Loading...
Xeyirsiz Bilik

Xeyirsiz Bilik

Loading...
Xeyirsiz Bilik

Çöllərdə avara gəzən bir filosof, dəvəsi ilə səfər edən bir kəndliyə rast gəldi. Haradan gəlib hara getdiyini öyrəndikdən sonra, dəvənin iki yanına sallanmış çuvallarda nə olduğunu soruşdu.
Kəndli:
-Onların birinə buğda, digərinə qum doldurdum - deyə cavab verdi.
Filosof:
- Buğdanı başa düşdüm, amma qumu nə üçün doldurdun? deyə soruşduqda Kəndli:
-İkinci çuval boş qalsaydı tarazlıq pozulardı!-dedi.
Filosof gülməyə başladı:
- Tarazlıq təmin etmək üçün buğdanın yarısını bir çuvala, digər yarısını da o birisinə doldursaydın, daha yaxşı olardı, yazıq dəvənin yükünü də azaltmış olardın-dedi.
Kəndli çaşmış, bu müdrik adama heyranlıqla baxmağa başlamışdı.
- Sən,-edi, padşah yaxud vəzir olmalısan! Bu qədər ağıl onlarda ola bilər ancaq.
- Xeyr-dedi, filosof, mən nə padşaham, nə də vəzir.
- Elə isə dükan sahibi varlı bir insansan.
- Nə gəzər, cibində qəpiyi belə olmayan bir adamam mən! Bu qədər məlumat və hikmətin qarşılığı olaraq əlimdəki bu dəyənək və cındır paltarlarımla gəzirəm çöllərdə..
Kəndli bu cavab qarşısında heç məmnun olmamışdı:
-Çəkil get!-deyə qışqırdı. Sənin bilik və hikmət dediyin şeyin bir faydası olsaydı, əvvəl sənə fayda idi.
Torbamın birində qum, digərində buğda olması, sənin içi boş bilik və fəlsəfəndən çox daha yaxşıdır!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

20 May 2013 00:57

Eslinde oxuyanda kendliye de,filosofa da az da olsa haqq verdim.

Eslinde oxuyanda kendliye de,filosofa da az da olsa haqq verdim.

Lineage

2 Mart 2011 00:32

Bele baxanda kendli filosofdan aqillidir kendli zehmetkewdir filosof bow bow daniwmaqdan birwey bilmir :p

Mamedovich

1 Mart 2011 19:39

Maraqlı idi=)

DReaM

1 Mart 2011 19:16

maragli idi gozel.... girl_ten

Ideal

1 Mart 2011 18:59

Maraqli idi.Kendli niye ele elediyeee.Savadsiz kendli puah

KaRoLeVa

1 Mart 2011 18:19

Maraqlı İdi winked
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love

Gitarist

1 Mart 2011 17:05

Oxudum super yazidi

MR.QARRI

1 Mart 2011 16:45

kəndli oxumamış adamdı ona görə belə deyib............

Miss_Yerazka

1 Mart 2011 16:43

Hmmm Ornek Verici idi.....
Tesekkurleim Senin Oldu......

Nilay

1 Mart 2011 16:32

Maraqliydi winked [color=#993399][/color]))

rais 1983

1 Mart 2011 16:24

lol day dediyin dedidə.

Mr_RoCCo

1 Mart 2011 16:06

maraqlı idi=)
--------------------
FaceBook
Instagram - ageelvevo