Loading...
Tükənməkdə olan qida məhsulları hansıdır?

Tükənməkdə olan qida məhsulları hansıdır?

Loading...

Ana təbiətdə iqlim dayanmadan dəyişir və yenilənir və təəssüf ki, heyvanlarda olduğu kimi bir sıra bitkilərin də nəsli tükənir.


Banan

Niderlandda, Avstriyada və ABŞ-da fəaliyyət göstərən milli alimlər yığmasının apardığı araşdırma nəticəsində məlum olmuşdur ki, ən populyar banan növü «Kvendiş»in nəsli tükənmək üzrədir. Bunan səbəb bananların kökünü zəhərləyən «tropical race 4, TR4» göbələyidir. XX əsrin birinci yarısında sözü gedən göbələk «Qros Mişel» bananlarının sonunu gətirmişdir. Hazır TR4 göbələyi Pakistan, Pilippin, İndoneziya, Afrika və Avstraliyada yayılmışdır.


Bal

Alimlər ən faydalı arı növünün kəskin şəkildə azaldığını müşahidə edir. Belə ki, arılar pətəyi tərk edir və bir daha geri qayıtmır. Bu fenomen  «arı koloniyalarının məhv olunması sindromu» adlandırılır. Səbəb isə naməlumdur. Problem həll yolunu tapmasa 20 il sonra bal daşıyan arılarının nəsli tükənəcək. Bu isə biosferada ciddi fəsadlara yol açacaq.


Qəhvə

Avstraliyanın İqalim İnstitutunun apardığı araşdırma göstərmişdir ki, 2050-ci ildən etibarən qəhvə ağaclarının əkin sahələrinin sayı 2 dəfə azalacaq. 2080-ci illərdə isə tamamilə yox olacaq. Səbəb isə qlobal istiləşmədir: əkin sahələrində temperatur artdıqca əkinlərin göbələk xəstəlikləri ilə xəstələnmə ehtimalı yüksəlir. Bu səbəbdən artıq 2012-ci ildə Qvatemalda istehsalçıların 85% məhsulu ziyan olmuşdur.


Balıq

Ekoloqlar bu nəticəyə gəlmişdir: 2050-ci ildən etibarən dünya balıqların nəslinin kəsilməsi ilə üzləşə bilər. Belə ki, hazırda balıq tutma normadan 50–60 % artıq inkişaf etməkdədir.


Şokolad

Acı həqiqətə əsasən, təxminən 50 il sonra dünya şokoladsız qalacaq və ya miqdarı azaldığı üçün qiyməti qat-qat artacaq. Səbəb isə kakao-ağaclarının xəstəliyə tutularaq yavaş-yavaş məhv olması və tükənməsidir.


Avokado

Avokado əkmək çətin və bahalı olmağa başlayır. Belə ki, 1 kq avokado əkmək üçün təxminən 272 litr su gərəkdir. İqlim dəyişildikcə, quruluq artır və avokado əkmək artıq sərf etmir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR