Loading...
Yuxuda ruh görməyin yuxuyozması

Yuxuda ruh görməyin yuxuyozması

Loading...

Yuxuda ruh görmək sağlamlığa, işlərin yolunda gedəcəyinə və qismətin açılacağına işarədir. Yuxu sahibinin şansının yaxşı olduğundan, çətin olayları asanlıqla adlatmasından xəbər verir. Yuxuda ruh görmək bəzi yozuculara görə, sənətkar insanları ehtiva edir. Həmçinin, bu yuxu özlərini hələ kəşf etməmiş insanları göstərir. Yuxuda ruhun bədəndən çıxdığını görmək düşmənlər arasında gərginliyin bitməsinə və barışığa dəlalət edir.

Yuxuda ruhla danışmaq

Yuxu sahibinin təhlükəyə düşməsinə işarədir. Yuxuda ruhla danışmaq yaxşı əlamət sayılmır. Bəzi yozumlara görə, bu yuxu yuxu sahibinin başına bəla gələcəyi anlamını verir.


Yuxuda ruh olmaq

Yuxu sahibinin ətrafındakı şəxslər tərəfindən zərərə məruz qalacağı kimi yozulur. Yuxuda ruh olmaq yaxın dostun vurduğu zərəri bildirir.


Yuxuda ruh çağırmaq

Yuxu sahibinin boş işlərə vaxt sərf etdiyinə işarədir. Digər bir yozuma görə, yuxu sahibinin keçmişdə tanış olduğu şəxslə yenidən görüşəcəyini və bundan sonra həyatında bəzi şeylərin dəyişəcəyini ifadə edir.


Yuxuda bədəndən ruh çıxdığını görmək

Yuxu sahibinin küsülü insanla barışacağına, xəstəliklərin şəfa tapacağına, ailədaxili problemlərin sona çatacağına dəlalət edir.


Yuxuda qara ruh görmək

Yuxu sahibinin həyəcan dolu günlər keçirəcəyini, sıxıntılarının sona çatacağını, maddi vəziyyətinin yaxşılaşacağını göstərir.


Yuxuda başqasının ruhunu görmək
Yuxu sahibinin iş həyatında uğur qazanacağından, bol qazanc əldə edəcəyindən, xoş xəbərlər alacağından xəbər verir.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR