Loading...
Belə çıxır ki, hamımız haqlıyıq?

Belə çıxır ki, hamımız haqlıyıq?

Loading...
Belə çıxır ki, hamımız haqlıyıq?

Belə çıxır ki, hamımız haqlıyıq?

İnsan çox vaxt öz fikirlərini doğru olaraq hesab edir . Amma bu
nə dərəcə də doğrudur bilmirəm. Bəzən düşünürük haqlıyıq bəlkə bu yalnız bizim düşüncələrimizdir?
Axı qüsursuz və səhvsiz insan yoxdur. Və bütün insanlar haqlı ola bilməzlər axı. Əlbət hər kəs haqsız da, haqlı da ola bilər. Amma tam şəkildə hər zaman haqlı ola bilməz. Çünki hər bir insanın həyata və həyatda olan hər şeyə qarşı fikirləri müxtəlifdir. Burda müxtəlif düşüncələr kimi müxtəlif fikir mübadiləsidə ola bilər. Bizə haqlı olan şey bəlkədə başqa bir insana haqsız gələ bilər. İnsan xasiyyəti və düşüncələri o qədər cılızlaşıb ki, artıq hamı özünü bir-birindən üstün görür. Hal bu ki, insan səhv edə-edə həyatı dərk edir. Özümüzü hər zaman haqlı göstərməyə çalışırıq.
Və özümüzü elə aparırıq ki sanki öyrənməyə artıq heç bir şey qalmıyıb. İnsan hər gün, hər saat hətta hər dəqiqə belə düşüncələrinə yeni bir ideya gələ bilər və ya yeni bir məlumat əldə edə bilər.
Qarşımızdakı insan əgər həqiqətən də ağıllıdırsa biz ondan da ağıllı görünməyə çalışırıq ondan ağıllı olmadığız halda. Bir insan haqlıdırsa onun haqlı olduğunu qəbul edə bilmirik.
Daim özmüzü doğru çıxartmaq üçün müxtəlif üsullara can atırıq. Özümüzü doğru çıxarmaq üçün nə üçün haqlını haqsız vəziyyətə salırıq?

P.S. Sizcə bu doğrudur?
Haqsız olduğunuz halda nə üçün haqlı kimi çıxış edirsiniz?
Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Miss_Zaqadka

13 Aprel 2010 15:37

Haqsız olduğunuz halda nə üçün haqlı kimi çıxış edirsiniz?
Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?

Haqsiz oldugumu bildirmemk ucun bezen lazim olur..amma bezen..meni haqli olaraq haqsiz cixaranlar olub bil-bile ki ozleri yanlisdilar gozumun icine baxa-baxa meni haqsiz, sehv edibler..men ise vecime de almamisam cunki haqsiz adama xeyri yoxdur d ne qeder desen oz dediyinden donmeyeck..ona gore sadec bos vermisem gedib...

MR.QARRI

13 Aprel 2010 12:51

Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?


hə olub özü də dəfələrlə

Tuvana

13 Aprel 2010 02:16

Sizə maraqlı bir məlumat deyim və məncə, bu ən düzgün cavab olacaq. İnsanın ən çox işlətdiyi söz "mən", ən çox eşitmək istədiyi söz isə onun adıdır. Sizcə, özünə bu qədər aşiq olan bir varlıq özünün yox, başqasının haqlı olduğunu qəbul edə bilər?!


--------------------
========================
Azad Fikir, Azad Düşüncə, Azad İnsan
========================

Paris

12 Aprel 2010 23:47

Sitat: PuNKa
mən sənə demişdim axı gördüün)

Hə Punti sənin zövqün yaman imiş loveis

Sitat: Britney Spears
Özümü Avropada hiss edirəm Paris, Londra..)) winked

Yaxşıdırda pulsuz səyahət biggrin

Kedicik_19

12 Aprel 2010 22:22

Sitat: Rufat
Burda yazmaqladır ki? Hamı deyəcəkki haqsizlıq etmirəm. Mələklər buyursun bu xəbərə.

Buyurun melekler,Rufat sizi cagirir

Play_Boy

12 Aprel 2010 19:32

Men hemiwe haqliyammmmmmmmmm

Lineage

12 Aprel 2010 19:12

P.S. Sizcə bu doğrudur?
Haqsız olduğunuz halda nə üçün haqlı kimi çıxış edirsiniz?
Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?


Doğru deyil insan özünü görmür və buda ona haq qazandırır özü haqsız olsa belə. Bir çox insanlar var haqlı ola ola haqsızlıqla üzləşirlər və bununlada barışmaqa məcbur olurlar. İlk növbədə insanlarda ALLAH qorxusu olmalıdır və etdikləri haqsızlıqlar bir gün onlarında qarşısına cıxacaqından qorxmalıdırlar.

Bəzən haqsız olduğum anlarda olur həyatımda bir neçə dəfə başıma gəlib helə hadisələr və bunlardan nəticə çıxarmağa çalışmışam bu kimi halları təkrarlamamaqa çalışmışam qarşımdakı insanı təmkinlə dinləməyə başa düşməyə çalışıram özümə kənardan baxım vəziyyətdən nəticə çıxarmağa üstünlük verərdim nə inki özümü haqlı çıxartmaqdansa əgər haqsızamsa bunu qəbul etməliyəm.

Haqlı ola ola haqsız çıxarmağa çalışıblar bu əsasda insanın özündən aslıdır hər bir insana qarşı haqsızlıqlar olur təbiiki bir zamanlar səndə bu haqsızlıqı kimlərəsə etməyə və ya etmisən insan həyatında çox hadisələr olur bəzən özün bilmədən belə kimə qarşısa haqsızlıqlar edirsən. Çox vaxt haqsızlıqların şahidi tez tez oluram. Haqsızlıq edənlərdə bir insandır onlar bunu edəndə heç özlərini düşünmürlər cünki onları ALLAH görür və bu haqsızlıq bir gün onlara qarşıda ola biləcəyindən ehtiyatlanmalıdırlar.

Estela

12 Aprel 2010 18:15

Sitat: Paris
Nə yaxşı axır ki nikimi bəyənən oldu

mən sənə demişdim axı gördüün)

MASTER-SAN

12 Aprel 2010 16:55

Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?[/quote]
BELE WEY OLUB .ESGERLIKDE OLUB ORDA COX VAXT OLUR BELE WEYLER .MESELCUN . XIDMETDESEN YATMAMAISAN ZABIT GELIR DEYIR YATMISAN . DIYIRSEN CENAB KAPITAN YATMAMISAM . YOXE BOYNUVA QOYURKI YOX YATMISAN . BELE HADISELER CO XOLUR ESGERLIKDE . ADAM ESEBLEWIRE .DOZE BILMIREM BELE WEYE . eseb

QALDIKI HER INSAN OZUNE GORE DUZDU . HERENIN OZUNE GORE DUZLERI VAR .OLDURKI HAMINI BAWA DUSMEK LAZIMDI .HER INSANIN SEHVI OLUR . SEHVSIZ INSAN YOXDU . ELE INSAN VARKIS EHVI ILE BARIWMIR YADA SEHVINI GORMUR DEYENE .OZUNU HAQLI CIXARMAQ ISTEYIR .
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

Ruvi

12 Aprel 2010 16:05



Her bir inasn ozunun haqsiz oldugunu dusunmez Hemise haqli oldugunu dusuner. Qarsindaki insan haqli olsa bele sene serf etmeyen sozler dediyinde her bir insan calisir ki haqli olsada haqsiz cixsin Cunki hec bir insan ozunde duydugu haqliligi basqasinda gormez.

Aechka

12 Aprel 2010 16:04

Demeli bele....hec kes deye bilmezki men hec vaxt haqsiz olmamisham...her bir insan sehv ede biler ve haqsiz ola biler.Amma ele insanlar var ki, haqsiz olduqlarini bile bile yene neise subut etmek isteyirler..Haqsiz oldugunu anlayib,sehvini boynuna alan mudrik insandir menim zennimce.

-Jasmin-

12 Aprel 2010 16:00

Sitat: Paris
Nə yaxşı axır ki nikimi bəyənən oldu

paxıllıq edirlər dəəə... mocking lol

Suliko

12 Aprel 2010 15:59

Sitat: Paris
Məcbur idim

Hmmm...

Sitat: Paris
Amma sən mənim kim olduğumu yəgin bilirsəndə mən Yöyayam

loveis Bilməzmiyim...Yöyaş pivo

Sitat: Londra
O da vedma?Onda vedmalıqdan əsər əlamət yoxdur ey

V tixom omute çerti vodatsa Londra biggrin
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Paris

12 Aprel 2010 15:58

Sitat: Londra
O da vedma?

