
Dalaşdıq və barışdıq...
- 01 Fevral, 2011
- 4 886 Baxış
Insan münasibətlərində həmişə sabitlik olmur.Zaman -zaman mübahisələr,qalmaqallar bu münasibətlərə təsir göstərir.
Hər birimiz hirsli anlarımızda sözlərimizə hakim kəsilə bilmirik.Bəzən qəsdən, bəzən isə istəmədən qarşımızdakının xətrinə dəyib qəlbini qırdığımız anlar olur.
Mübahisə zəminində yaranan emosiyaları özünə tabe etmək elə də asan deyil. Bu zaman sonradan peşmançılığını çəkdiyimiz hərəkətlər edib sözlər deyə bilirik.
Mübahisə-bir az xoşagəlməz hərəkətdir.Amma onlar baş verirsə deməli lazımdır, bəzən qaçılmazdır. Hətta adi hərəkətlərdən böyük mübahisələr yaranır və çox vaxt dava ilə nəticələnir. Həta adi bir sözün deyiliş qaydası, intonasiyası böyük mübahisə dalğası yaradır. Əsasən də həmsöhbətin üsyankar xarakterdədirsə sadə bir smayliklə də mübahisəyə başlamaq olar. Vacib olan isə mübahisəni necə başlamaq deyil, onu necə bitirməkdir.
Çünki bu zaman elə söz deyə bilərsən ki bütün münasibətlərə son qoymalı olarsan. Kinli insanlarla isə lap çətindir.
Çünki hər zaman günahkar tərəf olmur üzr istəyən. Çox zaman üzr istəyən sadəcə münasibətlərinə dəyər verən tərəf olur.
Dəyər verməyi bacaran insanlardan olun!
İndi isə sorğumuz:
Mübahisədən sonra nə edirsiniz?
1. Günahımı başa düşürəm və bundan əzab çəkirəm.
2.Barışmaq üçün ilk addım atıram.
3.Uzun müddət küsülü vəziyyətdə qalıram.
4. Hər bir halda gözləyirəm qarşımdakı üzr istəsin.
5.Vəziyyəti götür-qoy edib nəticə çıxarıram və düzəltməyə çalışıram