Loading...
Uşaqlarınıza ingilis dili öyrətməyin QAYDALARI

Uşaqlarınıza ingilis dili öyrətməyin QAYDALARI

Loading...

Müasir cəmiyyətdə xarici dil bilikləri qeyri-adi bir şey deyil. Bütün təhsil müəssisələrində praktiki olaraq uşaqlar artıq ikinci sinifdən ingilis dilini öyrənməyə başlayırlar.


Beləliklə, uşaqlara kiçik yaşdan ingilis dilini öyrətməyin yollarını təqdim edəcəyik.

Tədqiqatlar göstərir ki, uşaqlar aşağı yaşlarından nə qədər müxtəlif xarici dillərlə tanış olarlarsa, böyüdükcə bu dilləri daha asan və yaxşı öyrənirlər. Bu, əsasən  3-6 yaş aralığında daha vacibdir. Əgər ingilis dili ilə tanışlıq 8 yaşında baş verirsə, onda ikidilli olmaq imkanı təəssüf ki, azalır


İngilis dilini bu üsullarla övladınıza öyrədə bilərsiniz:

1. Müxtəlif oyunlar oynamaqla, əsasən yaddaş kartlarından istifadə etməklə.

2. İngilis dilində hekayələr oxumaqla.

3. Mahnılara qulaq asmaq, birlikdə ifa etməklə yeni sözləri övladınıza öyrədə bilərsiniz.

4. Sadə qrammatik qaydalarla övladınızı tanış etmək sizə çox kömək edəcək.


Uşaqlara əvvəlcə bunları öyrətməyə başlaya bilərsiniz

Ədədlər ( 1-10, 10-20, 20-100 )

Rənglər

Oyuncaq adları

Heyvan adları

Sifət sözlər, məsələn, böyük, balaca və s.

Bədən üzvləri

Qeyd edək ki, əgər siz də xarici dil biliyinizi artırmaq istəyirsinizsə, uşaqlarınızla birlikdə öyrənə bilərsiniz. Araşdırmalara görə, bu, dil öyrənmək üçün ən yaxşı vasitə hesab olunur.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR