Loading...
Kasıb gəncin hekayəsi

Kasıb gəncin hekayəsi

Loading...
Kasıb gəncin hekayəsi

Kasıb bir gənc gecə daxmasında yatarkən, otağının işıqla dolduğunu görür. Gələn bir səs ona belə deyir: "Bundan belə Allah üçün çalışacaq və daxmanın önündəki böyük qayanı bütün gücünlə itələyəcəksən!"
Bunun Allahdan gələn bir əmr olduğuna inanan adam, ertəsi səhər qayanı itələməyə başlayır. Sabahısı gün və həftələr günəşin doğulmağından batmağına qədər daşı itələyir. Aylar sürən məşğuliyyət əsnasında qaya yerindən belə tərpənmir. Adam gecə daxmasına yorğun-arğın qayıdır, gününün boşa keçdiyini düşünür.

Onun şövqünün qırıldığını hiss edən şeytan ürəyinə vəsvəsələr verməyə başlayır: "Nə qədər zamandır bu qayanı itələyirsən, bir mil belə tərpənmədi. Özü də bunun üçün niyə təəssüf edirsən ki? Onu yerindən oynatmağın onsuz da mümkün deyil."
Beləcə, gənc vəzifəsini yerinə yetirməyinin qeyri-mümkün olduğunu, bu səbəbdən müvəffəqiyyətsizliyə uğradığı hissini itirməyə çalışır.
Bu cür düşüncələr onun şövqünü daha da qırır və ümidini get-gedə itirir. "Düzdü, özümü bu iş üçün niyə paralayıram ki?" deyə öz-özünə deyir. "Bundan sonra azca bir qüvvət xərcləyəcəyəm. Bu da bəsdi.

Böyük qaya yerindən tərpənməyəcək." Və qərarını duasında Allaha bildirər "Allahım, uzun zamandır dayanmadan, istirahət etmədən sənin dediyin kimi hərəkət etdim. Bütün gücümlə istədiyin şeyi etdim. Hər gün yoruluram, amma qayanı bir mil belə tərpədə bilmirəm. Niyə? Niyə bacara bilmirəm?"
Səs şəfqətlə cavab verir: "Uzun vaxt əvvəl sənə əmrimi deyəndə qəbul etmişdin. Sənə vəzifənin qayanı bütün gücünlə itələmək olduğunu söyləmişdim. Sən də etmişdin. Mən sənə heç bir zaman onu yerindən oynatmağını gözlədiyimi söyləmədim ki! Sənin vəzifənin onu itələmək idi. İndi gücünün tükəndiyini, müvəffəqiyyətsizliyə uğradığını söyləyirsən. Özünə bir bax.

Qolların daha da gücləndi. Kürəyin ağırlığa dayanıqlı oldu. Qıçların qalınlaşdı və qüvvətləndi. Daşı itələməyə başlayandan çox qüvvətlisən indi. Bəli, qayanı tərpədə bilmədin. Amma səndən istənən əmrə itaət etməyin və onu yalnız itələməyin idi. Qayanı yerindən oynadan insan."
Səhvini anlayan gənc, sabahısı gün öz vəzifəsinin qayanı yerindən oynatmaq deyil, onu var qüvvətiylə itələmək olduğunu düşünərək verilən vəzifəni yerinə yetirir. İkinci gün, üçüncü gün, qaya birdən yerindən tərpənir. O zaman qayanı yerindən tərpədənin özü deyil, Allah olduğunu anlayır. Bir az daha məşğul olanda, qaya bir az daha oynayır və kənara diyirlənir. Altından da özünə ömür boyu çatacaq qədər böyük bir xəzinə çıxır.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

TARKANKA_210

14 Fevral 2011 22:55

Sitat: NellY
eee bir gaya zad olsaydi terpedim 4oxlu gir gizil tapardim..gederdim ozume 4oxlu pal paltar alardim,telefonumu deyiwerdim....bide 4ooooooooooooooooooooooooooooxlu akkaw saat alardim....

Gözümüz doymurdaa lol
Cicişim təşəkkürlər maraqlı xəbər idi, düzdü bir az nağıla oxşadı, amma düşündürücü idi. smile 5+ :)))


MR.QARRI

13 Fevral 2011 09:55

ibrətli hekayədi...........

Sevka_(JoY)

13 Fevral 2011 00:23

cox sag ol, Britni,, oxudum və bəyəndim...

Şərt o deyiLki, oxuyasan, ALLAHın adını gördün deyə : "maraqlıdı" deyəsən !!
Şərt odur ki, mənasını qavrayıb, NƏTİCƏ götürəsən !!!

Səndən hərəkət, "MƏNDƏN" bəRəkəT !!!
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Naxcı-One-Lı

13 Fevral 2011 00:05

Hmm oxudum desem yalanci olaram :D

LARACROFT

12 Fevral 2011 23:49

Maraqlı xəbər üçün çox sağ ol Britney
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Babydoll

12 Fevral 2011 21:27

Aaa.Nə maraqlıdır.Süper hekayədir.5+))
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

Mamedovich

12 Fevral 2011 20:29

Oxudum maraqlı idi ...

Ideal

12 Fevral 2011 20:12

Maraqli idi TWK

MASTER-SAN

12 Fevral 2011 19:36

Sitat: NellY
eee bir gaya zad olsaydi terpedim 4oxlu gir gizil tapardim..gederdim ozume 4oxlu pal paltar alardim,telefonumu deyiwerdim....bide 4ooooooooooooooooooooooooooooxlu akkaw saat alardim....

hele bu fikirde oldugun ucun hecneyi deyiwmirsen :)) Qalmisan Nisenin gunune lol
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Lineva

12 Fevral 2011 19:29

Oxumadım )

MooN_LIGHT

12 Fevral 2011 19:16

cox maraqli xeber idi

MY_CRAZY_FRIENDS_

12 Fevral 2011 18:37

COX MARAQLI HEKAYEDIR

NellY

12 Fevral 2011 18:30

eee bir gaya zad olsaydi terpedim 4oxlu gir gizil tapardim..gederdim ozume 4oxlu pal paltar alardim,telefonumu deyiwerdim....bide 4ooooooooooooooooooooooooooooxlu akkaw saat alardim....

Nilay

12 Fevral 2011 17:22

Cox maraqli idi good ..twk

elena

12 Fevral 2011 17:17

maraqli idi twk...

Mr_RoCCo

12 Fevral 2011 17:10

vauvv necə maraqlı idi... winked Bu o deməkdiki,öz işini harama əl uzatmadan yerinə yetir ki,Alllah sənə etdiyin işin qarşılığını artıqlamasıyla versin.
--------------------
FaceBook
Instagram - ageelvevo

KaRoLeVa

12 Fevral 2011 17:09

Çox maraqlı idi. Əla xəbərdi Britney+5)) . Allah hər kəsi şeytanın vəsvəsəsindən qorusun. smile
--------------------
Tək bir adam üçün darıxırsan, amma nədənsə hər yer sənin üçün kimsəsiz gələr. love