Loading...
Ana

Ana

Loading...
Ana

Cənnət anaların ayaqlarının altındadır. Ona görə də ən uca məqamlarda çəkilir adı... Anaya “of!” belə demək günahdır. Haqqını ödəmək olmaz onun. Ömrünü həsr etdiyi övladlarına müqəddəs bir əmanətdir.Nə bəxtəvərdir anasını razı salan, xeyirduasını alan övladlar...
Hər kəsdən sonra yatar analar. Hər kəsdən əvvəl qalxar. Kibritini çəkib ocağını yandırar. Körpələrinə, evinin dirəyinə xidmət etməyə başlayar.
Səssizsədasız iş görər. Çaydan qaynayıb buxarı ətrafı bürüyən kimi dəmləyər məxməri çayını. Yağ, pendir, Allah verəndən nə varsa, düzər süfrəyə. Uşaqlar stəkanları cingildədən qaşıqların səsinə oyanarlar ancaq. Bəzilərinin yuxusu ağır olar. Anası yaxınlaşar çarpayısının yanına. Sevgi ilə öpər, qoxulayar ciyərparasını. Necə dillər tökər, necə sevər, necə oxsayar! Nəhayət, açılar mürgülü gözlər...
Gərgin bir gün başlayar indi də. İşıqlar yanar, sönər, əllərüzlər yuyular...
Bütün bu təlaşlara ancaq süfrə başında son qoyular.
Qurtumqurtum çay, dilimdilim qızarmış çörək, yağ, pendir, dadından doyula bilməyən çiyələk mürəbbəsi...
Səhər yeməyi bitər və hər kəs yola çıxar. İşə gedən kim, məktəbə gedən kim...
Hər birinin arxasından dualar oxuyaraq örtər qapını ana. Gözü axşama qədər yollarda qalar.
Evin səliqəsahmanı, bişdüşü onun çiynindədir. Elə isə çox gecikmək də olmaz. Hələ bir bu oğlana bax! Þalvarı bir tərəfdə, köynəyi bir yanda... Bəs bu qıza nə deyəsən?.. Riyaziyyat dəftəri evdə qalıb yenə... Müəllimi danlayacaq...
İndi də balacalar oyandı... Ən balacası, axşam qapının arasında qalıb əzilən barmağını göstərir. Görünür, ağrısı keçməyib hələ. Əyilib öpür ana sevgi ilə. Balacanın üzündə dəcəl bir təbəssüm: “Bir də” deyir. Yenə öpür ana. Bəs necə? Övladın ağrılarına şəfadır ananın öpüşü!..
Kədərli, həyəcanlı, min bir hissə qapılaraq yolunu itirən ürəklərə ən sakit bir limandir ana ürəyi...
Kədərinizə ortaq, dərdinizə çarədir ana...
Nə qədər böyüyürsünüzsə böyüyün, hansı peşənin sahibi olursunuzsa, olun, onun gözündə həmişə uşaqsınız.
Bezməz ana, usanmaz heç vaxt. Övladını sevməkdən, dua etməkdən, incisə də bağışlamaqdan, uzaqdasınızsa, yol gözləməkdən yorulmaz.
Bəli, belədir ana. İndi onu daha hansı sözlərlə təsvir edək, bilmirəm...
Hər hansı bir insan, hər hansı bir qadın qəlbinə sığmaz ana. Yalnız hiss edə bilərsiniz ananıza olan duyğularınızı. Əllə tuta bilməzsiniz. Gözlə görə bilməzsiniz.
Ona görə də cənnət ayaqlarının altındadır. Ona görə də ən uca məqamlarda çəkilir adı...
Anaya “of!” belə demək günahdır. Haqqını ödəmək olmaz onun. Ömrünü həsr etdiyi övladlarına müqəddəs bir əmanətdir...
Nə bəxtəvərdir anasını razı salan, xeyirduasını alan övladlar...
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sweet girl ...

24 İyun 2013 16:24

Anaların qədrini bilmək lazımdı...

ben ve sen

13 Aprel 2013 08:39

Tesekkurler

_LovelY_

11 Yanvar 2013 14:44

Nə qədər böyüyürsünüzsə böyüyün, hansı peşənin sahibi olursunuzsa, olun, onun gözündə həmişə uşaqsınız. heee)
--------------------


Don't make me sad, Don't make me cry..

A_K

2 Noyabr 2012 10:54

tesekkurler
--------------------
Bataryam bitince yeni telefon alıyorum ne öyle fakir gibi şarja mı takıcam . biggrin

hecne ebedi deyil

25 İyul 2012 15:23

MENDE COX ISTEMEK DUYGUSU YOXDU HERDEN ISTIYIREM HERDENDE YOX

flaqman

4 Avqust 2010 18:35

ALLAH butun analari qorusun!Amin! anami cooooooooox isteyirem atami da cooooooooox isteyirem qardaslarimi da hamisini coooooooooooox isteyirem.Allah onlari mene cox gormesin.AMIN!

Nahid-19

3 May 2010 17:57

No comment prosta suppaaaaa....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm

M_A_R_I_K

17 Sentyabr 2009 23:49

Werhe yeqin ehtiyac yoxdu yerivar
--------------------
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır.

Onunla tez – tez məsləhətləşmək lazımdır.!!!!

{---Eger istemirsense sirrini düşmenin bilsin, onda sirrini dostuna da deme.---}

camka

10 Yanvar 2009 22:33

Allah butun analari qorusun!!!

Roska

10 Yanvar 2009 17:02

twk sagol

DENTiS

9 Yanvar 2009 23:32

ALLAH bizi dunyaya gelerken 1 meleye tap$irir,o melek bizim ANAmizdir..!

Aze_girl

9 Yanvar 2009 20:45

Allah butun analara can sagligi versin.Amin!

EMBARGO

9 Yanvar 2009 20:03

Qurban Olum ALLAHıma heç bir ANAya övlad acısı çəkdirməsim
Bütün Anaların qarşısında baş əyirəm...
Analar müqəddəsdir,əvəzolunmazdır.
Allah bütün anaların Canın sağ eləsin Bizimdə Analarımızı onların içində AMİN
Çox Sağol 5+ monika-03

BAKINCI

9 Yanvar 2009 19:30

Sitat: DENTiS
ALLAH heckeSin ANASIN ve ANA QAYGISIN BiZLERE COX GORMESiN...

ALLAHTALA HER KESIN ANASININ, ATASININ CANINI SAG ELESUN BIZIMDE ANAMIZ, ATAMIZ ONLARIN ICHINDE AMIN!!!

ZDENKO

9 Yanvar 2009 18:46

Dünyada yegane müqeddes olan varliqdir-teşekkur.

DENTiS

9 Yanvar 2009 18:16

ALLAH heckeSin ANASIN ve ANA QAYGISIN BiZLERE COX GORMESiN...
Monika-T$K

Rufat

9 Yanvar 2009 18:02

Allax hech kesi ana, gaygisindan ana sevgisinden mehrum elemesin.Gozel movzuya gore tewekkurler.

+5 məndən aldın!!!
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Radiohead

9 Yanvar 2009 17:45

Bütün anaların qarşısında baş əyirəmm
--------------------
Tüpürün bu torpağa rədd olun gedin

Ben tanrı olsam, kadınların tecavüz edilişini izleyecek kadar zavallı olmazdım

Hırsızlık yapmayın çünki hükumet rekabetden hoşlanmaz

jasmin_rad

9 Yanvar 2009 17:42

[color=#CC33CC]burdakilari oxudum bir anliq isterdimki bizimde aile kas ele boyuk olardi, ama bizde ele deyil, anami balacasi da boyuyu de,agillisi da deliiside dalasani da barisani da pisi de yaxsisi da ele tekce menem, qurban olum anama[b][/b]

Milashka_SL

9 Yanvar 2009 17:35

Herden anam nese deyende onunla razilashmiram hetta ele olub ki ondan icimishem bele.Onda anam deyirki ne vaxt ana olarsan onda basha dushersen ki hech bir ana oz evladinin pisdiyini isdemir.Allax hech kesi ana, gaygisindan ana sevgisinden mehrum elemesin.Gozel movzuya gore tewekkurler.
--------------------

monika-03

9 Yanvar 2009 16:36

Sitat: NaNi
Tewekkur monika_01

02))))))))))
werhlere gore twk

TEXAS

9 Yanvar 2009 15:26

Tewekkur monika_01 5*

_PANDA_

9 Yanvar 2009 15:12

Ebes yere demeyiblerki Cennet ANALARIN AYAQLARI ALTINDADIR...

_REQANA_

9 Yanvar 2009 15:00

Kədərinizə ortaq, dərdinizə çarədir ana...

hmmm,düzdü.Her zaman anam mene göre narahatdir,deyir "ana" olarsan,onda meni başa düşersen...
Canim-gözüm teşekkürler.

Vamp

9 Yanvar 2009 14:34

Diqqət! Bu hissə sadəcə qeydiyyatlı istifadəçilər üçündür. Zəhmət olmasa qeydiyyatdan keçin və ya sayta öz hesabınızla daxil olun.

Bax bu həqiqətən belədir.Nənəm atama hələ də uşaq deyir))
Təşəkkür monka-03.
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

Kukuwka

9 Yanvar 2009 14:30

Ana dedim, ürəyimdə yanar odlar saçıldı,
Ana dedim, bir ürpəriş hasil oldu canımda.
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Kevin

9 Yanvar 2009 14:07

"Dünyada anam qədər ikinci gözəl qadın olsaydi, onada sitaiş edərdim! Qadınlara olan sevgim Anamdan başlayır! (Tural İ)"
--------------------
Моя девушка ведьма

NaNi

9 Yanvar 2009 14:02

ANAMA QURBAN OLARAM MEN

Tewekkur monika_01 smile