Loading...
Diş ləkəsi yaradan qidalar

Diş ləkəsi yaradan qidalar

Loading...
Diş ləkəsi yaradan qidalar

Diş ləkəsi yaradan qidalar


Diş ləkələri hər kəsin şikayətçi olduğu bir mövzudur. Getdiyimiz dəvətlərdə, ofisdə, axşam yeməklərində və naharlarda fərqində olmadığımız kiçik ləkələr dişlərimizdə qalar. Bunun səbəbi yediyimiz yeməklər və ləkə buraxan içkilərdir. Dişlərdə ləkə buraxan qidalar:

Çay

Sağlam bir içki olmasına baxmayaraq xüsusilə ofisdə dayanmadan istehlak edilən çay dişlərdə ləkə yaradır. Bunun yerinə bitki çayları seçilə bilər. Ancaq həddindən artıq istehlak olunduqda bu çaylar da diş minasına zərər verərək ləkə yarada bilməkdədir.

Souslar

İstər makaron üzərində, istər ətin yanında olsun xüsusilə pomidorlu souslar dişlərdə ləkələr buraxar. Xüsusən axşam yeməklərində və ya dəvətlərdə kremli souslar seçərək bu çətinlikdən xilas ola bilərsiniz.

Enerji İçkiləri

Enerji içkiləri həm dişlərdə, həm də dil üzərində rəng buraxmaqdadır. Dəyişik və canlı rənglərdə olan bu içkilər sonrasında çəhrayı bir dillə iş yerində gəzir ola bilərsiniz. Bu səbəblə ofis saatları içərisində istehlakına diqqət yetirmək lazımdır.

Qırmızı Şərab

Qırmızı şərab dişlərdə və dildə bənövşəyi bir rəng buraxmaqdadır. Axşam yeməklərində xüsusilə ətin yanında imtina edilməz olaraq görülsə də rəng dəyişikliyinə və ləkələrə səbəb ola bilər. Ağ şərab isə daha az ləkəyə səbəb olmaqdadır.

Soda və Kola

Bu içkilərin içərisində olan turşu və kromojen diş minasına zərər verərək qalıcı ləkələrə səbəb ola bilər. Light olaraq adlandırılan növləri belə bu problemi azaltmada çox təsirli deyil. Həddindən artıq istehlakı bütün bədən üçün zərərli olan soda və kola bənzəri içkiləri istehlakına yalnız xüsusi yığıncaqlarda deyil, gündəlik həyatınızda da məhdudlaşdırma gətirməyiniz doğru olacaq.

Diş ləkəsi yaradan qidalar


Həll təklifləri

1)Səhər qalxdığınızda dişlərinizi əvvəlcə quru və məcunsuz olaraq fırçalalayın. Bu sayədə diş minasının üzərində qalan ləkələr böyük nisbətdə təmizlənəcək. Diş fırçanızı islatdığınız təqdirdə tüklər yumşalacaq və eyni təsiri görə bilməyəcəksiniz.

2)İçkiləri ağızın içərisində uzun müddət tutmadan sürətli ehtiva etsəniz turşunun dişə təması azalacağından bir nisbətdə ləkə meydana gəlməsini azalda bilərsiniz.

3)Sərt qabıqlı meyvə və yemişləri yeyərkən isə yavaşca çeynəmək olduqca əhəmiyyətlidir. Çünki diş minası bir dəfə zərər gördüyündə ləkə meydana gəlməsi sürətlənəcək.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

joy_lu

3 Dekabr 2010 14:18

maraqliydi

Kewha

29 Noyabr 2010 10:14

Tewekkurler.......

BakıLıLaR

27 Noyabr 2010 22:03

menim ucun qorxusu yoxdu ozum Diw hekimiyem hacan problem oldu duz qow eliyirem )))

FLOR

27 Noyabr 2010 20:57

da bezmisem her defe adi cay icende qacib yuyuram ki leke tutmsin

Jovy

27 Noyabr 2010 19:56

siqaret de elave olunsaydi lap yaxwi olardi

witch_ifi

27 Noyabr 2010 19:16

Səhər qalxdığınızda dişlərinizi əvvəlcə quru və məcunsuz olaraq fırçalalayın. men her defe yox herden birden ele fircaliyirdim sonra fikirleshdim ki ziyan olar sen deme xeyirmish:)

Nilay

27 Noyabr 2010 18:12

twk,,, give_ros

NINIKO

27 Noyabr 2010 18:11

HMMMMMMM MELUMAT UCUN TESEKKURLER.

_MooN_

27 Noyabr 2010 17:26

...sukur ele prblemim yoxdur...ama yenede tsk+ ....enerji driklere geldiyde ise onalr cox tehlukelidir hec kime meslehet gormurem......

Bapbalaca

27 Noyabr 2010 15:34

Çay barədə məlumatlı idim. Mənim diş həkimimdə buna görə çayı çox içməməyi məsləhət görür və mənə demişdir ki, yaxşı olar ki, yaşıl çay içəsən, qara yox. Bəzi bilmədiyim məlumatlara görə təşəkkür.



Hörmətlə

Britney Spears

27 Noyabr 2010 14:45

Səhər qalxdığınızda dişlərinizi əvvəlcə quru və məcunsuz olaraq fırçalalayın. Bu sayədə diş minasının üzərində qalan ləkələr böyük nisbətdə təmizlənəcək. Diş fırçanızı islatdığınız təqdirdə tüklər yumşalacaq və eyni təsiri görə bilməyəcəksiniz...

Mənim dişlərim çox həssasdı..Ona görə yumşaq fırçadan istifadə edirəm..Amma bunu sınayaram..Maraqlı məsləhətdi..

MR.QARRI

27 Noyabr 2010 13:05

Səhər qalxdığınızda dişlərinizi əvvəlcə quru və məcunsuz olaraq fırçalalayın. Bu sayədə diş minasının üzərində qalan ləkələr böyük nisbətdə təmizlənəcək. Diş fırçanızı islatdığınız təqdirdə tüklər yumşalacaq və eyni təsiri görə bilməyəcəksiniz...

mən də belə edirəm.......

pervin93

27 Noyabr 2010 13:04

maraqlidi tesekkurler

BLaCKSTaRIN

27 Noyabr 2010 11:52

twk maraqlidi.......yararlanaram.....

Mamedovich

27 Noyabr 2010 10:46

=) Nə gəldi yeyib içirəm dişlərimdə superdi boş şeylərdi winked

Emil

27 Noyabr 2010 10:29

Chayi qişda chox ichirem...Bezilerini bilirdim bezilerini yox
Teşekkurler melumata gore)
--------------------

To get away clean, you have play dirty.

l2a1000

27 Noyabr 2010 10:19

Bəzilərini bilirdim bəzilərini yox...Təşəkkürlər maraqlı məlumatdı

D-e-V-i-L

27 Noyabr 2010 09:31

Men icirem cay (

Nahid-19

27 Noyabr 2010 09:25

Təşəkkürlər oxudum yararlanmağa çalışaram....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm