Loading...
Qələmlə yazmaq daha faydalıdır

Qələmlə yazmaq daha faydalıdır

Loading...
Qələmlə yazmaq daha faydalıdır

Norveç alimləri qələmlə yazan uşaqların klaviaturadan istifadə edən uşaqlardan daha yaxşı oxuduqlarını müəyyənləşdiriblər. Bu sahədə araşdırma aparan alimlər bildirirlər ki, qələm və kitabdan kompüter monitoru və klaviaturasına keçəndə, beyin inkişaf prosesində nəsə itir. Çünki oxumaq və yazmaq bizim bir neçə hisslərimizi inkişaf etdirir.
Qələmlə yazanda, hərəkətlər əsasında beyin hərf və onların yazılardakı düzülüşünü yadda saxlamağa kömək edir. Klaviaturadakı düymələri basmaqla isə bu mexanizmi beyin yadda saxlaya bilmir.
Alimlər iki qrup könüllü arasında bilmədikləri əlifba vasitəsilə bu təcrübəni sınamağa cəhd ediblər. Qruplardan biri hərfləri qələmlə, digəri isə klaviaturadan istifadə etməklə yazıb. Bir müddət sonra araşdırma aparan alimlər aşkar ediblər ki, qələmlə əlifba öyrənənlər klaviaturada yazanlardan daha yaxşı qavrama və yadda saxlama qabiliyyətinə malikdirlər.
Norveçin Stavanger Universitetinin professoru Ann Mangen bildirir ki, bir insan digərinin işini müşahidə edib onu dəqiq izləyərkən, həmin adamın həyata keçirdiyi prosesi öz beynində və yaddaşında daha yaxşı saxlayır. Halbuki bu işi özü görsəydi yaddaşı və qavraması o qədər də yaxşı olmazdı. Qələmlə yazanda da eyni proses baş verir.Bu zaman proses uzun çəkdiyinə görə yazma hərəkəti və onun nəticələri klaviaturada yazmağa nisbətən daha yaxşı yadda qalır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Faya

4 Mart 2011 10:55

Maraqlı idi
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

Miss_Yerazka

3 Mart 2011 21:53

Maraqli Fikirlerdi.....
Tesekkurler......

Mr_RoCCo

3 Mart 2011 21:46

maraqlı təcrübədi=)
--------------------
FaceBook
Instagram - ageelvevo

MR.QARRI

3 Mart 2011 20:45

hmm maraqlı araşdırmadı..........

Mamedovich

3 Mart 2011 20:21

good

MASTER-SAN

3 Mart 2011 20:12

smile
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye