Loading...
Qısqanclıq

Qısqanclıq

Loading...
Qısqanclıq (Hazırlıyıram)

Qısqanclıq sevilən adamın və ya obyektin paylaşılmamasıdır. Hər insanın təbiətində olan bu duyğu digər bir çox hisslərimiz kimi təbiidir. Ancaq qısqanclıq zərər verə bilərsə, dözülməz və zəhlətökən bir hala çevrilir.
İnsanların qısqanclıq duyğusunu tabe edə bilmələri çox əhəmiyyətlidir. Qısqanclıq idarə altında olmayanda ünsiyyətdə problemlər, qarşıdurmalar başlayır. Qarşıdurma həll edilmədiyi təqdirdə problemə çevrilir.

Qısqanclıq (Hazırlıyıram)

Bir çox insan qısqanclığın bağlılığın bir göstəricisi olduğunu hesab edir. Qısqanclıq yoxdursa, bunun qarşımızdakının bizi sevmədiyi mənasını verdiyini düşünən insanlar az deyil. Kimə görəsə, qısqanclıq sahib olmağa və nəzarət etmək istəyindən qaynaqlanır. Məsələn, ABŞ-da dərc olunan Psychology Today jurnalının oxucuları arasında edilən bir araşdırmada sıx qısqanclıq duyğusunun, ümumiyyətlə əlaqəni itirməkdən qorxmaqdan yarandığını söyləmişlər. Qısqanclıq duyğusu rəqibin müəyyən xüsusiyyətlərinə qibtə edilməsiylə arta bilər, çünki onsuz da dilədiyimiz amma sahib olmadığımız xüsusiyyətlərə sahib kəsləri qısqanma ehtimalımız daha çoxdur. Araşdırmada, qadınların rəqiblərində ən çox qibtə etdikləri xüsusiyyətlərin cazibədarlıq və məşhurluq, kişilərinsə zənginlik və şöhrət olduğu qeyd olunmuşdur. Bəzi insanların başqalarına görə daha qısqanc olduğu deyilir.

Qısqanclıq (Hazırlıyıram)

Bu araşdırmada da, özləri haqqındakı mühakimələri müsbət olmayan insanların əlaqələrdə qısqanclığı daha sıx yaşadıqları ortaya çıxmışdır. Bir başqa məlumat isə, zənginlik, məşhurluq və xarici görünüşün cazibədarlığına daha çox əhəmiyyət verən insanların, qısqanclığı daha sıx yaşadıqlarını bildirir.
Qadınlar və kişilər, qısqanclıq mövzusunda bir-birlərindən fərqli reaksiyalar verə bilərlərmi? Bir araşdırmaya görə qadınlarla kişilər arsında bu baxımdan da fərqliliklər var. Məsələn, ümumi baxımdan qadınların qısqanclıq duyğularını daha asan qəbul etdikləri, kişilərinsə daha çox inkar etdikləri məlum olmuşdur. Qadınların ən çox yoldaşlarının başqa bir qadına aşiq olmasını, kişilərinsə, ən çox yoldaşlarının başqa biriylə cinsi əlaqə yaşamasını qısqandıqları bildirilir.

Qısqanclıq (Hazırlıyıram)

Bir başqa fərqliliksə, belə vəziyyətlərdə qadınların daha çox özlərini, kişilərinsə, üçüncü adamı və yoldaşlarını günahlandırdıqlarıdır. Psylochology Today jurnalının araşdırmasında qadınlarla kişilərin davranış və duyğuları baxımından fərqli olmadıqları, ancaq qadınların yoldaşlarının əşyalarını qarışdırmaq ya da suallar soruşmaq kimi davranışları kişilərdən daha çox etdikləri deyilmişdir. Qısqanclıq, bir əlaqənin inkişafına zərər verə biləcək, narahat edici bir duyğudur. Həm kişilər həm də qadınlar üçün qısqanclıq, qayğı, depressiya, hirslilik və yoldaşı tərəfindən cazibədar görünməmək, dəyərsizlik kimi duyğu və düşüncələrlə tamamlanır.

