Loading...
Həyatımız durğu işarələrində...

Həyatımız durğu işarələrində...

Loading...

Durğu işarələri həyatımızda.



Bilirsinizmi durğu işarələrinin də həyatımızda rolu necə böyükdür?Onlar hisslərimizi nizama salır,düşüncələrimizi aydın ifadə etməyə kömək edir.Onlarsız mənasız bir dünyamız olardı.

Bir gün insan həyatından yorulur və onları dağıdır.laqeyd yanaşır hisslərinə,onlarsız daha yaxşı olacağını düşünür və başlayır itirməyə...



İnsan birinci vergülü itirdi,çətin cümlələrdən qorxmağa başladı...asan frazalar axtardı.Çətin olmayan cümlələrin ardınca çətin olmayan düşüncələr yarandı.



Sonra nida işarəsini itirdi!Başladı həyəcansız yaşamağa.

Sakit,intonasiyasız günləri həyatında çoxaldı.Onu artıq heç nə özündən çıxara bilmirdi.Heç nəyə də ürəkdən sevinməyi bacarmırdı.Hər hadisəyə emosiyasız yanaşırdı.



Sonra sual işarəsi ?yoxa çıxdı həyatından.Sual verməyi unutdu yavaş-yavaş.Heç bir hadisə onda maraq oyatmırdı,harda,necə baş verməyindən asılı olmayaraq heç nə ilə maraqlanmırdı:kosmosdamı,yerdəmi və hətta mənsilində də?



Bir müddətdən sonra həyatındakı iki nöqtələr qeyb oldu,özü də hiss etmədən:O İnsanlara etdiyi hərəkətləri izah eyməyi lazım bilmədi.Heç kimə,hətta özünə də hesabat verməyi unutdu.



Həyatının sonunda baxdı ki,hər şeyi itirib,təkcə dırnaq işarəsi “” qalıb onunla. Özünə aid bir fikri,düşüncəsi də qalmayıb...tükənib.



Beləcə insan durğu işarələri ilə birlikdə fikirləşməyi də unutdu və nöqtəyə yetişdi.

Görürsünüzmü durğu işarələri həyatınızda necə mühüm yer tutur.Onları qoruyun,itirməyin...

. , : - ? " " ! ;



Durğu işarələri ilə münasibətiniz necədir?

Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?

Bəs siz də onlardan hansınısa itirmisinizmi?

Həyatınızda hansı durğu işarəsi çatışmır?

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

lalo.

3 Oktyabr 2010 19:56

maraqli idi

NaNi_17

21 Sentyabr 2010 16:05

hmm maraqli xeberdir sagolun...

Sweety

17 Sentyabr 2010 01:34

Durğu işarələri ilə münasibətiniz necədir?
Çox gözəldi.)

Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?
Təbiiki biri mənə qarşı çümləsində nida işarəsi qoymağı yəni mənə əmr verməyi.Ən sevdiyim üç nöqtə işarəsidir...(Bax beləcə)


Bəs siz də onlardan hansınısa itirmisinizmi?
Durğu işarələrini itirmirəm heç zaman,çünki itiriləndə həmin cümlə başqa məna da verə bilər...

Həyatınızda hansı durğu işarəsi çatışmır?
Hamısı qaydasındadı)

Nahid-19

16 Sentyabr 2010 09:48

Axot yoxduyee yoxsa bura dastan yazardım..Təşəkkürlər....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

LARACROFT

15 Sentyabr 2010 23:20

Durğu işarələri ilə münasibətiniz necədir?
Düzü ilk dəfədi belə bir şey haqqında düşünürəm.
Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?
Ən çox sevdiyim nöqtədi.Ən ox acığım gələn deməzdim bəzən acığım gəldiyi sual işarəsidi.
Bəs siz də onlardan hansınısa itirmisinizmi?
Məncə hamısı həyatımda var.Yəni itən yoxdur.
Həyatınızda hansı durğu işarəsi çatışmır?
Çatışmayan yoxdur.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

FLOR

15 Sentyabr 2010 21:58

Durğu işarələri ilə münasibətiniz necədir?

normal


Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz


3 noqte

Həyatınızda hansı durğu işarəsi çatışmır?


nida

MASTER-SAN

15 Sentyabr 2010 20:42

MyDarKnesS,
Imzan lezzet eldi ... good

Qadiki iwarelere .men tam raziyamki heyatimiz hele iwarelerden aslidi ...
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

l2a1000

15 Sentyabr 2010 17:43

Durğu işarələri ilə münasibətiniz necədir?

