Loading...
Yel çərşənbəsi

Yel çərşənbəsi

Loading...

Əski etiqadlarda «qara nəhrdə» yatmş dörd cür külək Yer üzünə çıxaraq əvvəlcə özü təmizlənir, hər biri isə bir libasda özünü göstərir. Burada rənglərin mifik mənası var. Ağ yel - ağ libasda, qara yel - qara libasda, xəzri - göy libasda, gilavar - qırmızı libasda təsəvvür edilir. Yel çərşənbəsi günü yel bu dördlüyün məcmusundan ibarət hesab olunur və qısa müddətdə bütün dünyanı dolaşır.

Əski inamlarda yel ya özü Tanrıdır, ya da dünyanı idarə edən tərəfindən göndərilən qüdrətli bir antromorfdur. O, lazım olan insanları əzizləyir, onlara kömək edir, qəzəblənəndə isə adamları cəzalandırır. Quranda isə yelin Allah tərəfindən göndərildiyni, onun Allahın mərhəmət və cəza antromorfu olduğu qeyd edilir. İlaxır çərşənbələrin üçüncüsünün yellə bağlanması onun müqəddəs varlıq kimi tanınmasının çox erkən vaxtlardan xalq arasında mövcud olduğunu göstərir. Şifahi xalq yaradıcılığında yelin tanrılığı ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb.

Yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu yerinə yetirir. Yel baba (əksər hallarda əldən-ayaqdan düşmüş qarı sifətində peyda olur) qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirlətməyi tələb edir. Yel babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır.

Xalqımızın ən əski təsəvvürlərinə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar.

Ulularımız deyirlər ki, «Yel əsdirəni söyməzlər». Çünki onun arxasında tanrı durur. Yelə tupürsən öz üstünə qayıdar.

Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar.


Maraqlıdır ki, «Yel baba» ritual nəğməsində də can üstə olan gənc qız sanki son nəfəsində üzünü küləyə tutub, ölüm xəbərini anasına aparmağı xahiş eldir. Ola bilsin ki, ilkin inanışlarda Yel baba məhz dünyanın ayrı-ayrı elementləri arasında rabitə yaradan vasitə hesab edilirdi.

QIZLARIN KÜLƏYƏ ƏRƏ GETMƏK İSTƏYİ

«Azərbaycan folkloru» toplusunda yuxarıda deyilənlərlə səsləşən olduqca maraqlı bir faktla rastlaşırı: «Taxıl döyümü vaxtı boğanaq qalxarsa, qızlar: «Boğanaq gəlmə, sənə gedəcəyəm»-deyirlər».

Azərbaycan inancındakı qızların boğanağa ərə getmək istəyi və “Yel baba” mərasim nəğməsinin “Mənim ölüm xəbərim Anama desin yellər” misraları ilə Boreyin ölü qızları qaçırması arasında əlaqə göz qabağındadır. Lakin yunan miflərindən fərqli olaraq Azərbaycan inancında qızlar sağ ikən özləri könüllü surətdə sərt küləyə ərə gedəcəklərini və‘d edirlər, bununla da onun könlünü oxşayıb, arzusunun yerinə yetirilməsinə ümid yaradırlar və taxıl döyümündə şiddətli əsməsinin qarşısını alırlar. Başqa sözlə, nəğməni eşidəndən sonra Boğanağa – Boreyə qızların ölməyini gözləmək və oğurluq etmək lazım gəlmir, çünki taxıl döyülüb qurtaran kimi onları öz xoşları ilə qoynuna alıb istədiyi yerə apara biləcək.

Tədarüklər

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

Nəğmələr

A Yel Baba, gəl baba

A Yel Baba, gəl baba
Qurbanam sənə, gəl baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A yel baba, gəl baba
Qurbanam sənə, gəl baba.


Bayatılar

Qara yel əsdi keçdi,
Səbrimi kəsdi keçdi
Vətəndən gələn durna,
Yaman tələsdi keçdi.

Dağlardan əsən külək,
Yolumu kəsən külək
Yarı hara apardın,
Bəndədən kəsən külək


ATALAR DEYİB Kİ…

•Yel aparan yelinki,
Yerdə qalan mənimki.
•Yelə tüpürsən öz üstünə gələr.
•Yel qayadan nə aparar
•Yelnən gələn, selnən gedər,
Elnən gələn, külnən gedər.
•Yel aparsa, sənə nə qalar
•Yelə dedilər: - Əsmə!
Dedi - Kələyimi kəsmə.
•Yel üfürüb şişirtdiyini göyə qaldırar.
•Yelin zarafatı qovmaqla başlanır.
•Yelə verdiyin düşmənə qismət olar.
•Yelin işi elnən deyil, külnəndi.
•Yel olmasa, sel də olmaz.
•Yelə qoşulan çox uzuğa getməz.
•Yeldən aman diləməzlər.
* Yel havalanıb keçər.
* Yel əsməyincə yarpaq tərpənməz.
* Yel əsib qoz tökülüb.
* Külək kimi hərdən bir yana əsmə.
Küləklə yatanın cin atı olar


Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Sweet girl ...

26 İyun 2013 22:40

Təşəkkürlər!

İlkay

17 Avqust 2012 23:12

Tewekkurler normik!

