Loading...
Nəsibdən Başqası Yalan...

Nəsibdən Başqası Yalan...

Loading...
Nəsibdən Başqası Yalan...


Nəsibdən Başqası Yalan...

Gəncin biri Kəbədə həmişə "Ey dogruların yardımçısı olan Allahım, ey haramdan çəkinənlərin yardımçısı olan Allahım, sənə həmdü səna edərəm" deyə dua edər.

Bu vəziyyət hər kəsin diqqətini çəkər.

Biri "Niyə həmişə eyni duanı edirsən, başqa bir sey bilmirsənmi?" - deyə soruşar.

O da izah edər:

"7-8 il əvvəl yenə Kəbədə ikən içi qızıl dolu bir torba tapdım. İçində tam 1000 qızıl var idi. İçimdən bir səs bu qızıllarla, bunları bunları edərsən deyirdi. Ancaq mən öz- özümə "Xeyr, bu mənim deyil, başqasının malıdır, istifadə etməyim haram olar" - dedim...

Bu sırada biri "Belə bir torba tapan varmı?" deyə qışqırırdı.

Çagırdım onu, "Necə bir torba idi, içində nə var idi? "- deyə soruşdum.

Torbanı təsvir etdi və içində 1000 qızıl var idi dedi. "Götür elə isə, torbanı" - deyərək verdim. Adam torbanı açıb içindən mənə 30 qızıl verdi.

Bazara getdim.

Təmiz üzlü gənc bir əsiri tərifləyərək satırlardı. Gəncin təmizliyi diqqətimi çəkdi. Yanlarına getdim, "Bu kölə üçün nə istəyirsiniz?" - dedim. 30 qızıl dedilər.

Adamdan aldıgım 30 qızılı verib gənci satın aldım. Bir-iki il keçdi.

Gənc çox çalışqan, çox ədəbli idi. Onu aldığıma çox məmnun olmuşdum. Bir gün onunla gedərkən qarşıdan iki-üç kişi gəlirdi.

Gənc mənə dedi ki, "Əfəndim, mən Fas əmirinin oğluyam. Bu gələnlər də atamın adamlarıdır. Məni tapdılar. Səndən məni satın almaq istəyəcəklər. Sən yaxşı bir insansan, onlara 30 min qızıldan aşağıya satma." dedi. O kisilər yanıma gəldilər, "Bu əsiri bizə satarsanmı? " - dedilər.

Sataram dedim. "60 qızıl verək" - dedilər.

"Olmaz" - dedim. "Yaxşı, amma sən bunu 30 qızıla almadınmı? Biz sənə iki mislini veririk" - dedilər.

"Elə isə gedin bazardan alın" - dedim.

Artıra-artıra 20 min altına qədər çıxdılar. "30 mindən asağı olmaz" - dedim.

Çarəsiz qəbul etdilər. Qızılları verib, gənci götürüb getdilər.

"Mən o 30 min qızılla iş yerləri açdım, ticarət etdim, daha çox zəngin oldum."

"Bir gün mənə dostlar "Çox zəngin bir ailənin yaxşı bir qızı
var. Atası yeni vəfat etdi. Onunla səni evləndirək" dedilər. Mən də "Olar" dedim.

Nigahımız oldu. Dəvə yükləri cehizini gətirdilər. Cehiz arasında bir torba diqqətimi çəkdi.

Qıza, "Bu nədir" dedim.

"İçində 970 qızıl var, atam Kəbədə bunu itirmiş, tapan gəncə 30-nu vermiş. Qalanını da mənə hədiyyə etdi, cehizinə qoyarsan" - dedi.

Deməli tapdığım qızıllar mənim qismətim imiş, verməsə idim haram yoldan gələcək idi, indi halal yoldan yenə mənə gəldi.

Mənə yardım edib haramlardan qoruyan, nə qədər nemətlər lütf edən uca Rəbbimə həmd edərəm.

Təqdirdən sonrası yoxdur...

Nəsibdən başqası yalandır...


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

6 Aprel 2013 10:15

Düzdü,meselen alnına yazılıbsa bu tarixde öleceksen,tutaq ki,yolda seni maşın vurub öleceksen,sen de evden çıxmırsan,amma onun yerine ürek partdamasından öle bilersen...

Kewha

21 Oktyabr 2010 14:49

Qismetinde ne varsa onuda yawayacaqsan.
Xebere gore tewekkurler

MY_CRAZY_FRIENDS_

19 Oktyabr 2010 15:12

ALIN YAZIMIZA NE YAZILIBSA ODU,O YAZINI HEC VAXT SILMEY OLMAZ VE HEMISE ELLERIMIZI QALDIRIB ALLAHDAN BU GUN SAG OLDUGUMUZ UCUN SUKUR DILEMELIYIK

LARACROFT

18 Oktyabr 2010 23:36

Sitat: Britney Spears
Men de hemiwe bele deyirem, eger qismetimde varsa, nece olursa-olsun gelib mene catacaq..


Deməli həmişə düz fikirdəsən.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

FLOR

18 Oktyabr 2010 21:18

qismetden artik yemek olmaz ... tsk xebere gore

l2a1000

18 Oktyabr 2010 19:57

Təşəkkürlər maraqlı xəbərə görə...Allah Razı Olsun

Britney Spears

18 Oktyabr 2010 18:12

Men de hemiwe bele deyirem, eger qismetimde varsa, nece olursa-olsun gelib mene catacaq..
Allah sizi oz yolundan azdirib haram pulla bashinizi qatmasin..Hemiwe gozellikde saxlasin..

Mamedovich

18 Oktyabr 2010 15:52

smile ellerine saqliq

Faya

18 Oktyabr 2010 15:36





QISMET ALLAHDANDIR
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

MR.QARRI

18 Oktyabr 2010 13:07

insanın başına gələn hər şey QƏDƏRDƏN dir

Nahid-19

18 Oktyabr 2010 12:53

Qismət həmişə özü insanı tapır..PS..Müğənni Qisməti demirəmhaa....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

witch_ifi

18 Oktyabr 2010 12:41

ALLAHA inanmiyana lenet olsun!!!!
Vessalam hec ne demirem... Heqiqetende eledi eee eger qismetde varsa dolayi yollada olsa gelib seni tapacaq....

Balım

18 Oktyabr 2010 12:34

Mən də həmisə bu fikirdə olmusam ki nəsə qismətində varsa, nə olur olsun gəlib səni tapacaq.

Dior Cherie

18 Oktyabr 2010 12:19

"İçində 970 qızıl var, atam Kəbədə bunu itirmiş, tapan gəncə 30-nu vermiş. Qalanını da mənə hədiyyə etdi, cehizinə qoyarsan" - dedi.
good

NellY

18 Oktyabr 2010 12:12

"İçində 970 qızıl var, atam Kəbədə bunu itirmiş, tapan gəncə 30-nu vermiş. Qalanını da mənə hədiyyə etdi, cehizinə qoyarsan" - dedi.