Wish it.
Do it.

Vaska1988

25 May 2011 00:06

İnşallah hər bir kəs doğmalarını doya doya yaşaya bilsin. Birlikdəykən həmin anların qədrini bilmək lazımdır. Allah gecindən versin amma hər zaman haqsızlıq edib , bir gün qayğısını duymaq istəyəndə tapmamaq mümkündür.
Dövrümüzdəki ögəy anaların az bir qismi var ki, olduğu evdə qəlbindəki sevgisini evin daxilinə yaya bilir. O insanlar həqiqətən də mələkdirlər. Kinini qusanları isə heç vaxt başa düşə bilməmişəm. Axı yaxşılıqdan necə bir yamanlıq gələ bilər ki, yaxşı olmağı doğruluq hesab edə bilmirlər. Yazıda qeyd edilən ANA xarakteri həqiqətən də önündə baş əyiləsidir.


Sitat: songena
SENIN XOSH MERAMINDAN XEBERDARAM, ALLAH ARZUNA CAHTDIRSIN!!!


İnşallah o arzu Allahın da köməkliyi ilə həyata keçəcək.

Duygu

24 May 2011 23:58

Ana haqqinda ne yaziram ne dusunuremse hec birinde heqiqeti tapa bilmirem!!!
Allah daim razi olsun sizden! tesekkur QARACA. her ikiniz cox boyuk urek dasiyirsiniz demek ki...

Songena

24 May 2011 23:52

ILK ONCE SEM QYD EDIM KI, YAZIN COX GOZEL SHEKILDE QELEME ALINIB, BUNA GORE ELLERINE VE EN EASASI UREYINE SAGLIG, SHABLON TERIF KIMI YOX, ACHIQ HEGIGET KIMI QEBUL ET FIKRIMI. MOVZUYA GELDIKDE ISE, COX DANISHMAQ OLAR, CUNKI BIR NECHE BUDAGA SHAXELENIR MOVZU. EGER BIR YERDE KI, HEGIGI, ULVI MEHEBBET VAR, SHEFGET VE NEVAZISH VAR, MERHEMET VE DOGMALIG VAR, ISTILIK VE HERARET VAR, O ZAMAN BURADA HER HANSISA BIR OGEYLIKDEN SOHBET GEDE BILMEZ. ANA - TEKCE OVLADINI DUNYAYA GETIREN BIOLOJI ANA DEYIL, ANA - HER ANINI ESIRGEMEDEN, GOZUNUN NURUNU VE UREYININ MEN DEYERDIM BUTOV HISSENI OVLADINA BEXSH EDIB, ONUN YOLUNDA HER SHEYI GOZE ALIB, GECE-GUNDUZ CAN PARASININ XOSHBEXTLIYI UGRUNDA ESEN, CHIRPINAN FEDAKAR VARLIQLARDIR.,, DUNYAYA KIMIN GETIRMESINDEN ASILI OLMAYARAQ...
P.S. SENIN XOSH MERAMINDAN XEBERDARAM, ALLAH ARZUNA CAHTDIRSIN!!!

Mr_RoCCo

24 May 2011 22:35

Allah bütün Ana-lara can sağlığı və övlad məhəbbəti versin winked
--------------------
FaceBook
Instagram - ageelvevo

FLOR

24 May 2011 22:31

ANA boyuk varliqdi . ANA bir dunyadi her birimize . tek dunyaya getiren ANA adina layiq deyil ki, onemlisi o isti qucagini acan , oz ovladi kimi boya basa catdirandi esl ANA.. sim cox sagol bu gozel xebere gore tsk

MASTER-SAN

24 May 2011 22:28

Bu yazi tek tuk ogey olan anlara aid etmek olar .Cunki ogey analarin coxu necede olmasa oz ogeyliklerini gorsedirler ..Varki ele ve cuxi bir Ogey analar ki, onlar adama dogma anasi kimi olurlar .Bax hemin ogey analarin qabaginda baw eyirem ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Lektra

24 May 2011 22:27

Elbetdeki dogma ananin nefesini hec bir insan evez ede bilmez.Ogey analar pide olur yxsida.Amma mence yaxsi demek olmaz cunki hec bir qadin oz qanindan olmayan usaqa heddinden artiq yaxin ve dogma ola bilmez.Duzdu onu sever,eziizleyer amma mence dogma ananin yerini hec bir qadin vere bilmez.
P.S: Bu yazını bütün ögəy uşaqlara doğmalıq edən analara həsr edirəm.
Allah bele insanlara deymesin,bele insanlarda coxdu.
Ela yazidir amma seninle bu meqamda razi deyilem Bu gün mən anladım ki ,sən doğma anamdanda doğmasan mənə.
Hec kes oz dogma anasindan basqa hec bir qadina digma deye bilmez.
5+ Qaraca

elena

24 May 2011 22:14

Coooox gozel yazmisan heqiqeten rey yazmamaq mumkun deyil.Bele insanlar coxdur ki öz analari yox ana qaygisi gostereni daha cox sevirler.Bezen bunu duzgun saymirlar ki insanın öz anası o da duzdur ki öz anası onu 9ay ozu ile gezdirir eziyyet cekir onun da qedrini bilmek lazimdir.sözüm coxdu yazsam gedecek))twk...