Loading...

Hələ də Səni Sevirəm...
Maraqlı
- 10 Dekabr, 2010
- 4 919 Baxış
Loading...
Hələ də səni sevirəm...

Bu gün oturdum, bütün köhnə şəkillərə baxdım, bütün günlüyümü oxudum, xatirələrimizi xəyallarımda canlandırdım...

Sonra məktubları bir-bir açdım, oxudum, keçən günlərə bir anlıq geri döndüm, kiçik bir təbəssüm qondu üzümə...

Düşündüm, xəyal etdim, gözlərimin qarşısına gətirdim səni. Gülən üzünü, gözlərini, duruşunu, baxışını... Başdan-ayağa süzdüm səni, gülümsədim özlüyümdə. Mən səni sevmişdim hər halınla...

Sonra xatırladım ilk etirafı, ilk utancaqlığı, ilk dəfə əlindən tutmağımı, sənin titrəməyini...

Sonra ilk dəfə mənə “Səni sevirəm” deməyini... Yanaqlarının qıpqırmızı olmasını. Gülməyimi, “Mən də səni...” deməyimi...

Sonra sevgimizi xatırladım... Necə sevirdik?!

Sonra bəs nə oldu? Sonra?? Bir mesaj və bir ayrılıq... Kədər, hüzn, göz yaşı... Bütün xatirələr bir gündə silindi sənin üçün... Hər şey unuduldu, hər şey... Sən məni də unutdun...

İndi yalnızam. Sənsizəm. Kimsəsizəm. Bütün bunlara baxmayaraq, hələ də səni sevirəm. Bütün qəlbimlə. Bütün ümidlərimi sənin sevginə bağlamışam. Bəs sən?...

Sən yoxsan... Sən bir də mənim həyatımda olmayacaqsan...

OXŞAR XƏBƏRLƏR
Загрузка...