Loading...

Düzgün cavablarınızı gözləyirəm...
Maraqlı
- 12 Fevral, 2011
- 2 569 Baxış
Loading...

Hər tapılan suala 100 manat hədiyyə ediləcək...
Cavablarınızı şərhlərinizdə qeyd edin...
***
Sual 1: Ata və 2 oğlu çayın qarşı tərəfinə keçməlidirlər. Atanın çəkisi 100 kq, oğullarının şəkisi isə hər biri 50 kq-dır. Ancaq qayıq 100 kq-dan artıq yük götürə bilmir. Belə olduqda ata və oğulları çayın qarşı tərəfinə necə keçə bilər?
***
Sual 2: 10 üstü 22-nin yarısı neçədir???
***
Sual 3: Şagird 8 manata 20 ədəd 12, 24 və 120 vərəqli dəftər aldı. 120 vərəqli dəftərin qiyməti 1 manat 60 qəpik, 24 vərəqli dəftərin qiyməti 20 qəpik, 12 vərəqli dəftərin qiyməti isə 10 qəpik idi. Şagird 8 manata neçə 120 vərəqli, neçə 24 vərəqli və neçə 12 vərəqli dəftər aldı???
***
Sual 4: Sual işarəsinin yerinə hansı rəqəm olmalıdır?
77 49 36 18 ?
***
Sual 5: Bir kəndli bir səbətə hər gün əvvəlki gündən iki dəfə çox yumurta qoyur. Bu səbətin 6 gündə dolduğunu nəzərə alsaq, yarısı neçə gündə dolar?
***
Sual 6: 9 ədəd 9 rəqəmi götürün və 4 əməliyyatdan (+, -, *, /) istənilən birini (və ya bir neçəsini) istifadə edərək 1000 rəqəmini əldə edin?!
***
Buyurun...
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...