Loading...
Oruc tutmayanın 7 bəhanəsi

Oruc tutmayanın 7 bəhanəsi

Loading...
Oruc tutmayanın 7 bəhanəsi

Bəhanə: Mən hesab edirəm ki, ən başlıcası – insanın qəlbinin təmiz olmasıdır. Oruc tutmaq isə o qədər də vacib deyil.

Cavab: Mübarək dinimiz də qəlbin təmizliyini əsas amillərdən sayır. Amma məhz elə oruc həmin bu qəlb təmizliyinə nail olmağın zəruri elementlərindəndir.

Bəhanə: Mən Allaha inanıram və məncə bu kifayətdir. Oruc tutmağa isə ehtiyac duymuram.

Cavab: Çox gözəl. Amma iş burasındadır ki, sənin inandığın o Uca Allah oruc tutmağı sənə vacib bilir. “Ey, iman gətirənlər! Sizdən əvvəlkilərə yazıldığı kimi, sizə oruc yazıldı və qərara alındı ki, bəlkə təqvalı olasınız” (Qurani-Kərim, 2:183-184).

Bəhanə: Yayda oruc tutmaq mümkün deyil.

Cavab: Bəs onda, orucluğun yay aylarına təsadüf etdiyi saysız-hesabsız hallar necə olsun? Bəs, isti iqlimi olan ölkələrdə oruc tutanlar necə? Sözsüz ki, milyardlarla oruc tutan insanın nümunəsi dediyinizin əksini sübut edir.

Bəhanə: Mən qorxuram ki, zəifləyərəm, dözə bilmərəm. Mənim üçün çətin olar.

Cavab: Qətiyyən qorxmayın! Sizdən qat-qat zəif olan insanlar da oruc tutur və bundan yalnız fayda aparır. Yeri gəlmişkən, əgər Siz xəstəsinizsə və oruc tutmağın Sizə ziyanlığı barədə əsaslı həkim rəyi varsa, bu halda Siz oruc tutmamalısınız.

Bəhanə: O qədər namaz qılıb, oruc tutan tanıyıram ki, özlərini layiqli aparmırlar.

Cavab: Bəs belə isə, Siz o kəslərdən olun ki, namaz qılıb, oruc tutur və öz ləyaqətlərini qoruyurlar.

Bəhanə: Mən niyyət etdim ki, filan arzum yerinə yetsin, amma…

Cavab: Biz öz Yaradanımıza şərtmi qoyuruq? Özü də ki, biz haradan bilə bilərik ki, xeyrimiz haradadır, ziyanımız harada… Məsələn, ola bilər ki, avtomobil barədə olan yerinə yetməmiş arzumuz bizi ağır bir qəzaya gətirəcəkdi…

Bəhanə: Ramazan ayının bir və ya üç günü oruc tutmaq yetər…

Cavab: Təbii, üç gün də, lap elə bir gün də oruc tutmaq olardı. Amma iş burasındadır ki, Allahımız bizə bir ay boyunca oruc tutmağı buyurub. Onun bizim xeyir və ziyanlarımızı hər kəsdən yaxşı bildiyi halda, Onun buyuruqlarına dəqiq əməl etməmək hansı məntiqə sığardı?!
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Night Wolf

22 İyul 2013 01:39

maraqli idi sag olun
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

❃FloRal❃

8 İyul 2013 13:14

ALLAH RAZI OLSUN
--------------------

***
❃❃❃

***

Britney Spears

2 Oktyabr 2010 22:01

İstəyən tutur (Allahı sevənlər), istəməyən tutmur..

_Vuska_

14 Sentyabr 2010 17:59

Maragli sual cavab idi,oyrendim

Aska_

3 Sentyabr 2010 12:55

salam.Oruc bizim ucundu her kes ozu ucun tutur.Her il tuturam shukurler olsun.Bul olde ilk gunden tuturam duzdu cooooox zeiflemishem-ariqlamisham,halsizam amma Tanrimin komekliyi ile tuturam axira kimide inshallah tutuacam Inshallah sevval ayindada tutacam.Urekden tutmaq istedikde Rebbim komek edir en isti yerde olsan bele.

ALLAHı qəzəbləndirməklə, xalqı razı salanlar nicat tapmaz.

music_my_life

29 Avqust 2010 14:37

men oruc tuturam calisiram ki hec dayandirmayim eger qezam varsa onuda tutmaga calisiram

crazy women

28 Avqust 2010 21:06

men ozum tutmuram oruc amma cooox isteyirem tutmaq heqiqeten amma mene olamaz cunki xesteyem,amma menden olsa tutaram oruc amma evdekiler qoymur....yeni menimki behane deyil......
thanks)

Mamedovich

23 Avqust 2010 22:48

Teeessuf mende tuta bilmirem ama bu behanme deyil qicim sinmisdi gipsden teze cixib yemek cox lazim =(

Special

23 Avqust 2010 22:37

bütün behanelerin qısa konkret cavabi

Allah hamının ürəyinə rəhm salsın

Gitarist

22 Avqust 2010 23:16

Bele behaneler neye lazim ? Xebere gore Tesekkurler

_MooN_

20 Avqust 2010 19:00

..tskler..cox maraqli melumatdi kim teskil edibse sonsuz tskler....Allah hamiya guc sebr versin oruc namazlari qebul etsin mende daxil olmaqla Amin)))

Sevka_(JoY)

17 Avqust 2010 17:23

Oruc tutmamaqçün o qədər səbəbim varkiii....
Amma, Həmd olsun, heç nəyə baxmayaraq, heç bir bəhanəsiz ALLAH yolunda, ALLAHın köməkliyi ilə davam etdirirəm ..


