Loading...
H‎əyat örnəyimiz kimdir?

H‎əyat örnəyimiz kimdir?

Loading...

alt



H‎əyat örnəyimiz kimdir?

Böyük-kiçikliyindən asılı olmayaraq bütün insanlar digərlərindən örnək götürür,bəzi işlərində onlara oxşamağa çalışırlar.Bu,hər bir insanın fitrətində olan bir xüsusiyyətdir.Odur ki, tarix boyu cəmiyyətlərin öndə gedən ziya sahibləri insanın bu fitri ehtiyacını təmin etmək məqsədilə onlara nümunələr təqdim etmək fikrində olmuşlar.Ümumiyyətlə təlim-tərbiyə məsələləri ilə məşğul olan hər bir kəs insanın məhz bu xüsusiyyətini nəzərə alaraq tərbiyənin lazım olduğunu ortaya qoyur.İnsan ağıl sahibi olmaqla yanaşı, həm də müxtəlif nəfsi istəklər toplusudur.İnsanın bu ziddiyyətli daxili qüvvələri arasında həmişə mübarizə gedir və təəssüf ki,insan heç də həmişə bu mübarizədən qalib çıxmır.Insanın maddi meyilləri onu bir istiqamətə,mənəvi hissləri isə digər istiqamətə çəkir.Onun bu mübarizədən ağılın qələbəsi ilə çıxması üçün ağıl sahibi olması kifayət deyildir.Belə ki,insan heç də həmişə ağılının vasitəsi ilə ağı qaradan və ya pisi yaxşıdan seçə bilmir.Bunu bəşər tarixinə ötəri nəzər salmaqla görmək mümkündür. Hətta çox uzağa yox,elə günümüzdə və ətrafımızda baş verən hadisələrə nəzər salmaqla da ağılın insanı məqsədinə çatdırmaq üçün yetərli olmamasının şahidi ola bilərik.
İslam baxımından insanın ağılına verilən dəyər çox yüksəkdir.Bu iddiani çox asanlıqla sübut etmək üçün İslamın ana mənbəyi sayılan Qurana nəzər salmaq kifayətdir.Belə ki,Quran insanları doğru yola dəvət edərkən insanların qarşısına qoyduğu məsələlərdən biri,onların öz ağıllarına müraciət etməsidir.Heç də təsadüfi deyildir ki, ağıl kəliməsi və ondan yaranan ifadələr Quranda 49 dəfə işlənmişdir. Ümumiyyətlə din və şəriət ağıl sahibləri üçün göndərilmiş və Quran ağıl sahibləri üçün nazil edilmişdir.
Lakin bütün bunlara baxmayaraq Allah-Təala insan ağılının onun səadətə qovuşması üçün birmənalı şəkildə yetərli olmamasını nəzərə alaraq insanları doğru yola dəvət etmək üçün elçilər göndərmiş və insanlara onlara tabe olmağı əmr etmişdir.Allahın göndərdiyi bu elçilər bütün dövrlərdə cəmiyyətin ən səmimi və dürüst şəxsiyyətləri olmuşlar.Allah-Təala peyğəmbərləri göndərib ki,insanlara real örnək olsunlar.Belə ki,həmin peyğəmbərlərin məhz insanların öz içlərindən seçilməsi və insan cinsindən olması o məqsədi daşımışdır ki,onlara tabe olacaq insanlar bu ilahi nümunələrə bənzəməyi mümkün saysınlar.Çünki,əgər Allahın nümunə göstərdiyi varlıqlar insan deyil,məsələn,mələk olsaydılar,təbii ki,onlar öz etirazlarını bildirər və mələyə oxşamağın qeyri-mümkün olduğunu deyərdilər.
Bəli,Peyğəmbər (s) Allaha iman edən və qiyamətə inanan hər bir kəs üçün ən gözəl örnəkdir.Allah-Təalanın Peyğəmbəri (s) bizlərə örnək kimi təqdim etməsinin səbəbi o həzrətin əxlaqının ilahi meyarlarla misilsiz dəyərə malik olmasıdır.
Odur ki,örnək olmağa yalnız əxlaq sahibləri layiqdirlər.Özü də o əxlaq sahibləri ki, onların əxlaqı ilahi meyarlara uyğun gəlsin və onların insanlar üçün nümunə olmasını Allah təsdiqləmiş olsun.
Peyğəmbəri (s) örnək götürmək üçün ilk addım olaraq o həzrətin həyatını öyrənmək lazımdır.Allah-Təala Peyğəmbəri (s) mütləq şəkildə örnək kimi təqdim etdiyi üçün biz həyatımızın bütün sahələrində o həzrətdən nümunə götürməli və onun yolu ilə getməliyik.Bu,Allahını sevən hər bir kəsin vəzifəsidir.
“De: “Əgər siz Allahı sevirsinizsə,mənim ardımca gəlin ki,Allah da sizi sevsin və günahlarınızı bağışlasın.Allah bağışlayandır,mərhəmətlidir!”


Bəs sizin həyat örnəyiniz kimdir?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

ADELE

27 Yanvar 2013 16:07

Peyğəmbər (s) Allaha iman edən və qiyamətə inanan hər bir kəs üçün ən gözəl örnəkdir
--------------------
Hatasız Kul Olmaz

_LovelY_

11 Yanvar 2013 15:29

twkler xebere gore(
--------------------


Don't make me sad, Don't make me cry..

_Aymir_

12 İyul 2012 11:07

sagol xebere gore.
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

Nahid-19

4 May 2010 21:23

Hərdən hə hərdən yox....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

SHAH RUKH KHAN

31 Mart 2010 02:02

1 insan var ki,men ondan konkret olaraq heyata oyrenmiwem,oyrenirem,Allah onun canina deymese oyrenecem.Cox yawli olmasada agil terefden coooooox yawli symaq olar onu.ona gore de men Alaaha wukur edirem ki,men onu 5 yawimdan tanimiwam...twk..ureyimi bowaltdim. girl

R.A.M.I.K

6 Noyabr 2009 14:24

yerivar

Paris

20 Yanvar 2009 17:49

REQANA_ sagol xebere gore.

camka

14 Yanvar 2009 21:22

Spasibo...

Rufat

14 Yanvar 2009 18:32

Tesekkur!!!
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

_REQANA_

14 Yanvar 2009 00:47

Sitat: Farida
Təşəkkürlər Reqish(fikrimi yazdım olar təşəkkür yazım?)))

Sen lap meni ezrail eledin eee?He canim indi olar,quzum men teşekkür edirem. loveis

Her birinize teşekkürler.

Vamp

13 Yanvar 2009 23:58

Bəs sizin həyat örnəyiniz kimdir?

Konkret bir adam deyil.Yaxşını da görüb ibrət götürürəm.Pisi də görüb ibrət götürürəm..
Təşəkkürlər Reqish(fikrimi yazdım olar təşəkkür yazım?)))
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

FuaDanger34

13 Yanvar 2009 13:07

Tesekkurler!

NUTSHELL

13 Yanvar 2009 11:54

Örnək götürmək yaxşı əlamətdi.Amma özün olmağı unutmamaq şərtilə.Konkret kimsə yoxdu.Yaxşı insanlardan,yaxşı örnəkləri götürürəm.

Təşəkkür

Kukuwka

13 Yanvar 2009 11:24

Cox təşəkkürlər movzu ucun mənim həyat örnəyim elə həyatın özüdür

Radiohead

13 Yanvar 2009 11:01

sad
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz