Loading...
Daş-qaş

Daş-qaş

Loading...
Daş-qaş

Son illərdə bəzək daşları çox məşhurdur. İstər ametist, sitrin, opal kimi yarı qiymətli daşları bijüteriya olaraq istifadə edirik. Hatta bəziləri bu daşları daşıyaraq mənfi enerjini müsbətə çevirdiklərini düşünür. Ruhi çətinliklərə və bəzi psixoloji problemlərə qarşı müdafiə edənləri də var. Daşların gücünü sizin üçün araşdırdıq.

İşıq və kristal

Təbii kristal işığı qırma xüsusiyyətinə malikdir. Xüsusilə günəşli günlərdə otağın içində rəngarəng işıqların rəqs etməsini təmin edərək sizə vizual bir mərasim yaşada bilər. Təbii kristalın mənfi enerjini yığdığına da inananlar var.

Ametist, kvars, kristal və opal... Hamısı bir-birindən gözəl bu daşlar, gecə və gündüz istifadə edilə bilən və az qala hər paltarı tamamlayan mükəmməl bir aksesuardır. Bəzək daşları olaraq adlandırılan yarı qiymətli daşların istifadəsi gün keçdikcə yayılır. Hətta, bu daşları yalnız özümüz üçün deyil evimiz üçün də bir aksesuar olaraq istifadə etmək mümkündür. Çünki bazarda bəzək daşları satan dükanlarda dekorasiya məqsədiylə istifadə edilə biləcək müxtəlif yarı qiymətli daşlardan edilmiş bir çox əşyalar var. Kiçik masa saatları, bəzək-düzəklər, şamlıqlar bunlardan yalnız bir neçəsidir.

Yarı qiymətli daşlar və kristallar üzrə təhsil almış bəzi mütəxəssislər daşların ruh sağlamlığımıza müsbət istiqamətdə təsir edən xüsusiyyətlərinin olduğunu söyləyirlər. Köhnə çağlarda tibbdə istifadə edilən yarı qiymətli daşların sağlamlıq üzərindəki təsiri, elmi araşdırmalara belə mövzu olmuşdur. Bu mövzuyla maraqlanan mütəxəssislərdən məlumat aldıq.

Bəzək daşları təbiətdə olan karbon, alüminium, silisium, kalsium və maqnezium kimi elementlər tərəfindən yaradılır. Təbiətdə müxtəlif fiziki və kimyəvi şərtlər altında xüsusilə böyük təzyiqlə meydana gəlir. Bəzək daşlarının qiymətləndirilməsində, gözəllik, nadirlik və dayanıqlılıq kimi xüsusiyyətlər var.

Bədəndə və ruhda tarazlıq təmin etdiyinə inanılan daşların istifadə şəkli də çox müxtəlifdir. Ən məşhuru isə bunları bir bəzək əşyası kimi işləyərək bədəndə daşımaqdır. Hətta, Hindistanda bəzi daşların yaxşılaşdırıcı gücü olduğuna inanırlar və bu məqsədlə bu daşlar çox incə hala gələnə qədər üyüdüldükdən sonra "bhasma" kimi içilərmiş. Daşlardan topazın cəsarət verdiyinə, safirin həyat enerjisini artırdığına əmin ola bilərsiniz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

LaLa

24 İyun 2010 16:10

cox sagol maraqli melumata gore

MR.QARRI

23 İyun 2010 16:50

hmmmm maraqlı idi...

Sevka_(JoY)

21 İyun 2010 16:39

Düzü, yoxlamamışam. Amma öz bürcümün- xərçəngin daşını axtarıram
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

VaMPirka

21 İyun 2010 13:59

tsk xeber ucun

Joy.az_super

21 İyun 2010 13:33

Təşəkkür

mulatkaa

21 İyun 2010 13:20

hmmm maraqlidir

___DiMaggio

21 İyun 2010 11:54

Mene de platin düshür. Platin saat taxanda kefim yaxshi olur, ishim de ele bil düz getirir (herchend ki, bele sheylere inanmiram).

Elif_87

21 İyun 2010 09:49

Sitat: MooN_NiGHT
cox sagol maraqli melumata gore

Special

21 İyun 2010 09:13

Mənə briliant və platin düşür ağ qızıl yaxşı düşür
tongue

Dandoline

21 İyun 2010 09:01

Heç vaxt hansısa daşın mənə nətərsə təsir elədiyi barədə düşünməmişdim..

LARACROFT

20 İyun 2010 23:55

Sitat: angelita
xebere gore sagol

--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Alone_for_ever

20 İyun 2010 23:42

Maraqli xeberdi.Teshekkurler

XeTaI

20 İyun 2010 21:50

Bircə uzaqdan gəlib sizə dəyməsin, digər hallarda yaxşı təsiri olar

İrmak

20 İyun 2010 21:48

tesiri var imiw ))
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

ChocoLatte

20 İyun 2010 18:40

Tesekkurler xebere gore.Umumiyyetle das qasli seyler sevmirem hem sit olurlar yeni abartili hemde bilmirem sevmirem...

Lunchi_Pulchi

20 İyun 2010 18:34

Sitat: ... AZE ...
xeber yazanda caliwin bir az qisa olsunda..... yoxsa xeberi oxumaga axot qalmir (((((

razıyam.
daşlar haqqında xəbər hazırlıyacam.yəqin sitrin və qranite aid olacaq.daşların müsbət nəticələri olduğuna inanıram

Nagil

20 İyun 2010 18:28

maraqliydi amma das qasa meyilli deyilem birce briliyyantdan basqa tongue

LaLa

20 İyun 2010 17:53

maraglidi....twk))

Miss_Zaqadka

20 İyun 2010 17:36

menim brilliantdan xosum gelir... tongue

Matilla

20 İyun 2010 17:35

cox sagol maraqli melumata gore

ESTRELLA

20 İyun 2010 17:24

Ametist menim burcumun qawidir,cooox howlayiram o qawi.o haqda melumatim variydi,twkler yene de maraqli idi

Chudesa

20 İyun 2010 17:20

cox sag ol melumata gore

DJ_JaNiK

20 İyun 2010 17:04

maraglidi...twk)) britney))

... AZE ...

20 İyun 2010 17:03

xeber yazanda caliwin bir az qisa olsunda..... yoxsa xeberi oxumaga axot qalmir (((((
--------------------
БУДЬТЕ РЕАЛИСТАМИ - ТРЕБУЙТЕ НЕВОЗМОЖНОГО!!! ЧЕ ГЕВАРА

Dior Cherie

20 İyun 2010 17:02

hmm twkler