Loading...
Oğlaq Bürcü

Oğlaq Bürcü

Loading...
Oğlaq Bürcü


Bürcün Xüsusiyyətləri
Oğlağın həyatı iki hissəyə ayrılır: 30 yaşdan əvvəl və sonra. Bu yaş doğumunda təsirli olan Saturn planetinin təsirində olur. Bu planet günəş ətrafındakı dövrünü 29 il və 167 günə tamamlayır.

İlk 30 ildə Oğlaq axtarış içində olur. Özündən məmnun deyil. Bir keçi qədər təhlükəlidir.

30 yaşından sonra Oğlaq gəncliyində özünə çox çətin olan bir çox məsələləri həll edir. Yəni o "sonradan açılan" biridir. Qarşı cinslə əlaqəni ümumiyyətlə "gecikmə" ilə kəşf edər və peşə müvəffəqiyyətləri digər bürclərdən daha gec olar. Deyilə bilər ki, həyatı ciddi bir məsələ olaraq görməsi onu müvəffəqiyyət nərdivanının zirvəsinə çıxara bilər.

Qıraqdan baxanda özündənrazı, güclü, sarsılmaz görünür, amma içində diqqət, sevgiyə ehtiyac duyur.

Xəstəlik məsələsində həssasdır və özünü xarici dünyadan aralayar. Duyğularını bilmək çox çətindir. Sizə nifrətini göstərib, əslində dəli kimi sevə bilər.

Oğlaq vasvasılığıyla tanınar, hər şeyi çox ciddi qəbul edər. Sözlərini vaxtında yerinə yetirən və edilmiş razılaşmalarda inanacağınız bir insandır. Yalan, ikiüzlülük və riyakarlıq onun üçün şeytan işidir. İdealları həqiqət, dəyər, təbiilikdir. Səthilikdən və süni olan hər şeyə nifrət edər.

Çoxu insan vasvası və çətin Oğlağı darıxdırıcı hesab edir. O da bunu bilər və onu incidər. Qorxunc bir yumor gücüylə reaksiya verər, öz zəifliklərini nümayiş etməkdən çəkinməz. Kimsə də ona qarşı çıxa bilməz və birlikdə olduğu insanların zəifliklərini yandırıcı bir lağla tənqid edər.

Digər bürclərdən fərqli olaraq Oğlağın iki xüsusiyyət yaxşı təriflənir: səbir və məntiqsizliyə qarşı həssaslıq. Bu ikisi Oğlağın hadisələri və insanları heyrətləniləcək qədər açıq bir fikirlə anlamasına kömək edər. Buna baxmayaraq çox şanslı deyil. Özünü, öz qurduğu həbsxanadançıxmağı nə qədər istəyərdi... Yenə də bunu nadir olaraq edə bilər. Oğlağın yaxşılıq pərisi zamandır. Oğlaq bürcündə insanlar zamanı çox yaxşı istifadə edər. Oğlağın parolu əzmdir. Təməl sözü isə "Mən təşkil edirəm."

Oğlaq etdiyi şeyi vasvasılıqla edər. Qərarları daim həddindən artıqdır, heç bir ayrı-seçkilik yoxdur. Oğlağın ən böyük zəifliyi qürurdur. Dünyanı döyüşdən, anarxiya və əxlaqi çöküntüdən qurtarmaq istəyən insanlar həmişə bu bürcdə doğulmuşlar. Etiraza dözüm edə bilməz. Başqalarının tənqidləri onu niyə maraqlandırsın ki!

Şübhəsiz, bu bir şişirtmədir və bir Oğlaqla birlikdə yaşayan adam onun quruluşunun "qaranlıq" istiqamətini tanımışdır: Oğlaq xoşgörüşü olmayan biridir. Özünə qarşı çıxılmasına heç dözə bilməz. Onun zəka və məntiqinə xitab etmək daha ağıllı bir işdir. Əgər Oğlaq gülümsədisə, artıq təhlükəli deyil.

O vərdişlərin insanıdır və özünü ən çox qət etdiyi yolda yaxşı hiss edər. Cəmiyyətdə nəzakətli və xoşsöhbət biri olaraq tanınır. Özünü dərhal önə atmır. Ona yaxınlaşmaq asan deyil, ancaq onu bir yoldaş olaraq qazandınızsa, Zodiakdakı bütün bürclər arasında daha etibarlı birini tapa bilməzsiniz.

