Loading...
Körpələrə lay-lay demək nə üçün önəmlidir?

Körpələrə lay-lay demək nə üçün önəmlidir?

Загрузка...
Hamımız anamızın, nənəmizin laylası ilə böyüyən insanlarıq. Laylalar körpələri sakitləşdirmək yaxud yatızdırmaq üçün onların özünə aid bəstələri ilə oxunan xalq nümunələridir. Müasir dövrdə bəzi analar bunu unutsalar da, mütəxəssislər laylanın bir sıra önəmli nöqtələrinin olduğunu qeyd edir. Belə ki, lay-lay uşaqda ana ilə sağlam əlaqə yaradar və bu yolla qurulan münasibət ana-uşaq bağlılığını gücləndirər.

Joy.az analara bununla bağlı bir neçə məsləhəti təqdim edir:

Lay-lay ilə böyüyən uşaqlar daha güclü şəxsiyyət olaraq yetişir

Araşdırmalar göstərir ki, körpəlikdən başlayaraq erkən uşaqlıq dövrü boyunca ona çalınan laylalar uşağın gələcək həyatında dərin izlər buraxır. Laylalarla böyüyən uşaqlarda xüsusilə, güclü bir şəxsiyyət və bəzi sosial davranışların inkişafı daha da asan olur. Buna görə də beyin və dil inkişafında, ətrafla ünsiyyət yaratmaqda, gərginliyin azalmasında, qorumaq və bağlanmaq hissinin artmasında, ən əsası özünü və başqalarını düzgün anlamaqda çox vacib yer tutur.

Laylalar beyin inkişafını sürətləndirir
Mütəxəssislər qeyd edir ki, uşaqlara oxunan laylalar uşaq zehninin, dilinin, sosial-emosional hisslərinin inkişafını dəstəkləyir. Beyinin müxtəlif hissələri uşağın dinlədiyi laylalarla aktivləşir. Belə ki, körpələrin lay-lay dinləməsi onun ailə və ətrafla əlaqəsini asanlaşdırır və məktəb uğuruna yardım edir, eyni zamanda uşağın dil biliklərinə zəmin yaradır və ünsiyyət qurmağı asanlaşdırır. Bu müddət ərzində uşağın özünü kifayət qədər güclü və təhlükəsiz hiss etməsini təmin edir.

Əsəbləri sakitləşdirir
Laylalar uşağa lazım olan bacarıqları, yaşananları öyrətmək və inkişaf sürətini müsbət istiqamətdə dəstəkləmək üçün vasitədir. Beləliklə, onlar daha çox araşdırma və kəşf etmək fürsəti qazanacaqlar. Unutmayaq ki, laylalar uşaqların mənəvi sükunətini təmin edir və dolayı yolla uşağın inkişafını sürətləndirir. Mütəxəssislər bildirir ki, onları bu gözəl duyğulardan məhrum etmək olmaz.
Загрузка...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Загрузка...

    End of content

    No more pages to load

    loading...
    Загрузка...