Loading...

"Nə qədər gözəl bir gündür, deyilmi?..."

Loading...
"Nə qədər gözəl bir gündür, deyilmi?..."

"Nə qədər gözəl bir gündür, deyilmi?..."

O gün çox pis başlamışdı. Gənc qız yuxudan gec qalxmış və buna görə də, işə gec getmişdi. Üstəlik, o gün iş yerində də hər şey onun istədiyi kimi getməmişdi. Evə qayıtmaq üçün avtobus dayanacağına gələndə isə mədəsində sanki bir düyün var idi...
Həmişə olduğu kimi avtobus gec gəldi və həmişəki kimi ağzına qədər dolu idi. Çətinliklə də olsa qapının önündə özünə bir yer tapdı. Bir azdan avtobus hərəkət etdi və avtobusun ilk sıralarından gələn bir səs sanki onu yuxudan oyatdı. Bu səs: "Nə qədər gözəl bir gündür, deyilmi"-deyirdi. Avtobusda sərnişin çox olduğu üçün bu sözləri kimin dediyini görə bilmədi. Ancaq yol boyu getdikcə bu səs baharın gözəlliklərindən danışır, az qala keçdikləri bütün küçələrdəki, meydanlardakı, parklardakı "rəngləri" təsvir edirdi. Qız bütün gün ərzində ilk dəfə gülümsədiyini hiss etdi...
Nəhayət, qız evlərinin önündəki dayanacağa çatdı. Gənc qız bir tərəfdən qapıya doğru irəliləyir, bir tərəfdən də səsi gələn sərnişini görmək üçün ətrafa baxırdı. Bir azdan "bütün həyatını dəyişən" bu sərnişinlə üz-üzə gəldi. Onun üzündə ağ saqqal, gözündə qara eynək, əlində isə ağ əsa var idi...

Sizcə həyat gözəldirmi???
Elə olubmu ki, heç keyfinizin olmadığı bir gündə saytda kiminsə sözləri ilə əhvalınız yaxşılaşıb?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Mr_RoCCo

10 Aprel 2011 15:58

Sizcə həyat gözəldirmi???
həyat hər halıyla gözəldir))
--------------------
FaceBook
Instagram - ageelvevo

Lektra

5 Aprel 2011 18:00

Sizcə həyat gözəldirmi???
Bele de,pis deyil

Dandoline

5 Aprel 2011 15:18

"Nə qədər gözəl bir gündür, deyilmi?...

Hə.,səhər təpəmizə yağan palçıqlı yağış da gözəl idi..Romantiçni.. winked

Remember_oNlY_me

5 Aprel 2011 11:49

Sizcə həyat gözəldirmi???
heyat cox gozeldi insanlardan ferqli olaraq.

Elə olubmu ki, heç keyfinizin olmadığı bir gündə saytda kiminsə sözləri ilə əhvalınız yaxşılaşıb?
olub ele senin yazdigin bu movzu ile.

MY_CRAZY_FRIENDS_

4 Aprel 2011 22:49

HEYAT CETINDIR,MUREKKEBDIR,BEZEN DOZULMEZ YASAMAQ....

KaRoLeVa

4 Aprel 2011 22:30

Həyat çox gözəldir. Çətinliyə ragmen yaşamaga dəyər. Deyib-gülən biriyəm. Arada olur kefim olmasın. Ama kiminsə bir sözüylə belə kefim düzələ bilər.
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

Mamedovich

4 Aprel 2011 21:37

Əlbəttə həyat gözəldir...
O qədər olub... Bir dəfə kefim yox idi bir maşının arxası toz idi, ora yazmışdılar, BU GÜN HƏYAT SƏNİN ÜZÜNƏ GÜLƏCƏK, kefim elə açıldiki doğurdanda düşündüyüm pis şey olcaqdı ama yaxşı oldu

Xəyalpərəst

4 Aprel 2011 20:39

Damla, bu yazılar öz yazılarındır? Əgər bloqun varsa, mənə pm ilə göndərsən, sevinərəm.

FLOR

4 Aprel 2011 20:36

olur bezen ,, amma bu gun da cetin duzelim (

NellY

4 Aprel 2011 20:36

Sizcə həyat gözəldirmi???
Elə olubmu ki, heç keyfinizin olmadığı bir gündə saytda kiminsə sözləri ilə əhvalınız yaxşılaşıb?

hee elbette 4ox gozeldir..en pis vaxtimda ise kefimi ancag Nigar a4a bilir...bawdan xarab bir bacim var o!

MASTER-SAN

4 Aprel 2011 20:24

Ela bir xeberdi olduqca.Menim keyfim olmayanda olmur ..O az olur bel hallar .Londra demiwken MASTER-SAN yende oz alemindedi lol .Menim keyfim olmayanda ise hec kes bunu aca bilmir .Cox geliz iw olur ..Ne qeder deyib gulen olsamda o nece deyerler corta gedende gec ayiliram lol
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

MR.QARRI

4 Aprel 2011 20:11

Sizcə həyat gözəldirmi???
Elə olubmu ki, heç keyfinizin olmadığı bir gündə saytda kiminsə sözləri ilə əhvalınız yaxşılaşıb?

gözəldir..........................

bilmirəm yadımda deyil.............
..

Mr.Sparrow

4 Aprel 2011 19:25

Mən bu aralar həyatdan çox qırılmışam. Belə mənasızlaşıb hər şey sad

Gitarist

4 Aprel 2011 19:24

Sizcə həyat gözəldirmi???
Elbette gozeldi ))
Elə olubmu ki, heç keyfinizin olmadığı bir gündə saytda kiminsə sözləri ilə əhvalınız yaxşılaşıb?
yoo

Aidan

4 Aprel 2011 19:11

Sizcə həyat gözəldirmi???
Həyatı gözəL yaşayanLara hə,həyat olarçün gözəLdi.

Elə olubmu ki, heç keyfinizin olmadığı bir gündə saytda kiminsə sözləri ilə əhvalınız yaxşılaşıb?
OLub ama çox da xeyri oLmur...
--------------------
Dream it.
Wish it.
Do it.

Faya

4 Aprel 2011 19:08

Sizcə həyat gözəldirmi???


Həyat çox gözəldir, yaşamağa dəyər. Nə qədər çətin olsa da hər zaman şükr etmək lazımdır.


Elə olubmu ki, heç keyfinizin olmadığı bir gündə saytda kiminsə sözləri ilə əhvalınız yaxşılaşıb?


Sözlərdən çox oxuduğum xəbərdən əhvalım yaxşılaşır, hərdən olub bəli.
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.