Loading...
Nostradamus

Nostradamus

Loading...
duzeldirem

Nostradamus (Michel de Nostredame, Azəri: Mişel dö Notrdam) (14 Dekabr 1503 – 2 İyul 1566)

1503 miladi ilində Fransalı həkim və münəccim anadan oldu. Nostr Adamus adıyla məşhur olan Mişel dö Notrdam 1503 ili dekabrın 14-də Fransa-nın Sən Remi iyalətində yaşayan yenicə katolik məsihiliyə inanmış yəhudi bir ailədə anadan oldu.

Klasik ədəbiyyat, münəccimlik və tibbi şamil olan ilkin bilimləri evdə öyrəndi. Avinyon üniversitəsi-ndə fəlsəfə, dilbilgisi və xitabə bilgisi oxuyub bitirdi. "həkim" şöhrətini 16-ncı əsrdə Avropada qara ölümün (ta`unun) qırğınlığına tapdığı toxdağa görə qazandı. Nostr Adamusun toxdağı təzə hava, təmiz su və C vitamini idi. Bu toxdaqla onlarca insan ölümdən qurtardılar ancaq Nostr Adamus öz qadını ilə iki uşağını qurtarabilmədi. Onlar 1537-nci ildə öldülər və Nostr Adamus o zaman yaşadığı Axen şəhərini tərk edib altı il sürəcəyi səfillikdə yaşamağa baş qoydu. Təxminən bu zamanlarda özündə gələcəyi görmə duyğularının oyanışını hiss etdi. 1547-nci ildə Nostr Adamus Salon şəhərində qalarğı yaşayışı başlıyıb yenidən evlənib altı uşaq – üç oğlan, üç qız- sahibi oldu. O, Salondaki evinin yuxarı qatını labratuar eliyib oranı əcib aynalar, usturlablar, manqal və Delfi`də Apolon hirəmindəki (piramidindəki) qutsal üçdirəklisinə bənzəyən üçdirəkli ilə doldurdu. 1550-nci ildə Nostr Adamus uzun uzadı fikirləşəndən sonra yirmi dörd öngörücü rubaini içərən (şamil olan) bir təqvim yaydı.

Nostr Adamus`un bu təqvimini xoş qarşılamalar onun öz öngördüklərindən belə çox idi və yaşamının sonuna dək ildə bu təqvimlərdən birini yaymaq yetərdi. O, Avropa gələcəkdə yaşayacaq tarixini içərən "Senturilərin" (yüzillərin) yazmağına 1554-ncü ildə qoyuldu. Bir il sonra hər bölümdə yüz dördlüyü (rubaisi) olan ilk dörd bölümlü kitabı yayıldı. Senturlərin sonuncu olaraq onuncu bölümü 1558-də buraxıldı. Sonralar bilginin oğulları senturilərə təkmilə olaraq "Oraqul" (Oracul) adında bir kitab çıxardılar."Senturilər" latincə izafələrlə yanaşı eski fransızca yazılmışdırlar. Bu kitabın önsözündə Nostr Adamus "öngörülərin" "Ruhülqudus`un ağzından" olmasını vurğulamaqdadır (tə`kid etməkdədir). Nostr Adamus İnkizisyon biləsinə qondarmış xəbərçilərin sorğulamasından qorxaraq simbollar dili, tutuşdurma (müqayisə), adlar və tarixləri rəmzlə yazmaqdan yararlanaraq kitabı rəmzi formada yazmışdır.

"Senturiləri" araşdıranların verdiklərinə görə Nostr Adamus dördlüklərin ilk hərflərində olacaq olayların tarixini say rəmzlərində gizlətmişdir. Belə ki rubailərin hər misrə`i özəl bir say verir. İlk hərflərdə olan hərflərin say toplamı, birinci, ikinci, ya da üçüncü misrə`in sayı ilə birdir. (demək bu hansı minilliyi işarə etməkdədir). Obiri (digər) missrə`lərin say toplamı da özəl bir olayın qalan tarixini görsətməkdədir. Hərdən rubailərdə bu qaydanı pozan qəsdi yanlışlar buraxılmışdır. Bütünlüyü 970 ruba`ini içərən "Senturilər" sanki yazarın gələcəyə getdiyi yolculuğun günlüğü kimidirlər. (2300-cü ildən sonranın olaylarını öngörən dördlüklər kökdən yox olub da əlimizə yetişməmişdir.)
Nostradamus
Müəmmalı öngörülərin ilk basımının görünməmiş başarısından sonra şe`r sayağı müəmmalar üzərinə dərin etki buraxan Fransanın kraliçəsi (mələkəsi) Qatrina Mediçi, Mişel dö Nostr Adamus`u Paris`də qəsrinə çağırdı.

alt

Bu 1556-nci ilin iyulundan avgustuna dək sürən bir aylıq yolculuq böyük başarı oldu. Nostr Adamus Enn Monmoransi və başqa zadəganlar tərəfindən məhəbbət və hədiyyələrlə qarşılandı. 1564-də şah Henri II`nin bir şövaliyelik (atçılıq) təmrinində ölüb Nostr Adamus öncədən işarələdiği kimi onun varisi olan Fransis II də ansızın (birdən, nagəhan) öləndən sonra Fransanın qralı Qarl IX Nostr Adamus`u öz şəxsi həkimi, münəccimi olaraq mənsub etdi. Tarixdə məşhur olan olay Nostr Adamus`un Fransalı gənc keşiş Feliçe Piyereti`nin önündə diz çöküb onun gələcək Roma katolik kilsəsi popu (papası) olacağını öngördü. Gənc keşiş bunu inanmayıb da bu sözə güldü amma 19 il sonra sikst V adı ilə Roma popu (papası) oldu. Deyilənlərə görə Nostr Adamus öz ölümünün dəqiq tarixini də bilirmiş. 1566-ncı il iyulun birinci günü aqşamı qulluqçusunu çağırıb ona xeyirli gecə diləyərək ona "məni sabah diri görməyəcəksiniz" demişdi. O günün sabahı onu labratuarının yerində cansız tapırlar. Nostr Adamus vəsiyyətnaməsində çürümüş sümükləri dağılmsın deyə ayaqüstə quylanmasını istəmişdi. Onun məzar daşının üstündə "burda fanilərin biri, ulduzların yerkürənin üzündə olacaq olayların üzərin buraxan etkilərini anlamaq və tanrısal qələmi ilə yazmaq vergisinə sahib olan Nostr Adamus`un sümükləri quylanmışdır" yazılmışdır.

Onun şöhrətinə həsudluq (hisadət) edənlər müccimin sadə bir alkölpərəst olduğunu və dördlüklərini alköl dəliliklərində yaratdığını yazırdılar.Fransua Rable onun haqqında məsxərə ilə "tanrısal şüşələr mö`cüzələri" adı verərək danışır. 1781-də Roma popu Nostr Adamus`un öngörülərini təkfir edib onların yayılmasını yasaqladı. On il sonra inqilabçı Yaqobinlər onun məzarını söküb sümüklərini çıxarıb asıb sonra dağıtdılar. Tərəfdarları onun yadigarlarını saxlıyıb Salondaki Sən Loran kilsəsinə daşıdılar (bu şeylər bu günə dək kilsədə qalır).

Senturilərdə Fransada əsrin yenilənməsini tapan inqilabçı Robespiyer`in əmri ilə hörmətsizlik edənləri cəzalandırırıar.

Bəzi tarixçilərin dediklərinə görə Nostr Adamus öncəgörmə seanslarını suya baxaraq həyata keçirirmiş. Dunyanın ən zalım insanlarının adını verəndə isə özündən 200 il sonraki Napoleona Bəstəboy demişdir.Sonraki 300 ilin zalımı isə Hister adını verdiyi Hitler olmuşdur.

Inqilab toplumuu hələ Nostr Adamus`un məzarı üstünə "inqilabı öngörən" lövhəsi qoymaq qərarına da gəlir. Anadan olduğu şəhər Sən Remi`də də heykəli qurulur. Bu günə dək rubailərin tapmacalarını çözmək için çox çalışmalar olub çoxlu say çevirmələr və çözüm kitabları yayılmışdır. Bə`zi araşdıranlara görə Nostr Adamus-un öngördüklərinin doğruya çıxdığının faizi çox yuxarıdır.

Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Jenny J

8 Dekabr 2013 16:23

Taniyiram haqqinda cox sey esitmisem feel Onunvaxtında yasasaydım söhbet etmek isterdim onunla
--------------------
Wow man, this is weird on acid..



