Loading...
Hikmətli damlalar...

Hikmətli damlalar...

Loading...

Hikmətli damlalar...

Nöqtə, vergül, sual...
Bir gün insan "vergül"ü itirdi. Artıq mürəkkəb cümlələrdən qorxmağa başladı. Bəsit, primitiv ifadələrə üstünlük verdi. Cümlələri bəsitləçdikcə, fikirləri də bəsitləşdi...
Bir gün də insan "nida"nı itirdi. Artıq yavaş səslə danışmağa başladı. İndi o, nə kədərlənir, nə də sevinirdi. Üstəlik, həyəcan nə olduğunu da unutmuşdu...
Bir qədər sonra "sual"ı itirdi. Artıq sual da verə bilmədi. indi heç bir şey onu maraqlandırmırdı. Nə kainat, nə dünya, nə insan...
Bir gündə insan "iki nöqtə"ni itirdi. Kiəsə , nəyisə izah etməyi yadırğadı. Ömrünün sonuna yaxın isə "dırnaq" işarəsi itirdi. İndi onun öz fikri yox idi. Ancaq başqalarının fikrini təkrarlayırdı. "Nöqtə"yə çatanda isə... "Nöqtə"yə çatanda isə artıq düşünə də bilmirdi...

Hikmətli damlalar...

Elan...
Bir gün Ata ilə oğlu mübahisə etdilər. Ertəsi gün yuxudan oyananda oğlunun yatağının boş olduğunu gördü. Bəli, oğlu evi tərk etmişdi.
Ata bir yol düşünürdü onu necə tapsın, necə evə qayıtmağı üçün yola gətirsin. Ağlına parlaq bir fikir gəldi və qəsəbədəki mağazaya böyük bir elan asdı. Elanda bu sözlər var idi: "Pako evə qayıt. Səni sevirəm. Sabah səhər səni burada gözləyəcəyəm. Atan..."
Sabah ata mağazanın qabağına çatanda çox ibrətli bir mənzərə ilə qarşılaşdı. Qarşısında oğlu kimi evdən qaçan Pako adlı yeddi uşaq var idi...

Hikmətli damlalar...

Ögeylər və doğmalar...
O xanımla bir mərasimdə qarşılaşdım. O qədər gənc idi ki, yeddi uşaq anası olduğunu eşidəndə heyrətimi gizlədə bilmədim. Çox keçmədi ki, qızlarından ikisi yanımıza gəldi. İkisinin də təqribən 12 yaşı var idi. İstər-istəməz "Bu qədər qısa fasilə ilə iki uşaq böyütmək yəqin ki, çox çətin oldu", - dedim. "Heç də elə deyil", - deyə gənc xanım cavab verdi. Bu qızımı iki il əvvəl övladlığa götürdük. Bu sözlərdən sonra özümü saxlaya bilmədim və elə uşaqların qarşısında: "Məgər sizin kifayət qədər uşağınız yox idi?" deyə soruşdum. Gənc qadın cavab verdi "Doğrudur bizim kifayət qədər uşağımız var idi amma onun heç kimi yox idi..."

Hikmətli damlalar...

Buyurun...

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

❃FloRal❃

8 İyul 2013 11:41

2-ciye bir az pis oldum
--------------------

***
❃❃❃

***

Babydoll

7 Aprel 2011 19:15

Super yes
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

NINIKO

7 Aprel 2011 13:06

COX GOZELL BAYILDIM.

__lovely__

7 Aprel 2011 12:57

xəbər çox gözəl...ən əsas daaa o Pako adlı oğlanla əlaqədar olan hissə ...

FLOR

6 Aprel 2011 22:27

en coxda 3 cu xosuma geldi tsk edirem

Mamedovich

6 Aprel 2011 21:15

Maraqlı idi 3 de

Ideal

6 Aprel 2011 20:48

AYY necə gözəl xəbər idi elə xəbərin adida. 5 good

QaRaCa

6 Aprel 2011 20:40

maraqli idi.eslinde ucuncu mene daha cox maraqli geldi cunki cox diqqet etdiyim movzuya toxundu.yazan eliniz var olsun Damla xanim

Aidan

6 Aprel 2011 20:39

Hər 3`nü oxudum marağLıydı...
--------------------
Dream it.
Wish it.
Do it.

MR.QARRI

6 Aprel 2011 20:34

3-sü daha maraqlıdı..........

MASTER-SAN

6 Aprel 2011 20:29

Dostum ela xebrleri hardan yazirsan sirrini bizede verde .:)) Ela dogurdanda ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Gitarist

6 Aprel 2011 20:17

Damla ,Oz Hikmetli Damlalar xeberi ile .Superdi Tesekkurler Dost ))

MY_CRAZY_FRIENDS_

6 Aprel 2011 19:30

GOZEL DAMLALARDIR....

NellY

6 Aprel 2011 19:21

Hemiweki kimi Damla.... good 4ox gozel xeberdi...