Loading...
Facebook-un tarixçəsi

Facebook-un tarixçəsi

Loading...
Facebook`un tarixçəsi

2004
Facebook, 2004-cü ilin Fevral ayında internet aləminə "The Facebook" adı ilə Harvard Universitetindən mərhaba dedi. Eyni ilin İyun ayında Kaliforniyanın Palo Alto əyalətinə köçən Facebooka Sentyabr ayında qrup tətbiqləri və "divar" anlayışı əlavə olundu. İlk olaraq Sentyabr ayında əlavə olunan divara yazı yazma ilə birlikdə Facebook, daha ilk ilində tam 1 milyon üzv sayına çatdı.

Facebook`un tarixçəsi

2005
2005-ci ilin ilk aylarında hər hansı bir dəyişikliyə uğramayan "The Facebook", Avqust ayında adının başındakı "the"ni ataraq artıq yalnız Facebook olaraq xatırlanmağa başlandı. Sentyabr ayında lisey şagirdləri arasında böyük rəğbət görən sayt, Oktyabr ayında isə fotoşəkil yükləmə tətbiqini istifadəçilərinin xidmətinə təqdim etdi.Facebook, 2005-ci ili tam 5.5 milyon istifadəçiylə bağladı.

Facebook`un tarixçəsi

2006
İndiki vaxtda xeyli çox adamın istifadə etdiyi mobil Facebookun təməlləri 2006-cı ilin Aprel aylarında atıldı. Avqust ayında "qeyd" xidmətini təqdim etməyə başlayan Facebook, Microsoftla əməkdaşlıq etməyə başladı. Sentyabr ayında isə News Feed yəni "xəbər qaynağı" xüsusiyyətini gətirən Facebook ‘un aldığı qərar istifadəçilərinin üsyan etməsinə səbəb oldu. Çünki Facebook, təhlükəsizliyi sıfıra endirərək bütün üzvlərin bir-birlərini görə bilmələrini təmin etdi. Gündən günə böyüyən sayt 2006-cı ili 12 milyon istifadəçi ilə bağladı.

Facebook`un tarixçəsi

2007
2007-ci ilin May ayında F8 İnkişaf etdiriciləri Konfransına qatılan və burada Facebook Platformasının və tətbiqlərinin lansmanını edən Facebook, Avqust ayında iPhone ilə tam uyğun hala gəldi.
Tarixlər Oktyabr 2007i göstərdiyində isə Microsoft, mobil Facebook adına böyük sərmayələr etdi. Noyabr ayında reklam hadisəsini inkişaf etdirərək sayta optimizə edən Facebook, xüsusilə "beacon" satışa çıxarma proqramıyla böyük reaksiya aldı.
Bütün bu inkişaflarla birlikdə Facebookun maneə törədilə bilməz yüksəlişi davam edirdi və 2007-ci ilin sonunda üzv sayı 50 milyona qədər yüksəldi.

Facebook`un tarixçəsi

2008
Facebook, 2008-ci ildə etdiyi həmlələrlə üzv sayında böyük bir artım təmin etdi. İlk olaraq Mart ayında yoldaş siyahısında təhlükəsizlik idarəsi xüsusiyyətiylə istənməyən kəslərin maneə törədilməsini təmin edən Facebook, Aprel ayında söhbət xüsusiyyətini gətirdi. Və Facebook gələn bütün reaksiyalara baxmayaraq, maneə tanımayaraq İnternetin olmazsa olmazları halına gəldi. Facebookun 2008-ci ilin sonunda üzv sayı 100 milyonu göstərirdi.

Facebook`un tarixçəsi

2009
2009-cu ilə sürətlə daxil olan Facebook, Fevral ayında üzvlərini Like (bəyənmə) xüsusiyyətiylə tanış etdi. İyun ayında Facebook istifadəçi adını qarşımıza çıxaran Facebook, Avqust ayında FriendFeedi satın aldı. Oktyabr ayında təhlükəsizlik nizamlarıyla yenidən oynayan Facebook, 2009-cu ili böyük bir müvəffəqiyyətin altına imza ataraq 350 milyon üzv ilə bitirdi.

Facebook`un tarixçəsi

2010
2010-cu ilin Aprel ayında Open Graph API xidmətini istifadəçilərinə təqdim edən Facebook, bu tətbiq ilə şirkətlərə və təşkilatlara öz saytlarını və sahə adlarını Facebook səhifəsi kimi hazırlama imkanı tanıdı.May ayında təhlükəsizlik mövzusunda böyük reaksiya alan Facebook, iyul ayında tam 500 milyon istifadəçi sayına çatdı. Facebook, keçdiyimiz ilin avqust ayında mövqe əsaslı tətbiqi "Facebook Place"si istifadəyə təqdim etdi. Oktyabr ayında isə, İctimai Şəbəkə adındakı filmiylə adından danışdırdı. Dekabr 2010da isə Time Maqazinə jurnalı Facebookun qurucusu Mark Zuckerbergi "ilin adamı" olaraq təyin etdi.

Facebook`un tarixçəsi

2011
Və içərisində olduğumuz ilin ilk ayında Facebookun dəyərinin 50 milyard dollar olduğu açıqlandı.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nina Guney

23 Avqust 2012 21:50

2011
Və içərisində olduğumuz ilin ilk ayında Facebookun dəyərinin 50 milyard dollar olduğu açıqlandı.
artiq 2012di goresen indi nece milyarddi?????
ne ne
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Sekine422

7 Sentyabr 2011 14:37

Mende facebookda varam.Amma deyirlerki face noyabrin 5-de baglanacaq bj

TARKANKA_210

15 Fevral 2011 21:54


Copy elədim sabah oxuyacam mənim üçün çoox həm də çoox maraqlıdır. Əvvəllər istifadə eləmirdim 1-2 ay olar ki, istifadə edirəm, maraqlıdır smile
Müəllifə təşəkkür və 5+ ))


STAR BOYS

15 Fevral 2011 19:50

Facebooku gücləndiriblər.Daha rahat eləyiblər smile

YERAZGIRL

15 Fevral 2011 19:41

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

MASTER-SAN

15 Fevral 2011 18:48

Melumatim var idi .Lakin yende oxudum
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

MR.QARRI

15 Fevral 2011 17:18

deyirdilər bağlanacaq düzdüüüü?????????

Nilay

15 Fevral 2011 16:27

Miss Dizayner,
bunu oxumağa hövsələ lazımdı.o da ki, məndə qokko.twk
recourse

elena

15 Fevral 2011 16:09

bunu oxumaga hovsele lazimdi.o da ki mende qokko recourse twk...

Mamedovich

15 Fevral 2011 14:45

Oyda 50 milyar görəsən joy.az ın dəyəri nə qədərdir maraqlıdı

Miss_Yerazka

15 Fevral 2011 14:17

Bilmirdim Duzu Indi Sayenizde Bilmis Oldum.....

NellY

15 Fevral 2011 14:00

Sitat: BaKiNeCH
Adamın ağzı açıq qalıre baxanda)

naya Emin? feel

İrmak

15 Fevral 2011 13:35

50 milyard?maşallh
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Emil

15 Fevral 2011 12:34

Adamın ağzı açıq qalıre baxanda) mocking
--------------------

To get away clean, you have play dirty.

Mr_RoCCo

15 Fevral 2011 12:25

biraz məlumatım vardı..yenə də çox sağol hi
--------------------
FaceBook
Instagram - ageelvevo