DENTiS

12 Mart 2009 00:17

T$K-ler

ehtiyatli olun qizlar kuleye ere getmek iSteyir wink

EMBARGO

11 Mart 2009 10:31

Çox Sağol Kuku

Teymur

11 Mart 2009 10:28

Maraqli xeberdi
TWK
...Kukuwka...

aleandra

11 Mart 2009 00:19

bayeaminiz mubarek.
men her cerwembe guya fala baacaqdim,ama alinmir,inwallah gelen cerwenbeye qaldi.

_PANDA_

10 Mart 2009 23:02

Cherwenbeniz MUBUWDU!

J_LADY

10 Mart 2009 22:43

Kuku orta məktəbdə ibtidai sinif vaxtlarım yadıma düşdü...))
Təşəkkürlər!
Mən artıq şəkərbura və paxlavamı yemişəm,mama sağ olsun,mart girən kimi bişirir ))
Belədəki nə vaxt sifariş versək bişirir,bayram filan gözləmir ))
Amma 21-22-nin yerini vermire bu günlər...


Sitat: Kukuwka
mən o qədər hoppanıram bir sey cixmir Jasmin


İnanmayın,o da oğlanların nağıllarıdır! lol
--------------------
* Try Not To Become a Man of Success,but a Man of Value!

* Əsl kişi xanıma kişiliyini xatırladan yox,xanıma xanımlığını unutdurmayandır!(i.c)

*Sevgi olan yerdə Qürur-Günəş olan yerdə Ay kimidir...(i.c)

Mənliyim Məndən Üstündür!!! (i.c)

m.Hesenzade

10 Mart 2009 21:32

taxta yigdim :))))
--------------------
Qara Kitabın Xoş Xatirələri...

Rufat

10 Mart 2009 20:58

Sitat: jasmin_rad
Rufat,
zarafatindan qalmirsan da, balaw zarafat edirsen ciddi bawa duwulur))))eleme)))

Menim yasimi hami bilir ona gore hec kes ciddiye almir)))
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

deniz

10 Mart 2009 20:50

yel cersenbeniz mubarek.

Paris

10 Mart 2009 19:39

Sitat: Kukuwka
Hamının cərsənbəsi mübarək laughing 1 dənə cərsənbə qaldı o da kecsin isti günlər baslasın

Seninde KuKum kiss

jasmin_rad

10 Mart 2009 16:53

Sitat: Kukuwka
mən o qədər hoppanıram bir sey cixmir Jasmin

boybaji yaxsi ki dedin, eziyyet cekmeyim onda bow yere))
Sitat: Londra
Lazım olan yerə hoppanmırsınız

biyyy adminimiz bilir deyesen)))onda laizm olan yeri de da)))

Rufat,
zarafatindan qalmirsan da, balaw zarafat edirsen ciddi bawa duwulur))))eleme)))

Vamp

10 Mart 2009 14:37

Vaxt nə tez keçireee. winked
Sitat: Kukuwka
mən o qədər hoppanıram bir sey cixmir Jasmin

lol Can-can yəqin pis hoppanmısızdaaa lol Ürəklə hoppanmaq lazım idi:)
--------------------
Siz mənim hərəkətimi görə bilərsiniz, amma nə MƏQSƏD ilə etdiyimi yox...
Siz mənim sözümü eşidə bilərsiniz, amma nə MƏNA ilə deyildiyini yox...
Siz məni görə bilərsiniz, amma ÜRƏYİMİ yox...
MƏQSƏDİMİ, MƏNAMI, ÜRƏYİMİ bilmədən mənim haqqımda fikirlərinizi söyləməyin!!!

aide

10 Mart 2009 14:25

rose Cershenbeniz mubarek.

_constantine_

10 Mart 2009 14:05

Sitat: Rufat
Sitat: jasmin_radQuoteEBeginbu il tonqalin ustunden oppanacamki ere gedim))))QuoteEndQuoteEEndcolorstart:#CC33CC/colorstartTongalin yaninda dayanacam belke men terefe dusersen o deq evlenmek teklifi edecem))))

lol Allah xowbext elesin

Rufat

10 Mart 2009 12:20

Sitat: jasmin_rad
bu il tonqalin ustunden oppanacamki ere gedim))))

Tongalin yaninda dayanacam belke men terefe dusersen o deq evlenmek teklifi edecem)))) love
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Kamran

10 Mart 2009 12:16

Sitat: jasmin_rad
bu il tonqalin ustunden oppanacamki ere gedim))))


Sitat: Kukuwka

mən o qədər hoppanıram bir sey cixmir Jasmin


Uje deyesen ere getmek Qlobal problemlerden biridi)) lol

Kukuwka

10 Mart 2009 11:23

Hamının cərsənbəsi mübarək laughing 1 dənə cərsənbə qaldı o da kecsin isti günlər baslasın yahoo


Sitat: jasmin_rad
bu il tonqalin ustunden oppanacamki ere gedim))))


mən o qədər hoppanıram bir sey cixmir Jasmin biggrin

jasmin_rad

10 Mart 2009 11:21

bu il tonqalin ustunden oppanacamki ere gedim))))

Rufat

10 Mart 2009 11:03

Qara yel əsdi keçdi,
Səbrimi kəsdi keçdi
Vətəndən gələn durna,
Yaman tələsdi keçdi.

Dağlardan əsən külək,
Yolumu kəsən külək
Yarı hara apardın,
Bəndədən kəsən külək
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

panic at the disco

10 Mart 2009 10:48

haminin cersenbesi mubarek girl_ten