Mənim günümü görürsəndə recourse ( lol )

Sitat: Londra
Onda vedmalıqdan əsər əlamət yoxdur ey winked

give_ros loveis

Sitat: -Jasmin-
smile bele maraqlidi-Paris

Nə yaxşı axır ki nikimi bəyənən oldu winked

-Jasmin-

12 Aprel 2010 15:54

Sitat: Paris
Məcbur idim

smile bele maraqlidi-Paris

Paris

12 Aprel 2010 15:52

Sitat: Suliko
Sən nöş nikivi dəyişmisən vedma? recourse

Məcbur idim recourse
Amma sən mənim kim olduğumu yəgin bilirsəndə lol mən Yöyayam recourse

Suliko

12 Aprel 2010 15:46

Sən nöş nikivi dəyişmisən vedma? recourse
Mövzu əladır...suallarıva sonra cavab yazaram,indi fərli başdı fikirləşə bilmirəm recourse
--------------------
«Когда я праздновал свой гол в ворота «Атлетико», я поцеловал герб «Мадрида», чтобы продемонстрировать всем, что я - мадридист, и я умру за этот клуб. В каждом матче я умру за эту футболку!».

(Yanvar 1997) Raul Gonzalez Blanco



Dünyanın ən gəlmiş-keçmiş ağıllı hücumçusu - (fikir verin: ən sürətli, ən texnikalı və s. demədim) Raul Gonzalez Blanco!!!

Paris

12 Aprel 2010 15:46

Sitat: Britney Spears
Paris xanım majesteleri)) lol

Hə gülürəm. Gülməyim?lol

Xeyirdimi? sən mənim nikimə yaman sataşırsan ha))

-Jasmin-

12 Aprel 2010 15:45

P.S. Sizcə bu doğrudur?
Haqsız olduğunuz halda nə üçün haqlı kimi çıxış edirsiniz?
Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?

haqsız olduğumda susuram-özümü haqlı çıxarmağa çalışmıram
ama haqlı olduğumu ölsəm də sübut edirəm-sübut edəndən sonra da üzüm də təbəssüm yaranır-smile
smile

Paris

12 Aprel 2010 15:33

Sitat: Britney Spears
Demişəm ki hə elə sən deyəndi..Onsuz da o bir dünyada görüşəciyik..

lol nə bilirsən ki görüşəcəsən?bəlkə hərəniz fərqli məkana düşdünüz. Yəni biriniz cənnətə digəriniz cəhənnəmə.

Səndəndə sözlər çıxır ey Britney lol

LARACROFT

12 Aprel 2010 15:25

P.S. Sizcə bu doğrudur?
Haqsız olduğunuz halda nə üçün haqlı kimi çıxış edirsiniz?
Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?


Çox vaxt olubki,haqlı olmuşam.Vəziyyət elə bir hal alıbki,haqlı olduğum yerdə haqsız görünmüşəm.Əslində belə problemlər olanda böyük mübahisələr yaranıb.Bir dəfə yadımdadı öz müəlliməmlə aramda belə probleəm yaranmışdı.Mən haqlı olduğumu da çox yaxşı biliridm.Baxmayaraqki,müəlliməm məndən böyük idi və özü öz səhviin başa düşməliyidi,hələ onu anlayıb mənə də məsləhət verməli,başa salmalı idi amma bunu etmədi.Sözümdən dönən biir deyiləm.Sadəəc müəlliməm olduğunua və məndən böyük olduğuna görə kənara çəkildim və "Siz haqlısınz" dedim.Anama da bu məsələ haqqında danışmışdım.Mənə düz hərəkət etdiyimi dedi.Həm dinizmidə haqlı mübahisədən kənara çəkilmək,sən haqlısan deyib kənara çəkilmək xoş qarşılanır.Çünki mübahisəni yaradan şeytan olur və belə mübahisələr,insanların bir-biriylə mübahisə etməsinə sevinir.Məndə icazə vermədimki,şeytan öz qələbəsini çalsın.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Vaska1988

