Loading...

Şokolad haqqında bilmədikləriniz
Maraqlı
- 25 Sentyabr, 2010
- 2 889 Baxış
Loading...

İngilis Psixoloji Cəmiyyətinin, Brighton şəhərində həyata keçirdiyi konfransda təqdim olunan bir tədqiqat nəticəsinə əsasən, tərkibində yüksək miqdarda şokolad olan içki və ya qidalardan istifadə edən insanlar zehinlə bağlı olan problemləri daha asan həll edir. Müəyyən olunub ki, həmin qidalardan istifadə edən insanlar digər insanlarla müqayisədə özlərini daha gümrah hiss edirlər.
İngiltərədəki Northumbria Universitetində beyin fəaliyyətinin araşdırma mərkəzinin rəhbəri Professor David Kennedynin apardığı tədqiqata əsasən, xüsusilə də tələbələrin imtahana girməmişdən əvvəl şokolad yeməsi çox faydalıdır. Kennedy şokoladın tərkibində olan Flavanol maddəsinin beyində qan dövranını yaxşılaşdırdığını qeyd edib.
Tədqiqatda iştirak edən 30 könüllüdən, 800 və 999 rəqəmləri arasında üç-üç geriyə doğru saymaları xahiş olunub. Tərkibində 500 mq flavanol olan şokolad yeyən şəxslər rəqəmləri daha sürətli və düzgün sayıb. Onu da qeyd edək ki, tünd şokolad riyaziyyat məsələlərinin həllində sadə və südlü şokoladla müqayisədə daha təsirlidir.

OXŞAR XƏBƏRLƏR
Загрузка...