Loading...
Həyatın Sirri və Xoşbəxtliyin Qaynağı

Həyatın Sirri və Xoşbəxtliyin Qaynağı

Loading...
Həyatın Sirri və Xoşbəxtliyin Qaynağı

Həyata və hadisələrə həmişə öz pəncərəmizdən baxırıq. Həyatın axışına özümüzü elə qapdırmışıq ki, önümüzdə, arxamızda cərəyan edən hadisələrin bəzən heç fərqinə varmırıq.

Həyatın arxasında keçən günlərimizi kimsə yalnız pul qazanmaq, varlı olmaq, uşaqlarına rahat bir gələcək qurmaq üçün işləyərək qiymətləndirərkən, kimi də necə olsa, "bu dünya boş və keçicidir" deyənlər qrupuna daxil olmuşuq. Halbuki həyatın əldə edilməmiş və kəşf edilməyi gözləyən milyardlarla gözəlliyi olduğunu, bizə düşənin ətrafımıza yalnız baxmaq deyil, baxdığımızı görmək düsturuyla hərəkət etmək lazım olduğunu bir çoxumuz bilmirik.

Kəşf edilməmiş bir mağara vardır insanın içində. Kimsə bilə bilməz harada olduğunu. Hər kəs bir ömür boyu axtarar, min ömür də keçsə, tapa bilməz. Sonunda belə bir yer olmadığına qərar verərək imtina edər axtarmaqdan. Halbuki bizə düşən ətrafımıza bir az daha diqqətli baxmaq və görməkdir. Əlimizdəki qaşıqdakı yağları tökmədən sarayın gözəlliklərinin fərqinə vara bilməkdir. Mövzumuzla əlaqədar "Həyatın Sirri" başlığında çox gözəl bir hekayə var. Onu paylaşmaq istəyirəm sizinlə.

Həyatın sirrini və xoşbəxtliyi axtaran bir gənc var idi. Bu gənc həyatın sirrinə və xoşbəxtliyin qaynağına çatmaq üçün müdriklərdən kömək istəyir və sonda dərdinə bir kralın dərman ola biləcəyini öyrənərək müdrik kralın qarşısına çıxır. "Mənə həyatın sirrini və xoşbəxtliyin qaynağını izah edərsinizmi?" deyir. Kral özünə daha sonra köməkçi ola biləcəyini söyləyir. İndi gedib sarayını gəzməsini istəyir. Gəncə bir qaşıq verir. Qaşığın içərisinə də iki damla yağ qoyur və yağı tökməməsini tənbehləyir.

Gənc gedib sarayı gəzir və özünə deyilən saatda təkrar kralın qarşısına gəlir.
Kral: "Sarayı yaxşıca gəzdinmi?"-deyir. Gənc "bəli"- deyir. Yaxşı,- deyir kral, gəncin əlindəki qaşığa baxır, yağ tökülməmişdir. Kral: "Sarayımdakı məşhur ipək xalçaları gördünmü?" - deyir. Gənc "xeyr"- deyir.

Yaxşı, bağçamı gəzdinmi? Çox gözəl çiçəklər vardı, bağbanım onları uzun illərdə yetişdirdi, onları gördünmü deyə soruşur. Gənc "xeyr" - deyir. Gözətçiləri gördünmü? Çox təhsilli və intizamlı bir ordum var.

Gənc, görmədim deyir.

Kral, təkrar qaşığa yağı damladır və "yenidən sarayımı gəz" deyir. Ətrafına yaxşı bax, laqeyd yanaşma. Gənc əlində qaşıqla birlikdə yenə sarayı gəzməyə başlayır. Sarayın möhtəşəmliyini görür, qarışıqlıqla yenə kralın qarşısına gəlir. Heyrətlər içində krala gördüyü bağçadan, ipək xalçalardan və sarayın möhtəşəmliyindən danışır. Müdrik Kral, "yaxşı, qaşıqdakı yağa bir baxaq",- deyir.

Gəncin əlindəki qaşıqda yağ qalmamış, hamısı tökülmüşdü. Yağdan əsər yoxdur.

Müdrik Kral gəncə:

Bəəli, həyatın sirri və xoşbəxtliyin qaynağı budur, "əlindəki iki damla yağı itirmədən ətrafına baxa bilməyi öyrənməkdir", - deyir.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Dima Bilan

3 İyul 2010 17:40

Tewekkur maragli idi

maliska

3 İyul 2010 01:06

cox maraqli idi,tesekkurler give_ros

Fatime

2 İyul 2010 23:36

hmmmm....mən anladım mənasını. ətrafdakılara diqqət yetirsək həyatın gözəlliklərini görə bilərik.

qaban

2 İyul 2010 20:50

Basqa saytda oxumusdum................

Lady_Gunka

2 İyul 2010 16:44

butun hekayeler kimi bu hekaye de insana zovq verir

Nagil

2 İyul 2010 15:48

gozel hekaye idi

ZDENKO

2 İyul 2010 12:32

Onemli olan xoshbextliyi elinde saxlaya bilmekdir, bunu da her kes bacarmir.

(Bakinech)

2 İyul 2010 10:15

Sitat: LeYLa_BaBaYeVa
chox sagol maraq idi

Balım

2 İyul 2010 10:10

Maraqlı müvzu idi...
Həqiqətən insan nələrisə qoruyum dərkən,ətrafında olan başqa fürsətləri qaçırmış olur...

psixoloq_01

2 İyul 2010 08:51

oxudum maraqli idi wink2

Babaeva

2 İyul 2010 01:22

chox sagol maraq idi

___DiMaggio

2 İyul 2010 01:02

Halaldi Krala, aglabatan söhbet eliyib

Sweety

2 İyul 2010 00:55

Doğurdan çox maraqli mövzuya toxunmusan.təşəkkürlər

İrmak

1 İyul 2010 23:56

kral ne cox bilirmiw =)
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Miss_Zaqadka

1 İyul 2010 23:53

bezen qarsiam cixan xosbextliyin ferqine varmiram...hekaye ise maraqli idi..tesekkurler Jurnalist xanim..

Gitarist

1 İyul 2010 23:38

Tesekkur Britney Maraqli Movzudur:))