Loading...

Əhvalınızı düzəldən 10 sürətli və təsirli təklif
Maraqlı
- 12 Yanvar, 2011
- 4 889 Baxış
Loading...

Əhvalınızı düzəldən 10 sürətli və təsirli təklif
Hamımızın özümüzü pis hiss etdiyi zamanlar vardır və bu rejim bizi gün boyunca əsir ala bilər. Yaxşı, sizə ruh halınızı 10 dəqiqə kimi qısa bir zamanda dəyişdirə biləcəyinizi söyləsək?
Əhvalınızı düzəldə biləcək 10 sürətli və təsirli taktika
1) Özünüzlə baş-başa qalın
Evdə ya da çöldə özünüzlə qala biləcəyiniz bir yerə gedin və tək başınıza səssizcə oturun. Harada və nə vaxt olduğu heç əhəmiyyətli deyil. Cib telefonunuz və kompüteriniz yaxınlarınızda olmamalıdır! İçinizdəki mənfi duyğuları və düşüncələri başınızdan silməyə çalışın. Təmiz bir baş, günün geri qalanının öhdəsindən gəlmək üçün sizə əlavə enerji verəcək.

2) Təşəkkür qeydi buraxın
Ən son nə vaxt sevdiklərinizə yanınızda olduqları üçün təşəkkür etdiniz? "Onsuz da mənim onları nə qədər sevdiyimi bilirlər" deyə düşünməyin. Hər kəsin sevildiyini bilməyə və təqdir edilməyə ehtiyacı vardır. Bunun üçün sizə çox böyük bir yaxşılıq etmələri lazım deyil. Kiçik böyük etdikləri hər şey üçün, istər qeyd buraxın, istər mesaj atın amma mütləq onlara təşəkkür edin.
3) Ailə albomlarına baxın
Saralan köhnə ailə fotoşəkillərini siyirtmələrdən çıxarın. Köhnə fotoşəkillərə baxmaq, sizə gözəl xatirələrinizi xatırladacaq və günə daha istəkli davam etmənizi təmin edəcək.

4) Gözəl xəyallar qurun
Canınız sıxıldığında yaxşı şeylər xəyal edin. Həkimlər xroniki xəstəliklərdə belə xəstələrə bunu tövsiyə edirlər. Onlara köməkçi olursa, sizə xeyli kömək olar. Başınız yaxşı şeylər xəyal edə bilməyəcək qədər dağınıqsa, bir dəniz kənarına ya da sevdiyiniz bir yerə gedin. Bu mühitlərdə daha müvəffəqiyyətli olarsınız.
5) Dua edin
Dini inanışınız nə olursa olsun, özünüzü pis hiss etdiyinizdə sizdən daha güclü bir varlığa, duyğuya ya da inanca sığının. Bu sizin tək olmadığınızı və özünüzü daha güclü hiss etməyinizi təmin edəcək, əmin olun.

6) Rəqs edin
Qabiliyyətli ya da qabiliyyətsiz olmanız fərq etməz. Bir topluluqda da olsanız, kimsə sizi izləmirmiş kimi rəqs edin. Əhəmiyyətli olan sizin necə rəqs etdiyiniz deyil, həqiqətən əylənmənizdir... Favorit musiqi parçanız yoldaşlığında özünüzü daha yaxşı hiss edəcəksiniz.
7) Başqalarına kömək edin
Hər vaxt almaq xoşbəxt etməz, vermək də bizi eyni duyğuya apara bilər. Bunun üçün köməyə möhtac birini tapmanız çox çətin deyil. Ayrıca yalnız pul hədiyyəsi etməkdən bəhs etmirik, bir yoldaşınıza pis günlərində dəstək olun, qonşunuz evdə yox ikən çiçəklərinə ya da pişiklərinə baxın. Bəzilərinin sizə ehtiyacı olduğunu bilmək sizi xoşbəxt edəcək.
8) Günə musiqilə başlayın
Çoxumuz səhər sinir pozucu həyəcanlarla oyanarıq. Hansımız sakit bir şəkildə günə başlamaq varkən, ürəyimiz ağızımızda oyanmaq istər ki! Amma nədənsə həyəcanların səsi, sanki bizi yataqdan atmaq üçün edilmişdir. Onun yerinə yumşaq və dinc bir musiqilə günə başlayın.
9) Tək yatmayın
Tək yaşayırsınızsa, bu təklif sizə ağıll gəlməyə bilər. Amma həyatınızda biri olması şərt deyil. Sevdiyiniz biriylə, bu yoldaşınız da ola bilər qardaş(bacı) oğlunuz da, birlikdə yatın. Bu sizin özünüzü daha yaxşı hiss etmənizi təmin edəcəyi kimi, əlaqənizin daha isti bir şəkildə davam etməsinə də köməkçi olar.

10) Suya baxın
Bir işə görə, dənizə ya da gölə baxan xəstəxanalarda yatan xəstələr, digərlərinə görə 30 % daha sürətli yaxşılaşır. Yəni dəniz görə biləcəyiniz bir yerdəsənizsə, şanslısınız! Əgər dənizə yaxın yaşamırsınızsa, duş ala bilərsiniz.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...