P.S: Qısqancsınızmı?
Sevgidə mütləq qısqanclıq olmalıdır?
Sizi ən çox kim qısqanır?
Sizi çox qısqanan insanı necə sakitləşdirirsiniz?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

LaLa

24 İyun 2010 18:03

smile

sadosh

21 İyun 2010 02:04

Qısqanclıq ən saf və təmiz hisslərin qənimidir.”Qısqanclığın yaş həddi, cins fərqi olmur.Bu hiss insanda sevdiyi insanı itirmək təhlükəsi qarşısında yaranır.
Qısqanclıq bu və ya digər insanın fərqli xüsusiyyətlərinə yönəlmiş paxıllıq hisslərindən fərqlənir”.
Elbətdə ki, əsl məhəbbətin göstəricisidir.
Lakin qısqanclıq həmçinin eqoizmin də bariz göstəricisidir.
Sevgilimizi qısqanmaq da olar, onun üçün darıxmaq da – insanı qul etmək mümkün deyil.
Tarix göstərir ki, zor, güc həmişə faciə ilə bitir.
Belə ki, sevin, qısqanın, küsüb-barışın, lakin yaxşı olar kı, hisslərini nəzarətdə xaslayasınız,
ani düşüncələrə uymayasınız, qısqanclığın gözü, deyirlər, kor olur. Qəlbinizdə birdən,
səbəbsiz yaranmış qısqanclıq hissini isə açıq və saf hisslərlə üstələyin
Nəticəsi – sevgi ilə dolu həyat olacaq.

Qreqor Zamza

14 İyun 2010 12:57

Sitat: Britney Spears
bir nəfər təsdiq eliyə bilər məncə..

Kim?)) love
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

Nahid-19

14 İyun 2010 12:55

Eeeeee o qədər qısqananım varki....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

(Bakinech)

14 İyun 2010 11:15

Chat elemeyin:)))))

Deviant

14 İyun 2010 11:14

Sitat: Paris
Əslində haqlısan) məndə bu barədə mübarizə aparıram görəkdə nə olur

fellow

Paris

14 İyun 2010 11:13

Sitat: Deviant
Çünki, dərindən fikirləşdikdə görəcəksən ki həqiqətən də mənasız bir şeydir =)

Əslində haqlısan) məndə bu barədə mübarizə aparıram görəkdə nə olur laughing

Deviant

14 İyun 2010 11:10

Sitat: Paris
Təəssüf niyə sənin qısqanclıq hissin avariya olub biz nə edək?


Mən o hissi məhv etmişəm =) Çünki, dərindən fikirləşdikdə görəcəksən ki həqiqətən də mənasız bir şeydir =)

Paris

14 İyun 2010 11:01

Sitat: Deviant
Çox təəssüf lol

Təəssüf niyə sənin qısqanclıq hissin avariya olub biz nə edək? lol

Deviant

14 İyun 2010 11:00

Sitat: Paris
Gördüyün kimi yoxdur aciq


Çox təəssüf lol

Paris

14 İyun 2010 10:57

Sitat: Deviant
Bu saytda qısqanclığa nifrət edən yoxdur? tongue

Gördüyün kimi yoxdur aciq

Deviant

14 İyun 2010 10:48

Bu saytda qısqanclığa nifrət edən yoxdur? tongue

Paris

14 İyun 2010 10:45

P.S: Qısqancsınızmı?
Sevgidə mütləq qısqanclıq olmalıdır?
Sizi ən çox kim qısqanır?
Sizi çox qısqanan insanı necə sakitləşdirirsiniz?


Çoooox qısqancam. Mən hətta ən yaxın insanlarımı belə qısqanıram. Hətta rəfiqəmi qısqanıram, indi təsəvvür edin sevgidə necəyəm laughing .
Bilirəm ki həddindən artıq qısqanclıq insana xeyir vermir. Amma xasiyyyətdi artıq nə etməli)

Sevginin duzu-istiotudur qısqanclıq tongue

Dandoline

14 İyun 2010 10:45

Sizi çox qısqanan insanı necə sakitləşdirirsiniz?

Sakitləşdirirəm???? Zəhmət çəkib güvənsin..Güvənmirsə də, gözümə görünməsin..

YERAZGIRL

13 İyun 2010 18:50

QISQANCAM DEHSET DERECEDE

erika_

13 İyun 2010 13:25

men cox qisqancam! winked ama sevgilim mendende qisqancdi

İrmak

13 İyun 2010 11:13

beli xesdelik ozde zererli
--------------------
Ancax senin qarshinda cokecek dizlerim.

Senseless_life

13 İyun 2010 10:08


Qısqancam. Tək sevgidə yox, ümumiyyətlə. Amma həmişə çalışmışam bunu biruzə verməyim. Bəzəndə olur ki özümdən aslı olmayaraq biruzə verirəm. Amma həddən artıq qısqanc deyiləm. Əslində bu bezdiricidir. Yəni özümü qarşımdakı insanın yerinə qoyuram, hər şeydən ifrat dərəcədə qısqanılmaq məni bezdirər. Yəqinki tək məndə yox hamıda belədir. Ona görədə çalışıram biruzə verməyim.

MR.QARRI

13 İyun 2010 09:51

nə qısqanmıram nə də hələki mənim üçün qısqanan yoxdu.....

