Loading...

Sualtı möcüzələr
Maraqlı
- 02 İyul, 2010
- 5 557 Baxış
Loading...

Minoqanın ağzında 125-ə qədər iti dişi vardır.
Deyilənə görə balinalar cütləşmə dövründə öz “xanımları” üçün nəğmə oxuyurlar. Onların nəğmələrini lentə köçürən mütəxəssislər müəyyən edirlər ki, bu nəğmələr bir-birindən fərqlənir və heç bir erkək balina ötən il oxuduğunu növbəti il təkrar etmir.
Dişi ay balıq bir dəfəyə 300 milyon kürü dənəsi qoyur.

Kaşalot su altında ən çox qala bilən canlıdır. O, yeni hava udumu almadan düz 1 saat 52 dəqiqə su altında qala bilir.
Ən xırda balıq Marşall sahillərində yaşayan qobi balıqlarıdır. Onların uzunluqları cəmi 16 mm-dir.

Ən yüngül balıq şindleriya prematurus balıqlarıdır ki, onların çəkisi vur-tut 2 mq-a bərabərdir.
Ən qədim okean Sakit okean hesab olunur.
Ən böyük aysberqin eni 97, uzunluğu isə 335 km olub.
Əgər 1 milyon adamın hərəsi saniyədə bir atom saya bilsəydi 1 qram suda olan atomları saymaq üçün milyon il vaxt lazım gələrdi.
Delfin suda doğur və doğulmuş bala suda üzə bilir. Delfin öz balasını suda əmizdirir, onun südü çox qatı və yağlı olur.
Püskürən balıq öz ovunu ağzına doldurduğu su ilə vurub öldürür.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...