Loading...

Duman...
Maraqlı
- 06 May, 2011
- 2 756 Baxış
Loading...
Duman...

İlk dəfə Londona gələn bir adam səhər otelindən çıxıb şəhəri gəzməyi qərara aldı. Yola yeni çıxmışdı ki, birdən ətrafı qalın bir duman aldı. Adam “necə olsa bir azdan qalxar” – deyə yoluna davam etdi. Ancaq duman getdikcə qalxmaq əvəzinə bir azda qalınlaşdı. Bir azdan ətrafı “ağ bir qaranlıq” bürüdü. Geri qayıtmaq istəyəndə isə yolu tapa bilmədi. Elə bu vaxt naməlum bir şəxs çiyninə toxundu və:
- Sizə nə isə lazımdır? Deyə soruşdu.
Adam sanki bunu gözləyrdi və tez:
- Bağışlayın dumanda yolumu azmışam, otelə necə qayıda bilərəm?
Naməlum şəxs:
- Əlinizi mənə verin, oteliniz iki addım yaxınlıqdadır., - dedi və adamı arxasınca aparmağa başladı.
Bir qədər sonra bir binanın qarşısına gəldilər. Naməlum şəxs:
- Buyurun bu da oteliniz, - dedi
Adam əvvəlcə dumanın içində üzünü görə bilmədiyi bu şəxsə təşəkkür etdi. Sonra da:
- Görünür, siz belə dumanlara alışmısınız, necə oldu yolu tapdınız? – deyə soruşdu...
Naməlum şəxs cavab verdi:
- Dumanın mənim üçün elə bir əhəmiyyəti yoxdur. Çünki mənim gözlərim görmür...
PS: “Görmək istəməyən qədər, kor insan yoxdur” (Conatan Svift)

OXŞAR XƏBƏRLƏR
Загрузка...