Deyimki, sağlamam - xeyr.
Kökəm- xeyr (əksinə, vitaminlə böyüyən uşağam )) )
Susuzluğa, aclığa - dözümüm var, Şükür ALLAHA ..
Ən əsası, ALLAHımı sevir, ona hər cür itaət etməyə çalışıram !!
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

_Ayka_19

16 Avqust 2010 13:23

Allah hamının oruclarını ve namazları qebul etsin

Qreqor Zamza

16 Avqust 2010 12:05

Her kesin gunahi oz boynuna.Tutan savabini, tutmayan ise gunahini qazanir..
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Faya

16 Avqust 2010 11:26


Mən tuturam və axıra qədər də tutacam İnşallah. Allah tutanlara özü səbr verir, heç qorxmaq lazım deyil. Allah oruc və dualarınızı qəbul eləsin.
--------------------
ALLAH duaya 3 şəkildə cavab verir; "bəli" deyər istədiyini verər, "xeyir" deyər daha yaxşısını verər, "səbr elə" deyər ən yaxşısını verər.

BEZDUWNAYA

16 Avqust 2010 10:03

cemi 1ce gun tutdum ondada olmuwdum susuzluqdan iwde tez tez iclaslar olur i chox daniwmag mecburiyyetindeyem ona gore dilim agzim quruyur:( havalar serinlese yene tutacam INWALLAH

ChocoLatte

16 Avqust 2010 09:26

Sitat: Britney Spears
İstəyən tutur (Allahı sevənlər), istəməyən tutmur..

Ancaq bezi adamalrinda axi problemi olur onnada tutmaq gunahdi...ALLAHi seven Oruc tutur bu mentiqsizdi.Duzdu ALLAH yolunda tuturuq ancaq bele deyil...
belay

X Avatar X

16 Avqust 2010 03:25

Menim Behanem:) Bu Il Xestlenmiwdim Gelen Il Tutacam:) mocking

NellY

16 Avqust 2010 00:09

Sitat: Britney Spears
İstəyən tutur (Allahı sevənlər), istəməyən tutmur..

Ay saol.bidenesen ee

Sitat: denizim
Düşünürdüm yaydır , çətinliyim olacaq, amma şükür Allaha heç bir problem yaşamıram.Ramazan ayı Uca Allah tərəfindən bizə göndərilən bir fürsətdir. İstifadə etməliyik, maksimum dərəcədə yararlanmalıyıq bu aydan. Allah tutulan orucları qəbul olunanlardan edər,İnşaallah.Allah razı olsun.

Allaha min wUKUR mende ele duwunurdum...ama 4oxda asan olmasada tutmaliyig,nefsimize galib gelmeliyik.

PRAQMATIK

15 Avqust 2010 22:48

Sitat: FLOR
amma hec bir bahenem yoxdu sadece istemirem

Orucu tutmamaq günah,Bunu istəməmək isə ikiqat günah..

Nahid-19

15 Avqust 2010 20:29

Məndə oruc tutmuram ama bəhanəsiz..Sadəcə özümlə hərdən bacarmıram ona görə ama qismət ols bir neçə günlük tutmaq fkirim var İNŞALLAH ALLAH qoysa....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

FLOR

15 Avqust 2010 20:15

Allah her bir kesin orucunu qebul etsin .. tutmayanlara ise komek olsun .. mende tutmuram .. amma hec bir bahenem yoxdu sadece istemirem

Babydoll

15 Avqust 2010 19:41

tsk
--------------------
Bir gün Mənsiz galacagsan, Sənsiz galacağam deməyə gəlmir dilim..

unknown_766

15 Avqust 2010 19:00

Xeberi Oxumadim .... Oruc Tutmaq uchun hech bir behanem yoxdur ... ozum ise Oruc tutmuram... Allah tutanlarin orucunu qebul etsin...

HBK

15 Avqust 2010 18:59

Hec dexlisi yoxdur. Kim istiyer tutar Kim istemez tutmaz. Ona qalsa mene kim ne dese onun sehv cixardaram. Ne dexlisi var. cig

FIORE

15 Avqust 2010 18:45

ELHEMDULILLAH men oruc tuturam.Iftar sevinci butun ezyetlere deyer.ALLAH butun tutulan oruclari qebul etsin!Amin!!!
--------------------
♥ ♥ ♥

▅ ▃ ▂ ◕‿◕ ▂ ▃ ▅

Jeyibon

15 Avqust 2010 18:31

Mən tuta bilmirəm..Susuz qala bilmirem..Gündə çox su içirəm və susuz qala bilmirəm

psixoloq_01

15 Avqust 2010 18:20

hec biri bilmir ki gunah isdedib deyirler ki 1 gun tut 3 gun tut besdi neceyeni besdi ele onda rebbim 3 gun oruc tutmagi bizlere bildirerdide niye 30 gun cunki bu 30 gunde sen oz nefsini qorumagi oyrenmelisen...11 ayin 1 ayi sultan ayidi oda RAMAZAN AYIDIR...


TESEKKURLER BEZILERI OXUYUB DERS ALSINLAR

FENERLI

15 Avqust 2010 17:10

Oruc həqiqətəndə tuta bilmirəm 1 dəfə tutmuşdum halım çox pis olmuşdu mədəmin ağrısından 2 gün xəstəxanada həkim müayinəsində qalmışdım inşAllah Allah günahımdan keçər.

denizim

15 Avqust 2010 17:09

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.