Loading...
Yüksək səslə gülən qızlar.

Yüksək səslə gülən qızlar.

Loading...
Yüksək səslə gülən qızlar.

Yüksək səslə gülən qızlar.

Bu günki mövzu isə yüksək səslə gülən qızlar olacaq. Mən bildiyimə görə heç bir oğlan yüksək səslə gülən qıza yaxşı baxmır. Baxmayaraq mən qızam, məndə pis baxıram və diksinirəm elə qızlardan. Xanıma kobuda hərəkət yaraşmadığı kimi yüksək səslə gülüşdə yaraşmır. Bu ilk öncə qızın ailədə aldığı tərbiyyədən aslıdır. Məsələn, mənə anam uşaq vaxtından deyirdi ki, yüksək səslə gülmə. O vaxtdan beynimə həkk etmişəm ki olmaz. Xanıma gülümsəmək daha çox yaraşır məncə. Səssiz amma dərin məna kəsb edən gülümsəmə. Bunlar ayrı-ayrı şeylərdi. Qızın mehriban səmimi olmağı vacibdir amma çərçivədən çıxmamaq şərtilə. Bəzən avtobusda gedirik və iki rəfiqə minir həmin avtobusa. Üstündən beş dəqiqə keçir və əcaib gülüşlər eşitməyə başlayır insan. O andaca adam az qalır avtobusu saxlasın və o qızları ordan sürükləyərək çıxartsın. Yəni həqiqətnmi belə insanlar, kənardan necə eybəəcər göründüklərini hiss etmir? Mənə sizin fikirləriniz maraqlıdır.

P.S. Heç belə bir hal ilə qarşılaşmısınız ki, avtobusa minirsiniz və orada qızlar elə gülüb ki, sizdə əsəbi olaraq onlara nəsə söyləmisiniz.
Belə rəfiqəniz olsa ona irad tutarsınız ya üzünüz gəlməz söz deməyə?
Bəz siz oğlanlar, təsəvvür edin bir qızla yenicə tanış olmusunuz və nəsə gülməli bir mövzu haqqında danışanda qız qəflətən yüksək səslə yülməyə başlayır, nə edərsiniz və ya nə söyləyərsiniz qıza?
Və ümumi olaraq belə qızlara münasibətiniz.
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

NellY

17 May 2010 02:14

gulleliyesende bu giz tayfasini............

J_LADY

15 May 2010 22:46

İctimai yerlərdə xoşlamıram,amma evdə bəzən olur,amma gülmək var ki qıza yaraşır,belə tanış da var,o qız bərkdən gülür və ona yaraşır,ətrafındakılar da o güləndə istər istəməz gülürlər,maraqlı gülür də))
Amma bəzən küçədə elə gülüblər ki,diskinmişəm)),insanda etika-estetika yaxşı şeydir.)
--------------------
* Try Not To Become a Man of Success,but a Man of Value!

* Əsl kişi xanıma kişiliyini xatırladan yox,xanıma xanımlığını unutdurmayandır!(i.c)

*Sevgi olan yerdə Qürur-Günəş olan yerdə Ay kimidir...(i.c)

Mənliyim Məndən Üstündür!!! (i.c)

Paris

15 May 2010 21:46

Sitat: PuNKa
qız ağzını elə açıb gülür ki az qala mədəsi görünür.

lol lol ay Punti bəsdi lol

kate

15 May 2010 19:59

laughing gerek gulende fikirlesesen ki kenardan nece gorsenirsen

WoRKaHoLiC

15 May 2010 17:52

hmm hec xosuma gelmir..nese dememek ucun ozumu guc belaydan saxliyiram.beledeki oglanlarda berk gulende pis gorunur,medeniyyetsizlikdi.. metroda cox rastlasiram bu hallarla... bu yaxinlarda metroda berkden danisib,gulub,hamini laga qoya 1-2 oglan vardin,axri dozmedim cixanda 2 kelme qesenq soz dedim..ozleri basa dusdu sehvlerin.ayibdiyeee..oglanlarin ele gulmeyi vabse biabirciliqdi...

Nagil

15 May 2010 14:55

BELE HALLAR OLANDA ISTER-ISTEMEZ NARAHAT OLURAM,ESEBLESIREM.REFIQEM YOXDA QRUP YOLDASIM VAR YUKSEK SESLE DANISAN,GULEN.MENI TANIYANLARDA BILIR KI,HER DEFE HEMIN QIZA YAVAS,ARADA NEFESDE AL DEYIREM.ISTER ACIGI GELSIN YA GELMESIN.MENDEN DEMEKDI.AMMA NE EDESENKI,XEYRI YOXDU.

__lovely__

15 May 2010 13:16

mənim çox zəhləm gedir elə qızlardan... qaldı ki, hələ oğlanlar...
mənim bir qrup yoldaşım vardı həmişə elə bərkdən gülürdü... guya qıraqdan baxanda qəşəng görsənirmiş kimi... heç oğlanlarımız saymırdılar onu...
qızda, qadında incəlik olmalıdır... yolda və ya avtobusda gedərkən özünü ağır aparmalıdır... mən şəxsən belə düşünürəm...

ChocoLatte

15 May 2010 13:15

BELE GIC KIMI GULMEK OLAR AVTOBUSDADA BELE QIZLAR OLSA ESEBLESEREM ONLARA GICLIKDI BUNU...

Elif_87

15 May 2010 12:43

Sitat: lollipop
bura gulmerem yazan qizlarin coxusu hetta hamisi lazim geldikde yuksek sesle gulur.

İndiyə kimi heç vaxt yüksək səslə gülməmişəm...Mən güləndə heç vaxt səsim çıxmır... Ona görə də gözümdən yaşlar axır...

Sitat: lollipop
kime gosteririy ozumuzu? men bir seyi basa duse bilmirem ki niye ozumuzu ele gostermeye calishiriq ki guya hamimiz meleyiy?

Heç vaxt özümü kimsəsə mələk kimi göstərmək barəsində düşünməmişəm... Buna ehtiyacımda yoxdur... Özümü sadəcə Allaha göstərə bilərəm ki, oda görür...
Onun sevəcəyi bir şəkilə düşmək üçün əlimdən gələni etməyə çalışıram... Kiminsə məni necə gördüyü maraqlı deyil...

Sitat: lollipop
cox maraglidi gulmey gelende icinizde gulursuz? udursunuz gulmeyinizi?

İnanmırsan bəlkə də, gülürəm amma heç vaxt səslə gülməmişəm...
Avtobusda gülmək tutsa udmağa çalışmışam...
Hər şeyin həddi var...

Kedicik_19

15 May 2010 12:29

Yuksek sesle gulmek qizlara yara$an xususiyet deyil,$itlikdi,ozlerini oglanlara gosteremek ucun bele edirler!Pis baxiram

YERAZGIRL

15 May 2010 12:26

MEN ISTEMEYEREKDEN HEMISE YUKSEK SESLE GULNMUSEM BU O DEMEK DEYOLKI ETRAFIMDAKI INSANLARI OZUME CELB ETMEK UCUNDU ICIMDEN ELE GELIR.GULMEK LAZIM OLAN YERDEDE GULUREM. mocking

lollipop

15 May 2010 12:25

"menim bele refiqem ola bilmez"
"hec vaxt yuksek sesle gulmemishem"
"aa nece yarashdirirlar bunu ozlerine"

guldurmeyin meni. hami yukses sesle gulur bu insandan asili deyil. sadece her sheyin yeri var. avtobusda dayanmadan minenden dushene qeder gulsek elbette ki duzgun cixmaz. ama cooox gulmeli nese olanda hami gulur yukses sesle. yerinde. gelin melek duzeltmeyey de ozumuzden. bura gulmerem yazan qizlarin coxusu hetta hamisi lazim geldikde yuksek sesle gulur. kime gosteririy ozumuzu? men bir seyi basa duse bilmirem ki niye ozumuzu ele gostermeye calishiriq ki guya hamimiz meleyiy? cox maraglidi gulmey gelende icinizde gulursuz? udursunuz gulmeyinizi?

Miss_Zaqadka

15 May 2010 11:50

bele edenler adeten ya mektebliler ya da mesgeleye geden qizlar olur gorurem tez-tez...guya bunlar serbest insanlardi da..ne istiyirler gedirler ..avtobusda rastlasiram gulmekleri bes elemir hele bir telefonlarinda mahni da qosurlar...onlar ozlerine diqqeti celb etmek isteyirler mence....basqa ne olabilerki???munasibetim neqativ..qiza bele hereketler yarasmir....

Paris

15 May 2010 10:11

Belə hallarla ən çox metroda rastlaşıram. Bir qrup qızlar dərsdən çıxırlar və guya sərbəst şəkildə özlərini aparırlar və yerli-yersiz gülməyə başlayırlar. Heç sevmirəm belə şeyləri. Baxmayaraq burda bəzən smaliklərimdə kobud gülüşlər olur)) amma həqiqətən heç vaxt bərkdən gülmürəm çünki evdə tərbiyyəmlə yaxşı məşğul olub anam. Uşaqlıqdan həmişə mənə anadan əlavə rəfiqədə olub anam. Nəyin pis nəyin yaxşı olduğunu həmişə deyib və hər dəfədə məsləhətlərindən kənar tutmur məni.
Ümumiyyətlə ictimai yerlərdə, nə yüksəkdən gülməyə yaxşı baxmıram nədə ki, yüksəkdən danışmağa. Hələ marşrutlarda mobil telefonla yüksəkdən danışanları demirəm)))

MR.QARRI

15 May 2010 09:59

Heç belə bir hal ilə qarşılaşmısınız ki, avtobusa minirsiniz və orada qızlar elə gülüb ki, sizdə əsəbi olaraq onlara nəsə söyləmisiniz.
Bəz siz oğlanlar, təsəvvür edin bir qızla yenicə tanış olmusunuz və nəsə gülməli bir mövzu haqqında danışanda qız qəflətən yüksək səslə yülməyə başlayır, nə edərsiniz və ya nə söyləyərsiniz qıza?
Və ümumi olaraq belə qızlara münasibətiniz.


söyməmişəm amma əsəbləşdiyim hallar olub.......deyərəm bir az yavaş gül nə də sadəcə durub üzünə baxaram.....belə qızlara münasibətim yoxdu

Elif_87

15 May 2010 09:39

Və ümumi olaraq belə qızlara münasibətiniz...
Münasibətim yaxşı deyil, hər şeyin bir həddi var...
Həddi aşanda heçnə xoş gəlməz...
Avtobusda belə şeylər olanda, onların yerinə mən utanıram amma onlar utanmırlar...

Tuvana

15 May 2010 03:35

Diqqəti öz üzərinə çəkmək üçün edirlər. Çəkə bilirlər e, amma bilmirlər ki, belə diqqət çəkməyin xeyri yox ziyanı var. Elə vaxt olur ki, bəzi yaşlı insanlar dilə gəlir. Elə cavab qaytarırlar ki, yaşlılar söz dediklərinə görə peşman olurlar. Ailə tərbiyəsi görməyən qızlardır.
Nəinki qızlar, oğlanlar da bərkdən güləndə çox da xoşuma gəlmir. Ətrafdakılar narahat olur axı.Sosial yerlərdə ətrafdakıları heç kimin narahat etmək hüququ yoxdur.
--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

Lineva

15 May 2010 00:39

elbetdeki cemiyyet icinde ozunu agir aparmalisan.umumiyyetle cox gulmeyden hec xosum gelmir.

fabregas105

15 May 2010 00:33

Gulmek gozeldi hem de omru uzadir.Amma neinki gulmek hetta ucadan danisanlar olanda da eseblesirem.Amma yene de hecne demirem)) smile

Nahid-19

15 May 2010 00:22

Belələrinə əsəbləşirəm....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

Shehzade

14 May 2010 23:51

mende qizlara hec yarasdirmiram. menim bele bir tanisim var idi. onun ozune deyirdim yolda ozunu bele aparsan yol getmeyecem. amma her sey aileden baslayir. bunu ailede oyretmek lazimdi.

Vanessa

14 May 2010 23:38

Sitat: LARACROFT
Qız yüksəkdən gülməyi yaraşdırmıram.

Ele mende....ozunu agir aparmalidi

MASTER-SAN

14 May 2010 23:29

P.S. Heç belə bir hal ilə qarşılaşmısınız ki, avtobusa minirsiniz və orada qızlar elə gülüb ki, sizdə əsəbi olaraq onlara nəsə söyləmisiniz.

he olub menim bawima gelib bele bir hadise ..Ozude esebi vaxtima duwub..MENDE DEMIWEM KI< QIZLAR BIRAZDA QAQQILDAYIN BIR AZDAN YUMURTA QO?YACAQSIZ

Belə rəfiqəniz olsa ona irad tutarsınız ya üzünüz gəlməz söz deməyə?

Bele bir dostum var . mende gulurem ele .Ammaki cemiyyet icnde yox .Cilgincasina guluruk .Hec kim gormur ..
Bəz siz oğlanlar, təsəvvür edin bir qızla yenicə tanış olmusunuz və nəsə gülməli bir mövzu haqqında danışanda qız qəflətən yüksək səslə yülməyə başlayır, nə edərsiniz və ya nə söyləyərsiniz qıza?
Və ümumi olaraq belə qızlara münasibətiniz.

NE bilim neyleyem .En azindan bawa salaramki bunu burda eledin bawqa yerde eleme ..
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Ruvi

14 May 2010 23:23

VAllah ele qizlardan zehlem gedir birdefe teyyarede Bakidan Naxcivana gedirdim bir qrup qiz da menim dalimda oturmuwdular deyesen ekskursiyaya gedirdiler ele ucadan gulurduler ki da esebden diwlerimi qicayirdim artiq tengeye geldim ustlerine ele qiwqirdim ki valla catana qeder cinqirilari cixmadi yenendede dedim qiz uwagisiniz ozununu bele aparsaniz evde qalarsiniz

LARACROFT

14 May 2010 23:22

P.S. Heç belə bir hal ilə qarşılaşmısınız ki, avtobusa minirsiniz və orada qızlar elə gülüb ki, sizdə əsəbi olaraq onlara nəsə söyləmisiniz.
Belə hallarnan rastla.mışam.Heçnə demirəm sadəcə tərs-tərs baxıram.
Belə rəfiqəniz olsa ona irad tutarsınız ya üzünüz gəlməz söz deməyə?
Mənim belə rəfiqəm ola bilməz.Rəfiqə seçəndə baxmaq lazımdır ki,kimi seçirsən.
Və ümumi olaraq belə qızlara münasibətiniz.
Şəxsən məndə belə xüsusiyyət qətiyyən yoxdur.Universitetdə belə özümü ağır aparıram.Bilirəmki universitətdə məni tanıyanlar və tanımayanlar xasiyyətimin nə dərəcədə ağır olduğunu görürlər və başa düşürlər.
Qız yüksəkdən gülməyi yaraşdırmıram.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

XeTaI

14 May 2010 23:02

ADətən belə yüksək səsli olanların çoxu məktəblilər olur, avtobusda çox qarşılaşıram, gülmək də olar amma həddində, yüksək səs qızlara heç yaraşmır) Şitlikdir də, bunu kim yaxşı qarşılayar ki.