Loading...
Sizi nə xoşbəxt edir?

Sizi nə xoşbəxt edir?

Loading...


Xəyanət sənə vurulan ağrı deyil,ağrıya dözmək olur və ya ona uyğunlaşıb onunla yaşamaq olur.

Xəyanət sənə edilən alçaqlıq da deyil,alçaqlığı qəbul etməsən də onu başa düşmək olur,deməli hardasa haqq qazandıra bilirsən.

Xəyanət elə bir vəziyyətdir ki heç cür başa düşə bilmirsən insanın hərəkətini,heç cür qəbul edə bilmirsən ki o niyə belə etdi?Axı sənə elə gəlirdi onu yaxşı tanıyırsan.

Elə bilirdin onun istənilən hərəkətini,sözünü əvvəlcədən başa düşürsən.Amma o gözlənilməz addım atdı,sənin gözləmədiyin addımı.Bu arxadan zərbə kimi,kürəyə sancılan bıçaq kimidir.



Alçaqlıq unudulacaq,ağrılar keçib gedəcək.Amma sən heç vaxt yerinə yetməyən ümidlərini bağışlaya bilməyəcəksən.Özünü doğrultmayan gözləntilərin,şəxsi ideallarının uçub dağıdılması,inamının bir anda yox olmasını bağışlamayacaqsan.

Xəyanəti bağışlamaq olarmı?Məhz xəyanəti-yalanı yox,vəfasızlığı da yox,təkcə xəyanəti.İstər sevgililər arasındakı münasibətdə,istər dostlar arasındakı...

Xəyanəti bəzən düşünülməmiş addım da olur və xəyanət edənin xarakterinin zəifliyindən və qorxaqlığından xəbər verir.Sənin xarakterinin gücü isə onu bağışlamağından asılıdır.



Bağışlamaq və unutmaqmı?

Bağışlamaq və özünü yeni xəyanətlərə hədəf etməkmi?

Axı bununla yeni xəyanətlərə zəmin yaradırsan.

Və yaxud bağışlamaq...amma bunu heç vaxt unutmamaq.Qəlbində bağlşlamaq,qisas almamaq,ona qarşı kin saxlamamaq lazımdır.Axı bağışlamaq cəzalandırmaqdan daha gözəl hərəkətdir,böyüklükdür.
Bununla belə xəyanət edəni öz həyatından silmək lazımdır.Uzaqlaşdırmaq və silmək.

Xəyanəti unut , ürəyini pisliklərdən uzaq tut və  yaşa...xoşbəxt yaşamağı öyrən.




Xoşbəxtlik kimi üçün meşədə kiçik koma,kimi üçün ay altında tənha ağac...kim üçünsə bu ağacın kölgəsində qovuşmaqdır.

Kimi dənizin ortasında qəsrlər,kimi böyük şəhərlərdə villalar,saraylar arzulayır...kimi isə  dənizin özünü  seçir,şəhərin özünü seçir xoşbəxt olmaq üçün.

Bəziləri üçün xoşbəxtlik səmaya doğru yönələn cığır...digərləri üçün yeni imkanlardır.




Kimsə çəmənlikdə çiçək topasını görüb xoşbəxt olursa...bir başqası bu çəmənliyin üzərindən keçən səma dolu ulduzlara baxıb xoşbəxt ola bilir.

Kimi günəşin doğuşunu sevir...kimi qürubunu.

Kimi də ulduzlar və kosmos haqda düşünür.



Kimini xoşbəxt etməyə möcüzələr lazımdır,kimini də buludların yaratdığı adi siluetlər belə xoşbəxt edə bilər.

Kimi dünyadan ayrılmaq istəyir,kimi də dünya olmaq istəyir.

Kimi də...

O bir dünya istədi içində mən olum.Mənsə sadəcə onu istədim,içində bir dünya olan.(T.İsayev)
...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

selen

5 Noyabr 2010 20:47

wekiller super idi

Elif_87

5 Noyabr 2010 12:22

Sitat: Londra
Doğrudanmı?

Həə doğrudan love ...


Sitat: Londra
Bəs səsini duymaq istəməyənlər necə,xoşbəxt olmurmu?))

Olurlar təbii ki, çünki onlarıda xoşbəxt edəcək başqa səbəblər olur...

Elif_87

5 Noyabr 2010 11:11

Səsini duyduğum hər an...

Qaralama

5 Noyabr 2010 10:08

Kimi də ulduzlar və kosmos haqda düşünür.Menim kimi tongue

10-suz

4 Noyabr 2010 23:15

xeyanet bagislanmamalidi.o insani tehqir etmek demekdi.ister sevgide ister dostluq munasibetinde xeyanete birde yalana yer olmamalidi.
BUDAQ KULEYI BAGISLAMISDI-AMMA QIRILMISDI BIR DEFE

witch_ifi

4 Noyabr 2010 21:56

Xeyanet ele hissdi ki insan onu qebul edir.. sene ele gelir ki bagishlamisan amma bagishlamirsan sadece zamanla unudursan hardasa yadiva dushur onda da pi olursan Xeyanet bagishlanilmir sadece nelerinse xetrine zamanla unudurmush kimi olue ve men hec kesse o hissi yashamaqi istemezdim. Chooox murdar hissdi.. bacarasan silib atasan o insani heyatindan o hereketi ile birlikde...
fuuuu

FLOR

4 Noyabr 2010 20:15

Kimini xoşbəxt etməyə möcüzələr lazımdır,kimini də buludların yaratdığı adi siluetlər belə xoşbəxt edə bilər.

Kimi dünyadan ayrılmaq istəyir,kimi də dünya olmaq istəyir.

Kimi də...


kimide adi sirin sozden xosbaxt olur

WUgirl

4 Noyabr 2010 16:56

Hərdən adi bir şey, bəzən demək olar ki heç nə.
--------------------
ayrı düşdüm joyumdan joyazımdan :))))

Lady Joy.Az

4 Noyabr 2010 14:39

wekiller norm. sps

BLaCKSTaRIN

4 Noyabr 2010 11:56

Meni yalniz sen xosbext ede bilersen....

Superdi 5+ twk

MR.QARRI

3 Noyabr 2010 23:25

həm mövzu həm də şəkillər xoşuma gəldi.....5+

l2a1000

3 Noyabr 2010 23:15

Super yazıdı 5+