Loading...

Hikmətli damlalar...
Maraqlı
- 08 May, 2011
- 2 466 Baxış
Loading...

Qeyri-adi dua...
Babası yatmazdan əvvəl nəvələrinin otaqlarını yoxlayırdı ki, birdən bir nəvəsinin otağından qəribə səslər eşitdi. Otağa yaxınlaşanda qapının arasından nəvəsinin əlifbanın hərflərini qəribə bir şəkildə təkrar etdiyini gördü. Baba maraqla:
- Burada nə edirsən? - deyə nəvəsindən soruşdu.
Balaca qız isə bütün şirinliyi ilə:
- Dua edirəm, - deyə cavab verdi və sonrada əlavə etdi.
- Ancaq bu gecə nə deyəcəyimi bilmirəm. Ona görə də, sadəcə olaraq hərfləri deyirəm. Allah isə onları mənim üçün sıraya düzəcək. Çünki o mənim nə deyəcəyimi bilir...

Açıq, bağlı...
Bir adam Həsən Bəsri Həzrətlərindən bir nəsihət istədi. Həsən Bəsri Həzrətləri ona: "Bağlı olanı aç, açıq olanı bağla!" - dedi. Ancaq o adam bununla nə demək istədiyini anlamadı. Bunu görən Həsən Bəsri Həzrətləri belə izah etdi: "Əlini aç, yəni əliaçıq ol, ehtiyac olan yerdə yardım et. Dilini bağla, yəni "dilibağlı ol" ehtiyac olmayan yerdə sus"...

Elə sənin gördüyün kimi...
İki gözü görməyən bir dostu bir gün Neyzen Tevfikdən (o həm məşhur ney ustası, həm də şairdir) soruşdu:
- Ölkənin vəziyyətini necə görürsən?
Neyzen Tevfik cavab verdi:
- Elə sənin gördüyün kimi...

Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...