Loading...
Fotoda gözəl çıxmağın 15 asan yolu

Fotoda gözəl çıxmağın 15 asan yolu

Loading...

İnsanlar tədbirlərdə, tətildə, yolda və digər məkanlarda fotolar çəkirlər. Ancaq belə fotoların çoxu istənilən səviyyədə çıxmır. Bu məqaləmizdə fotoda yaxşı düşməyin yollarından bəhs edəcəyik.

Niyə fotoşəkillərdə yaxşı görünmürəm, fotogenik deyiləm? Pasport şəkillərimi heç sevmirəm, pasport şəkillərində necə gözəl görünərəm? Ancaq fotoşəkillərdə yaxşı görünməməyinizin tək səbəbi bunlar deyil, əsas səbəb fotoşəkil çəkməyi bilməməyiniz və nə vaxt və hansı paltarla uyğun şəkildə fotoşəkil çəkəcəyinizi bilməməyinizdir.

Foto çəkdirən zaman standart pozalardan uzaq durun. Xəbərsiz formalara üstünlük verin. Siz hərəkətdə olun, fotoqraf yaxşı pozaları özü tutacaq. Sərxoş halda foto çəkdirməyin, gözləriniz, üzünüz pis düşəcək. "Money" deyərək ağız çevrəsini geniş açmaq, gülümsəmək daha yaxşıdır.


1. Fotolarınızı günorta saatlarında çəkməyin

Günorta saatlarında şəkil çəkməkdən çəkinin. Bu saatlarda çəkilən fotoşəkillərdə gözləriniz bənövşəyi, üzünüz ruh kimi görünəcək. Bunun üçün ən yaxşı şəklini çəkəcəyiniz vaxtı, gün batımını seçin. Bu şəkildə daha canlı və gənc görünəcəksiniz.


2. Foto çəkdirərkən qüsurlarınızı aradan qaldırın

Üzünüzdə ləkələr və sızanaqlar varsa, onları makiyajla örtün. Dodaqlarınıza az miqdarda boya, gözlərinizə makiyaj qələmi çəkin. Çox makiyaj vurmayın.


3. Fotonun çəkilmə rakursuna diqqət edin

Yuxarıdan çəkilən fotolar sizi daha uzun və arıq göstərəcək, aşağıdan çəkilən fotolarsa əksinə. Obyektivə baxmayın. Yana baxmaq daha məqsədəuyğundur.


4. Foto çəkdirərkən geyimlərinizə diqqət edin

Paltar seçərkən diqqətli olun. Unutmayın ki, günəşdən sonra digər işıq mənbəyiniz geyindiyiniz paltarın rəngi olacaq.


5. Foto çəkilən məkana diqqət edin

Məkan seçimi önəmlidir. Yaşıllıqda, rənglərin bol olduğu yerlərdə fotolar daha gözəl alınır. Məkanın enerjisindən çox şey asılıdır.


6. Foto çəkilərkən gözəlliyə diqqət edin

Bəli, gözəllik faktoru vacibdir, lakin gözəlliyiniz fotoda da gözəl düşəcəyiniz anlamını vermir. Bəzən gözəl bir insan fotoda yaxşı düşmür. Bu isə yuxarıda qeyd etdiyimiz səbəblərdən asılıdır.


7. Foto çəkilərkən arxa fona diqqət edin

Arxa fon olaraq ağ rəngli yer seçsəniz, fotoda gözəl düşəcəksiniz. Çəhrayı və sarı fonlardan uzaq durun.


8. Foto çəkilərkən dilinizə diqqət edin

Dilinizi ön yuxarı dişlərinizə dayayıb gülümsəyin. Çəkicigözəl forma alacaqsınız. Bir güzgü qarşısında durduğunuzdan və sınadığınızdan əmin olun. Dilinizi yuxarı ön dişlərinizin arxasına qoyun və gülümsəyin.


9. Foto çəkilərkən gözlərinizə diqqət edin

Foto çəkdirəndən əvvəl gözlərinizi su və ya linza ilə canlandırın. Gözləriniz işıqli, parlaq görünəcək.


10. Foto çəkdirərkən buxağınıza diqqət edin

Az da olsa buxağınız varsa, fotolarda pis görünə bilər. Ona görə fotoları üstdən aşağı formada çəkin.


11. Ənliyin düzgün yayılmasına diqqət edin

Ənliyin yanaqlarınıza tam şəkildə yayılmasına əmin olun. Əks halda, fotoda üzünüz pis düşəcək.


12. Tuşdan çox istifadə edin

Tuş vurduğunuzdan əmin olun və əgər imkanınız varsa, hətta saxta kirpiklər də taxa bilərsiniz. Gözlərinizi cazibədar və üzünüz möhtəşəm görünəcəksiniz.


13. Dərinizlə eyni rəngdə üz makiyajı edin

Əks halda, xüsusilə gecə çəkilən fotolarda yaxşı görünməzsiniz. Buna görə dərinizlə eyni rəngdə olan üz makiyajına üstünlük verin.


14. İşığa baxın

Foto çəkiləndən 5 saniyə əvvəl işığa baxın. Göz bəbəkləriniz canlanacaq, gözləriniz təbii görünəcək.


15. Kölgəni düzgün tənzimləyin

Yuxarıdan düşən işıq şüasından kənar durun. Üzünüzün kölgədə olması vacibdir

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR