Loading...

Qadın psixologiyası
Maraqlı
- 28 May, 2010
- 8 852 Baxış
Loading...

Yəqin ki, kişilər heç zaman qadınları sonacan başa düşə bilməyəcəklər. Nə edək, biz belə yaranmışıq. Bir tərəfdən düşünürəm ki, bu haradasa yaxşıdır, çünki onlar haqqında hər şeyi bilsə idik, həyat maraqsız olardı. Lakin məni həmişə bir sual maraqlandırıb:
Niyə qadınlar çox vaxt «pis oğlanları» xoşlayır? «Pis oğlan» deyəndə kimləri nəzərdə tuturam? Özündən razı olub, qadınlarla yaxşı rəftar etməyi bacaran birilərini. Maraqlısı odur ki, nədənsə belə kişilər adətən qadınlardan onlara lazım olan qədər istifadə edir, sonra isə onlarla yollarını ayırırlar. Sonra da qadınlar deyir ki, kişilər pisdir. Əslində isə özləri kimin yaxşı, kimin isə pis olduğunu ayıra bilmirlər :).
Amma «yaxşı» bir kişi hansısa qadının sevgisini qazanmaq istəyir, əlindən gələni edirsə, qadın yenə də seçim qarşısında qaldıqda «pisi» seçir.
Əlbəttə ki, bunu hamıya və bütün hallara aid etmək olmaz, lakin mən birinci dəfə deyil ki, bunun şahidiyəm. Kişini onun kişi dostlarının yanında görmək lazımdır. Əgər kişi sizə gül hədiyyə edir, kompliment edirsə, sonra da gedib nəşəxor dotları ilə oturursa, bu yaxşıdırmı?
Bəs siz niyə bu tip kişiləri sevirsiniz, ay qadınlar? Pərdənin arxasını da görün, kor olmayın.
Bir də ki, heç vaxt deməyin ki, sizin üçün kişidə əsas onun iç aləmidir. 90% hallarda bu yalandır…
Bundan bir qədər vaxt keçdikdən sonra mən elə qənaətə gəldim ki:
«Qadınlar digər qadınların iç aləmini görür, kişilər isə kişilərin.»
Ümumiyyətlə, həyat çox qəlizdir:)
Westsider
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...