Loading...

Həyatın Mənası Nədir ?
Maraqlı
- 23 Oktyabr, 2010
- 13 448 Baxış
Loading...
Köhnə zamanların birində bir adam həyatın mənasının nə olduğuyla maraqlanırmış. Tapdığı heç bir cavab ona kifayət etməmiş və başqalarından soruşmağa qərar vermişdi.. Amma aldığı cavablar da ona yetməmişdi. Fəqət mütləq bir cavabı olmalıdır deyirmiş. Və gəzib hər kəsə bunu soruşmağa qərar vermiş.. Kənd şəhər ölkə dolaşmış bu vaxt zamanda dayanmırdı təbii ki...
Tam ümidini itirmişkən bir kənddə söhbət etdiyi insanlar ona :
-Bu qarşıdaki dağları görürsən? Orada yaşlı və müdrik bir adam yaşayır! İstəsən onun yanına get bəlkə o sənə istədiyin cavabı verə bilər. " demişlər.
-Bu qarşıdaki dağları görürsən? Orada yaşlı və müdrik bir adam yaşayır! İstəsən onun yanına get bəlkə o sənə istədiyin cavabı verə bilər. " demişlər.

Çox çətin bir səfər sonunda müdrikin yaşadığı evə çatır. Qapıdan içəri girmiş və ondan həyatın mənasının nə olduğunu soruşub. Müdrik sənə bunun cavabını söyləyərəm amma əvvəl bir sınaqdan keçməyin lazımdır demis. Adam da qəbul etmis.. Müdrik bir çay qaşığı vermis adamın əlinə və içinə də zeytun yağı doldurmus. İndi get bağçada bir dövrə vur, sonra təkrar bura gəl. Yalnız diqqət et ki ,qaşıqdakı zeytun yağı bir damla belə azalmasın. Adam gözü çay qaşığında bağçanı dövr edib gəlib. Yaşlı müdrik baxmış bəli demiş qaşıqda yağ əksilməmişdir bəs bağça necə idi? Adam təəccüblü.. Amma demiş mən qaşığdan başqa bir yerə baxmadım ki...

İndi yenidən get bağçanı nəzərədən keçir sonra gəl ama yenədə qaşıq əlində olacaq. Adam təkrar bağçaya getmiş gördüyü gözəlliklər onu valeh etmişdi çünki bağça çox gözəl idi Geri gələndə müdrik adama bağça necə idi deyə soruşmuş ... Adam gördüyü gözəllikər qarşısında məftun olduğunu demiş.. Müdrik qoca gülümsəmiş ama qaşıqda heç yağ qalmayıb axı və əlavə etmiş:
"Həyat sənin baxışınla məna qazanar ya yalnız bir nöqtəni görərsən həyatın axıb gedər sən fərqinə belə varmarsan.. Ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatı yaşayarsan axıb gedən zamanın məna qazanar... Həyatının mənası sənin baxışlarında gizlidir"

Bəs siz həyatın mənasını nədə görürsünüz?
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...