Oğlaq səbirli və çalışqan biridir. Sərhədi olmayan bir ehtirası vardır. Təyin etdiyi məqsədlərə çatmaqda göstərdiyi səbir əsla tükənməz: Qərar verdiyi hər şeyi əvvəldən düşünər, analiz edər və ölçüb-biçər. Çatdıqlarıyla uzun müddət xoşbəxt ola bilməz. Daha çox və daha yuxarı dırmaşmaq istər. Fikir zənginliyi, təşəbbüskarlığı və fövqəladə qabiliyyətləri sayəsində bir sənaye imperatoru ola bilər. Cazibəsi ilə deyil, əsərləriylə müvəffəqiyyətli olar.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Nahid-19

10 İyul 2013 02:20

Həə buda mənim bürcüm..
Yazılanlarla dimək olarki razıyam ama səbr məsələsində bircə onu deyə bilərəmki səbirsizəm..

Sizə nifrətini göstərib, əslində dəli kimi sevə bilər....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

PeTTy

10 İyul 2013 01:52

Menim bürcüm deyil,etrafımda da bu bürcden olanlar çox deyil.

Nina Guney

24 Avqust 2012 22:05

oxudum ama menim burcum deyil....
--------------------
Olmursa olmur...Vardır Allah'ın bir
bildiyi. Üsyan etmə, sonradan anlayarsan sənin üçün edilən yaxşıliğı.'
- Hz. Muhammed (s.a.s.)

Lunchi_Pulchi

25 İyun 2010 02:07

Sizə nifrətini göstərib, əslində dəli kimi sevə bilər.
Oğlağın iki xüsusiyyət yaxşı təriflənir: səbir və məntiqsizliyə qarşı həssaslıq
Oğlağın parolu əzmdir. Təməl sözü isə "Mən təşkil edirəm."
tam mənəm də

brabus9595

25 İyun 2010 01:30

90% duzdu deyerdim

MeloMan

25 İyun 2010 01:14

Əksər fikirlər mənim xasiyyətimlə uyğunluq təçkil edir. winked



No Music, No Life! music

Lunchi_Pulchi

24 İyun 2010 21:54

oğlağam amma oxuyammadım,çıxmalıyam .gəlib oxuyacam

Vanessa

24 İyun 2010 19:42

Oğlaq səbirli və çalışqan biridir. Sərhədi olmayan bir ehtirası vardır. Təyin etdiyi məqsədlərə çatmaqda göstərdiyi səbir əsla tükənməz: Qərar verdiyi hər şeyi əvvəldən düşünər,

Ayy nece duz deyir ee)))Biraz oyleyim)

PRAQMATIK

24 İyun 2010 19:30

Oğlaq Bürcü

bye
Təyin etdiyi məqsədlərə çatmaqda göstərdiyi səbir əsla tükənməz:

Nagil

24 İyun 2010 19:23

Əgər Oğlaq gülümsədisə, artıq təhlükəli deyil.amma men gulumsedimse tehlukelidir baxir kime qarsi.
Cazibəsi ilə deyil, əsərləriylə müvəffəqiyyətli olar.buda duzdur
ne yazilmisdisa demek olarki hamisi mene aid idi.tam tamina uygun geldi

LARACROFT

24 İyun 2010 18:24

Mənim bürcüm deyil amma mənə lazm olan bürcdür.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Vamp

24 İyun 2010 17:12

Sitat: star_girl12
mənim bürcümdü))

Sənin bürcün niyə olurki?))))Ad günün 1 iyul deyildi?
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

LaLa

24 İyun 2010 16:41

mənim bürcümdü)) love

denizim

24 İyun 2010 16:30

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

ChocoLatte

24 İyun 2010 16:15

Menim burcum artiq kecib... love

HellsAngeL

24 İyun 2010 16:15

ayy ayy heç mənim bürcümlə uyğun gəlmiree.. bu bürcdən olanlarla heç yola gedə bilmirəm nəsə..

mulatkaa

24 İyun 2010 16:10

menimde deyil

True_Love

24 İyun 2010 16:08

Menim burcum deyil:)))