Normal fellow
Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?

Ən çox xoşladığım ... xoşuma gəlməyən !

Vamp

15 Sentyabr 2010 17:40

Sitat: Londra
Yorulmusan?Dərslərdən deyil,həyatındakı dağınıq düşüncələrdəndir.Keçəcək bunlar

Əlbəttə nə dərs keçdik ki...Ümid edərəm keçəcək...Nə bilime şərhlə yazılası deyil.Əslində mne ocshen ploxo amma bilmirəm daxilimdəki nədir.Bilmirəm neyniyim,hansı sözlərlə danışım..emosiyalarımı necə görsədim?Hər şey qarışıqdır sanki..Deyirəm,hər şeyi düzəldəcəm amma daha da pis edirəm.eY mən stop edim şərhimi)
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Vamp

15 Sentyabr 2010 17:24

Elə yotğun gəlmişəm unidən.Çox super idi ehh)))

Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?

Nİda.O qədər həyəcanlı emosiya ilə ..

Bəs siz də onlardan hansınısa itirmisinizmi?

Mən ...İki nöqtəni itirmişəm...
Həyatınızda hansı durğu işarəsi çatışmır?

Həyatımda ey nə bilimee Londra((Mən elə bil daxilimi itirmişəm tamam...Mən özüm özümü anlamıram,ətrafımdakılar məni necə anlasın.

Təşəkükr edirəm mövzuya görə



--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Mamedovich

15 Sentyabr 2010 16:38

Nidadan cox istifade edirem=)

MR.QARRI

15 Sentyabr 2010 14:53

Durğu işarələri ilə münasibətiniz necədir?

Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?

Bəs siz də onlardan hansınısa itirmisinizmi?

Həyatınızda hansı durğu işarəsi çatışmır?

belə də normal.......ən çox işlətdiyim....nida ! ən zəhləm gedən ?-dır.bilmirəm hansını itirmişəm.Elə nida çatışmır.

denizim

15 Sentyabr 2010 13:54

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Faya

15 Sentyabr 2010 13:37

Durğu işarələri ilə münasibətiniz necədir?

Yaxşı.

Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?

Sevdiyim (...) , İşlətdiyim (.) , Acığım gələn (!).

Bəs siz də onlardan hansınısa itirmisinizmi?

Yox.

Həyatınızda hansı durğu işarəsi çatışmır?

(;)
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

NellY

15 Sentyabr 2010 13:21

Durğu işarələri ilə münasibətiniz necədir?
belede normal
Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?
En 4ox nidadan istifade edirem,nogte goymagi he4 sevmirem
Bəs siz də onlardan hansınısa itirmisinizmi?
vergulu itirmiwem winked
Həyatınızda hansı durğu işarəsi çatışmır?
vergul goymagi bacarmiram ya nida goyuram yada vapwe cumle iwletmirem

xa xa xa lap manim movzumdue...

__lovely__

15 Sentyabr 2010 12:59

ən çox istifadə etdiyim 3 nöqtə (...) yəni...

hamısı ilə aram yaxşıdır, amma son zamanlar deyəsən nida (!) qoymağı unutmuşam...

Dandoline

15 Sentyabr 2010 12:41

Durğu işarələri ilə münasibətiniz necədir?
Əla..:)

Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?
İki nöqtə smile və bu - ?!


Həyatınızda hansı durğu işarəsi çatışmır?

Həyatımdaaa...Hmmm...Nəyin çatmadığını bilmirəm ancaq nəyin üstüntünlük təşkil etdiyini bilirəm...Sual işarəsi...Hər şeyin sonunda bir böyük sual var..

Elif_87

15 Sentyabr 2010 12:39

Durğu işarələri ilə münasibətiniz necədir?
Çox yaxşı... Bütün şərhlərimdə də bu açıq aydın görünür...

Ən çox sevdiyiniz,ən çox işlətdiyiniz,ən çox acığınız gələn hansıdır?
Yeri gələndə hamısından istifadə edirəm amma ən çox işlətdiyim (... ! ? "")

Bəs siz də onlardan hansınısa itirmisinizmi?
İtirdiyim yoxdur...

Həyatınızda hansı durğu işarəsi çatışmır?
Hələki lazım olanda hər bir durğu işarəsinə əlim də çatır, gücümdə...