Loading...

Qısqanclıq
Maraqlı
- 11 Fevral, 2011
- 2 901 Baxış
Loading...

Bəziləri yoldaşını qısqanmağı ayıb kimi, köhnəlmiş kimi göstərməyə çalışırlar. Namusunu qorumaq üçün, qanuni hüdudlar içində qısqanclıq göstərmək dinimizin əmridir.
Hədisi şəriflərdə buyuruldu ki:
(Allahu təaladan daha namuslusu yoxdur və bunun üçün fahişəliyi qadağan etmişdir.) [Buxari]
Hədisi şəriflərdə buyuruldu ki:
(Allahu təaladan daha namuslusu yoxdur və bunun üçün fahişəliyi qadağan etmişdir.) [Buxari]
(Namus səyi imandan, qadın-kişi bir yerdə əylənmək də nifaqdandır.) [Deylemi]
Namusunu qısqanmayana dəyyus deyilir.
Dəyyuslar üçün hədisi şəriflərdə buyuruldu ki:
(Allahu təala, Cənnəti yaradanda, "Xəsis, sənə girə bilməz, dəyyus sənin qoxunu belə duya bilməz" - buyurdu.) [Deyləmi]
(Allahu təala, Cənnəti yaradanda, "Xəsis, sənə girə bilməz, dəyyus sənin qoxunu belə duya bilməz" - buyurdu.) [Deyləmi]
(İçki içənə, ana-atasına üsyankar olan kimsəyə və dəyyusa, Cənnətə girmək haramdır) [i. Əhməd]
Bu böyük günahları işləyən kimsənin zərrə qədər də olsa imanı varsa, günahlarının cəzasını çəkdikdən sonra Cənnətə gedər. Lakin günahlar insanı küfrə sürüdüyü üçün, bu günahlara davam etmək böyük fəlakətə gətirib çıxarar. Tezliklə tövbə edib günahlardan sıyrılmalıdır. Tövbə edən, heç günah işləməmiş kimi olar.
Qadının, ərini də qısqanması normaldır. Lakin qısqanclığıyla qanuni sərhədi aşmamalıdır.
(Allahu təala, qısqanclığı qadınlara və cihadı kişilərə yüklədi. Hansı qadın, bu əmrə iman edərək səbr etsə, şəhid olan mücahid qədər savab qazanar) hədisi şərifində də, qadınların səbir göstərmələri deyilir.
Sual: Namuslu olmaqla, qısqanmaqla həsəd etmək arasında nə fərq var?
Cavab:Həsəd, qısqanmaq, qəbul edə bilməmək deməkdir. Yəni, Allahu təalanın birinə verdiyi nemətin ondan getməsini istəmək deməkdir. Ondan getməsini istəməyib, özündə də olmasını istəmək, həsəd olmaz. Buna qibtə etmək deyilir. Qibtə gözəl bir xasiyyətdir. İslamiyyətin ehkamına, yəni fərzləri etməyə və haramlardan çəkinməyə riayət edən, güdən saleh kimsəyə qibtə edilməsi vacibdir. Dünya nemətləri üçün qibtə etmək məkruh olar. Birində olan pis, zərərli şeyin getməsini istəmək səy olar. Səy göstərənə də namuslu deyilir. Səy, bir kimsədə olan haqqına, onun başqasını ortaq etməsini istəməməkdir.

(Mömin namuslu olar. Allahu təala isə daha namusludur.) [Müslim]
(Mömin namuslu olar. Allahu təala isə daha namusludur.) [Müslim]
(Namus səyi imandandır.) [Deyləmi]
Allahu təalanın cəhd göstərməsi, qulunun pis, çirkin şey etməsinə razı olmamasıdır.
İnsanın Allahu təalaya cəhd göstərməsi, haram işlənməsini istəməməklə olar.
Yusif əleyhissalamın, (Sultanın yanında mənim adımı söylə!) deməsi səyi ilahiyyəyə toxunaraq, illərlə zindanda qalmasına səbəb oldu. İbrahim əleyhissalamın, oğlu İsmayılın dünyaya gəlməsinə sevinməsi səyi ilahiyyəyə toxunaraq, bunu qurban etməsi əmr olundu. Allahu təalanın çox sevdiklərinə, bəzi övliyaya belə cəhd göstərməsi çox baş vermişdir.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...