NEW LIFE♥☻

24 Avqust 2013 02:02

Cox maraqli melumat idi oxumaqa deyerdi.tewekkurler

balaca qiz

17 Avqust 2013 14:35

nastradomusu tanimayanlar da var??????menim bel melumatlardan cox xosum gelir

Night Wolf

16 Avqust 2013 01:37

maraqli idi sgln
--------------------
Hz.Məhəmməd (s.ə.s) əxlaqı, Hz.Süleyman səadəti, Hz.Eyyubun səbri Hz.Həmzənin cəsarəti, Hz.Yusifin gözəliyi, Hz.Əlinin biliyi və 124 min peyğəmbərin duası bizimlə olsun AMİN!

Meleyin_Sirri

4 Avqust 2013 18:16

xebere gore tewekurler

ben ve sen

13 Aprel 2013 08:33

Tesekkurler

Mələk

14 Fevral 2013 10:13

maraqli xeberdi tewekkur

forget-me-not

8 Yanvar 2013 16:03

axira kimi oxumaga sebrim catmadi,amma nese maraqli melumat idi,az da olsa melumatim var.tsk
--------------------
Həyat bir imtahandır, amma digər imtahanlara çox bənzəməz; bəzən etdiyin bir səhv, bütün doğrularını apara bilər.

VeNTilabis_GaGa

6 Yanvar 2013 18:38

Rədd olsun ....Xəbərə Görə Təşəkkürlərimi Bildirirəm.....
--------------------
Dance Sex Art+PoP

Səməd

23 Oktyabr 2012 23:09

Maraqli xeberdi twk

İlkay

17 Avqust 2012 10:51

Mende bilire ewitmiwem bu haqqinda
Tewekkurler.

Princc

10 Avqust 2012 11:35

Tom Riddle,

AnGeLiCe

1 Avqust 2012 15:47

kitabi var mende yuxu yozumlarida.

hecne ebedi deyil

25 İyul 2012 13:26

maraqli idi twk

_Aymir_

9 İyul 2012 21:15

Sitat: Tom Riddle
Ewitmiwem bunun haqda..

yes
--------------------
Ağıllı bi təklik axmaq bi əlaqədən yaxşıdır; ya kralın yanında kraliça olarsan ya da soytarının yanında məsxərə! Tərcih sənin!

ToM RiDdle

6 İyul 2012 14:24

Ewitmiwem bunun haqda..
--------------------
Tural Adrian ♥

ferid13

3 İyul 2012 15:26

kecmisi vereqlemek maraqlidi

kecmisi vereqlemek maraqlidi

hecne ebedi deyil

1 İyul 2012 00:07

[hide][/twk maraqli idi]

ToM RiDdle

31 May 2012 16:52

maraqli idi...
--------------------
Tural Adrian ♥

Deli Yurek

3 May 2012 20:54

Emeye Gore tesekkur

AzIk_TAzIk

24 Mart 2012 23:04

Axra kimin oxuya bilmedim.

İrina Şeyk

14 Fevral 2012 18:53

twk

cyrus

14 Yanvar 2012 11:21

twk

_L_ミ★ミ_V_

17 Dekabr 2011 21:54

tewekkur..

Uluw_Royali

27 Noyabr 2011 01:30

onun kitabini oxuyanda adam woka duwur ki dediklerinin 80% i olub

H.o.s.T-cu qiz

17 Sentyabr 2011 18:11

taniyiram gelecekden xeber verib

Dandoline

14 Sentyabr 2011 12:32

Bu dünyada yaxından görüb tanımaq, söhbət eləyib həyatını öz gözlərimlə müşahidə eləmək, hətta bəlkə lazım gələrdisə, şəyirdi olmaq istədiyim 3 şəxsiyyət var - Nostradamus, İbn-Sina və Şah İsmayıl Xətai..Kaş ki onalrın zamanında onlarla eyni yerdə yaşaya bilsəydim..

NZS

14 Sentyabr 2011 12:06

men taniyiram

SweeT DReaMS

1 Sentyabr 2011 14:31

tanimadimm what

MY_CRAZY_FRIENDS_

7 Avqust 2011 17:30

Bu da kim yaaaa?...