Loading...

Onlar dünyanın ən çirkin qadınlarıdır!
Maraqlı
- 03 Aprel, 2011
- 15 090 Baxış
Loading...
Onlar dünyanın ən çirkin qadınlarıdır!


"Hansı ölkə ən çirkin qadınlara sahibdir" anketində İngiltərə daha çox fərqlə birinci olmağı bacardı. Türkiyə isə siyahının sonunda iştirak etdi.
İngilis Daily Mail qəzetinin xəbərinə görə, bir çox meyara söykənərək edilən anketdə İngilis qadınlar az qala hər sahədə ən aşağı balları aldı. Çox sürətli içən, gəyirən, qorxunc bir şəkildə geyinən İngilis qadınları, anketə qatılanlar tərəfindən ‘qadınlara uyğun gələn davranışlar göstərməyən' və ‘həddindən artıq kilolu' olaraq şərh olundu.
İngilis qadınlarına ən çox bal itirdirən üç xüsusiyyətləri isə ‘kobud olmaları', ‘kişilər kimi içmələri' və ‘bir yerdə sızıb qalmalarıdır.' Ancaq şikayətlər bununla bitmədi. İştirakçılar, İngilis qadınlarını çirkin döymələrə sahib olmaq, çox dar bikini və futbol tişörtleri geymək və cinayətə bulaşmaqla tənqid etdi.

Real Holiday tətil saytının hazırladığı anketdə, İngilis qadınlar 22.4% ilə ən çirkin siyahısında birinci olurkən, ABŞ-lı qadınlar 16.7% ilə ikinciliyi əldə etdi
Şərqi Avropalılar və İspaniyalı qadınlar 15.7%lə üçüncü oldu. Siyahının sonunda Türk qadınları iştirak etdi.
Saytın sahibi Gary Hewitt, əldə edilən nəticələrlə şok keçirdiklərini ifadə etdi. Hewitt, "İngilis qadınları getdikcə kişilərə bənzəməyə başladı. Davamlı içirlər və sızırlar. Artıq özlərinə diqqət yetirmələri lazımdır" dedi.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...