12 Aprel 2010 14:27

Bir kitabda belə bir fikir keçirdi - "Başarılı insanın başarıya ulaşma nedeni etdiyi yanlışlıklar ve o yanlışlıklarının farkına varıp onları düzeltmesidir." Burda ən vacib nöqtə "farkına vardıktan sonra düzeltmek"-dir. "Farkına varmak" ... demək olar ki, o kitabda ən çox bu söz üstündə durulmuşdu, hərşeyin başlanğıcı və sonu bu sözdə yatırdı. Buna çox gözəl bir misalı dostum vermişdi. Deməli, bir dəfə toyuq yumurtaları arasına qartal yumurtası düşür. Toyuq da o yumurtaların üstünə yatır. Müəyyən vaxt sonra yumurtalardan cücələr çıxır , həmçinin qartal da yumurtadan çıxır. Aylar keçir , bunlar baxçada ora-bura qaçarkən qartal yuxarıya baxır və görür ki, qartallar uçuşurlar. Qartalların havada uçduğu görən vaxt ürəyindən keçirdir ki, kaş mən də uça bilsəydim. Amma xəbəri yoxdu ki, əslində özü də uça bilir. Biz insanlarda çox mövzularda , çox yerlərdə beləyik... insanlara etdiyimiz hərəkətlərin fərqində deyilik. Halbuki , insanlara qarşı etdiyimiz hərəkətlər biz tərəfdən normal bir hal kimi görsənsə də onun təsiri qarşı tərəfdə fərqli halların ortaya çıxmasına səbəb ola bilir. Çox mövzularda haqsız insanlara söz demirik amma bir insanın haqlı çıxışını rahatlıqla müzakirə eləyib , o insanı çıxışından ötəri peşman eləyə bilirik. Burda bir yanlışlığın olduğu hər kəs tərəfindən qəbul elənir amma nəticə dəyişmir. Deməli , problemi qarşıda yox özümüzdə axtarmalıyıq.

Ronnie_7

12 Aprel 2010 13:54

Haqsız olduğunuz halda nə üçün haqlı kimi çıxış edirsiniz?
Məncə özünü sındırmamaq üçün)Yada ola bilər insan anlayışsızdı və haqsızdı, amma səhv başa düşüb özünü haqsız olduğunu düşünməyərək özünü haqsız etmir..

Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?
Olub..amma o haqsızlıq sonra ədalətini gördü)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

Elif_87

12 Aprel 2010 13:18


Haqsız olduğunuz halda nə üçün haqlı kimi çıxış edirsiniz?
Mən haqsız olduğumda heç səsimi də çıxartmıram, çünki haqsız olduğumu bilirəm haqsızkən üstə çıxmağa ehtiyac yoxdur...

Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?
Həə bu hal ilə çox rastlaşmışam amma sonra haqlı olduğumu sübut etmişəm...

Haqlı da olsam, haqsız da olsam mən kimləsə əsəbi halda mübahisə etməyi xoşlamıram... Sonra bir dəfə danışıram ki, buda mənə kifayət qədər gözəl nəticə veriri...
"Düz danışan bir dəfə danışar..."

Paris

12 Aprel 2010 12:36

Sitat: Rufat
Sən necə bilə bilərsənki heç vaxt haqsızlıq etməmisən?

Çünki bir insan əgər kiməsə şər atırsa və ya nahaq yerə təhqir edirsə və o anda təbii ki, insan haqsızlığa düşdüyünü görür. Mən kiməsə qarşı haqszılıq etmərəm yəni kiminsə xətrinə dəyə bilərəm sözümlə kobud bir söz deyə bilərəm. Haqsızlıq adətən əməllərdə olur. Əməllərimə fikir verəcək yaşdayam və məcburam ki etdiyim əmmələrimə fikir verim. Amma məsələn kimsə 1-ci yerə laiqdirsə və mən bunu bilə-bilə onu 3 çü yerə qoyuramsa bu haqsızlıqdır. Və ya məsələni dəqiq bilməmiş kiməsə hücum etmək buda haqsızlıqdır. Hər halda haqqı nahaqdan seçəcək bir yaşım var. Mən burda demirəm günahsizam ümumiyyətlə günahsız insan yoxdur. Səhvsizdə insan yoxdur. Mövzuda günahsız olmaqdan getmir söhbət bura konkret yazılır ki, haqlını haqsız kimi qələmə vermək və ya haqsız ola-ola haqlı kimi çıxış etmək.

Qısası, nə sənin nədə mənim yazmağımla deyil. Ayətəl-kürsidən iki cümlə yazıram o qədər. "ALLAHIN gözü yaratdıqlarının üstündədir. Onu nə mürgü tutar nədə yuxu."

Rufat

12 Aprel 2010 12:23

Sitat: Paris
Mələklər niyə?

Sən necə bilə bilərsənki heç vaxt haqsızlıq etməmisən? Bəlkə də sənin gözündə bu haqsızlıq olmayıb. Amma kənardan baxan görüb ki, sən haqsızsan. Bəlkə... Ona görə də əminliklə belə şərh yazmaq düzgün deyil.
Sitat: Paris
ALLAH şahitdir hər kəsin yazdığı şərhlərinə, əməllərinə hər şeyə büsbütün.

Əlbətdə.


Sitat: Paris
Deyən insan kimdən gizlədir?

Axı mələkdirlər. Öz pislərini necə desinlər.
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Paris

12 Aprel 2010 12:18

Sitat: Rufat
Mələklər buyursun bu xəbərə.

Mələklər niyə? ALLAH şahitdir hər kəsin yazdığı şərhlərinə, əməllərinə hər şeyə büsbütün. Bunu yazsaydın daha yaxşı olardı.

Sitat: Rufat
Hamı deyəcəkki haqsizlıq etmirəm.

Deyən insan kimdən gizlədir? hər halda insanlardan gizlədə bilər. Amma yalanın ömrü 40 gün deyiblər amma məncə ondad da az olmalıdır)) eləcə də haqsızlıq edənlər tezliklə haqsızlıqa özləridə düşür.

Rufat

12 Aprel 2010 12:15

Burda yazmaqladır ki? Hamı deyəcəkki haqsizlıq etmirəm. Mələklər buyursun bu xəbərə.
--------------------
100 sevgili əvəz edə bilməz 1 sevgini...

Paris

12 Aprel 2010 12:04

P.S. Sizcə bu doğrudur?
Haqsız olduğunuz halda nə üçün haqlı kimi çıxış edirsiniz?
Elə olub ki, siz haqlı ola-ola sizi haqsız çıxarıblar?



Əlbətdəki doğru deyil. Burda yazdığım kimi yaşasaydım gərək mən özümə çoxdan nifrət edərdim. Heç vaxt haqsız olduğum yerdə haqlı kimi çıxış etməmişəm etmərəmdə. İlk öncə ALLAH dan qorxuram. Yalnlz haqlı olduğum halda özümü qorumuşam. Oda indi elə səviyyəsiz xasiyyətə malik insanlar var ki onlara heçnə təsir eləmir.

Haqsız yerə çıxış etməmişəm çünki mənim haqsız yerə çıxıt etməyimlə deyil. Mən hamıya bütün insanlara özümü haqlı kimi göstərə bilərəm haqsız olduğum halda. Amma hamıdan gizlədə bilsəm də ALLAH bilir. Mən belə vicdansızlıq etmərəm. bu dünyanın o tərəfidə var özdə əsil haqq olan tərəfi. Sonra orda nə cavab verərəm. Qoy haqsızlıq edənlər etsin özlərini məhv edirlər. Təki məni bu dünyada haqlı ola-ola haqsız çıxarsınlar təki o dünya da ALLAH hüzurunda anlı açıq olum.


Olub. Elə bu saytda da olub. Haqlı olduğum yerdə məni haqsız çıxarıblar. Amma elə insanlara sözüm odur ki, haqlıya haqzıslıq etməklə deyil. Bir gün həyatda haqsızlıqla üzləşsə onda deməsin ki, görəsən mən nə etmişəm ki mənə haqsızlıq oldu və həyat mənə bu cür imtahana çəkdi. Onda dərhal haqlı insana haqsızlıq etdiyi yadına düşər. Bilər ki bir yetimin birdə məzlumun ahı yerdə qalmır. ALLAH hər kəsə laiq olduğu cəznı vaxtında verir.

Milagres

12 Aprel 2010 11:57

Mence ozunu saxlamisan,ve sakit gozle baxmalisan hediseye, men hec vaxt haqqli olani haqqsiz etmirem! sehvim vardada uzr istemeyide bacaririam! yox eger qarshimdaki sehvdise onda bashqa mesele sehvini ona catdiriram.. smile