Sevka_(JoY)

13 İyun 2010 02:56

Bunu qabaqcadan qeyd edimki, --Sevmirəm, Sevilib acı çəkdirmək çooooooooooooooox xoşuma gəlir !!
Qısqancsınızmı?
Bəli ... Daha doğrusu, dəhşət dərəcədə, Eqaist-ka !!
Amma, dinləməyi, başa düşməyi bacarıram !! BAĞIŞLAMIRAM !!

Sevgidə mütləq qısqanclıq olmalıdır?
Məncə hə ..
Çünki, Qısqanclıq ya güvənməməkdən, ya da SEVGİdən olur !!

Sizi ən çox kim qısqanır?
Kimi istəsəm o !! Vaxtilə, sevdiyim, amma indi .... nəisə..
Qısqandırmağı çox gözəl bacarıram. Amma Ağılla !!

Sizi çox qısqanan insanı necə sakitləşdirirsiniz?
Ağılla...
Nahaq yerə, mənə olduqca acıdil və həm də şirindil demirlər ki ! tongue

Deyəsən, bir nəfər məni qısqanır axııııııı ..
Amma çoox qürurludu ! Nəsə, xoşuma gəlir ee love
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Paradoxal_Despot

13 İyun 2010 02:01

Qısqancsınızmı?
Hami kimi ama mende çoxdu nedense

NellY

13 İyun 2010 01:37

1.P.S: Qısqancsınızmı?
2.Sevgidə mütləq qısqanclıq olmalıdır?
3.Sizi ən çox kim qısqanır?
4.Sizi çox qısqanan insanı necə sakitləşdirirsiniz?

1)Man ha...lap psixam ee..durdug yerde ele gic gic weyler gelirki aglima,o bir yere getdi galdi day olub dirilirem
2)*Mence elede 4ox olmamalidir,daverya olandan sonra*..bu cumleden ele xowum galir...ama manlik deyil tongue2
3)Oda duzdu dahwat gisgancdir..ama man axir vaxtlar lap limiti ke4miwem eee..yere giya sigmira...esli sayta galib elemesem bilin ki niwanlim ozun asib manim elimdem,40 saxliyiram
4)oyyy terbiyesiz sualdi bu!!! love dimicem ayib olar loveis


18 yawi tamam olmamiw uwaglar oxumasin!! lovejoy

Lunchi_Pulchi

13 İyun 2010 00:39

1.P.S: Qısqancsınızmı?
2.Sevgidə mütləq qısqanclıq olmalıdır?
3.Sizi ən çox kim qısqanır?
4.Sizi çox qısqanan insanı necə sakitləşdirirsiniz?

dəhşəəəəətttt.qısqanılası bir vəziyyət də olmasa qısqanıram onu.
məncə yox çox olmamalıdır.bezir insan.
ən çox sevgilim yox başqası qısqanır.
ən çox qısqanan o adamı heç vaxt sakitləşdirmirəm.çünki mənə maraqlı deyil

Estela

13 İyun 2010 00:35

Sitat: WoRKaHoLiC
deyim?? demirem ayibdi

Sitat: m.Hesenzade
Mən deyim ? )

lol

Lineva

13 İyun 2010 00:27

sadece dostlarimi ve ailemin uzvlerini qisqaniram.dehsetli derecede

m.Hesenzade

13 İyun 2010 00:18

Sitat: WoRKaHoLiC
deyim?? demirem ayibdi tongue


Mən deyim ? )
--------------------
Qara Kitabın Xoş Xatirələri...

WoRKaHoLiC

13 İyun 2010 00:18

Qısqancsınızmı?
dehset coooox...
Sevgidə mütləq qısqanclıq olmalıdır?
mence he..yoxsa maragi olmaz tongue
Sizi ən çox kim qısqanır?
meni?? "O"
Sizi çox qısqanan insanı necə sakitləşdirirsiniz?
deyim?? demirem ayibdi tongue

Vanessa

13 İyun 2010 00:17

Sitat: fabregas105
Bilmirem yaxsidi ya pis ama Sevgilim yoxdu))

Bele yaxwidi..)

fabregas105

13 İyun 2010 00:13

Bilmirem yaxsidi ya pis ama Sevgilim yoxdu)) winked

__lovely__

12 İyun 2010 23:34

mən sevdiyim hər kəsi hər kəsə qısqanıram... ailəm də buna daxil ola bilər, rəfiqələrim də, sevdiyim də...amma ən əsas da sevdiyim... xəstəlik kimi də baxmıram buna... sadəcə paylaşa bilmirəm... bu mənim xasiyyətimdi...