Loading...
Həyata hazırlıqlı böyütmüsən  məni ana!

Həyata hazırlıqlı böyütmüsən məni ana!

Loading...
Həyata hazırlıqlı böyütmüsən məni ana!

Zaman keçir, hər gün bir yarpaq ağacdan düşür və hər gün daha bir damla həyatdan. Böyüyürəm ana.
Həyata hazırlıqlı böyütmüsən  məni ana!
Hər insanın içində bir qığılcim olur ha deyirsən ki hər şey çox gözəldi, bax mənim o qığılcımım kor oldu. Ana görürsən hər şey uşaqlıqdakı kimi yaxşı deyil. Yadındadır ana həmişə yalnız uşaq ikən ac olanda ağliyardım amma başqa vaxtlar həmişə gülərdim amma indi sadəcə ac olanda deyil tez-tez müxtəlif səbəblərə görə ağlamıram ana.

Bax gör illər necədə tez keçdi, hər şeyə baxmayaraq yenə də gülməyi bacarıram. Daha doğrusu sən mənə ağlamağı deyil gülməyi öyrətmisən ona görə. Mən necə də böymüşəm anacan.
Həyata hazırlıqlı böyütmüsən  məni ana!
Heç vaxt yanından ayrılmayan qızın, bax gör necə də, uzaqlara düşdüm səndən uzaqlara ana sənin isti nəfəsindən uzaqlara.

Elə bir çətinliyə düşmüşəm ki, sağa dönsəm of deyə bilməyəcəm sola dönsəm yenə də məni haqsız çıxaracaqlar. Addım belə atmağa çəkinirəmbu dünyada. Kömək et mənə əziz anam. Məni bu dünyanın haqsızlıqlarından, keşmə-keşli yollarından, pis niyyətli insanlarından qoru. Sənin nəvazişin olmasa mən nə edərəm?
Elə darıxmışam məni danlamağı üçün hər şeyin üçün darıxmışam gözümün nuru anam. Sənbin saçıvın bir teli mənim həyatımın işığıdır.
Həyata hazırlıqlı böyütmüsən  məni ana!

Düz başa düşdün anam. Mən keçmişim üçün darıxıram. Uşaqlıq illərim üçün darıxıram. Yenidən uşaq olmağı və yenidən sadəcə ac olanda ağlamağı istəyirəm. Və indiki illəri deyil uşaqlıq illərimi istəyirəm gözümün nuru anam.

Zamanı geri qaytara bilmərəm hə ana? Yada ki mən yenidən uşaq ola bilmərəm? Yəni hər şey belə asan ola bilərmi ana?

Bilirəm əziz anam sənin qızın yenə dərin xəyallara qərq olub, sadəcə özümü aldadıram elə deyilmi ana? Yaxşı bəz qəlbimi kim aldadacaq. Qəlbim o xəyallara elə çox inanır ki, görünür oda aldadılıb mənim kimi.
Həyata hazırlıqlı böyütmüsən  məni ana!
Əvvəllər hər günün hətta dəqiqələrimin belə hesabını aparırdım. İndi heç bilmirəm bu gün neçənci gündür. Axı bunun nə mənası var. Təqvimlərə belə küsdüm ana.

Yenə də ayaqdayam həyata dirənirəm. Bəlkədə bir işıq axtarıram. Və o işığı tapan kimi bəlkə bu sıxıntılardan qurtara bildim ana. Necə də güclü böyütmüsən məni anam gözəl anam.

Sən yenə də, məndən nigar qalma. Həyatla mübarizə aparacam. Hər an səninlə sənin gözəl və pis günlərində səninlə olacam gözümün nuru anam. Çünki bunları sən mənə öyrətmisən.
Həyata hazırlıqlı böyütmüsən  məni ana!
Yenədə buralar çox gözəldir, soyuq havaları nəzərdə tutmasam.
İnsanlar həmişəki kimi xoşbəxtdirlər, mən xaric.
Gündüzlər və gecələrdə çox gözəl görünür, tənhalığımı nəzərdə tutmasam.
Məni soruşursansa məndə yaxşıyam əziz anam əgər içimdəki alov nəzərdə tutmasam.


P.S. Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

Milaska89

23 İyul 2011 04:28

Məni soruşursansa məndə yaxşıyam əziz anam əgər içimdəki alov nəzərdə tutmasam. sad

Nagil

9 Aprel 2010 16:59

yox hec qayitmaq istemezdim cunki indiki vaxtlarim daha gozeldir

Elif_87

9 Aprel 2010 09:42


Çox gözəl xəbərdir...5+
Əllərinə və ürəyinə sağlıq...
Anam mənim bu həyatdakı hər şeyimdir, yaşama səbəbim, xoşbəxtliyim, sevincim....


Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?
Mən sadəcə 5 il bundan öncəki günlərimə qayıtmaq istəyərdim...
Həmdə gələn bütün xoş günlərimi qurban verməyə hazıram...
Sadəcə qayıdım...

Sevka_(JoY)

8 Aprel 2010 23:36

Addım belə atmağa çəkinirəm bu dünyada. Kömək et mənə əziz anam. Məni bu dünyanın haqsızlıqlarından, keşmə-keşli yollarından, pis niyyətli insanlarından qoru.


Anam mene birinci ALLAHdan, ikinci ozunden komek dilemeyi oyredib !!Olar da ana yox mama yazim, Daha dogrusu maaaaaam ..
Heqiqetende heyif deyil, Usaqliq ..Ele darixmisamki, mehle usaqlari ile futbol oynamaqcun..Eeeh, heyif deyil, yalanin, xeyanetin olmadigi bir DUNYA ?? Heyif deyil, uzuve yalandan gulmemek ? Heyif deyil, usaqiken eve ancaq yatmaq ucun geldiyimiz gunler..Heyif deyil ?? Kaaaaaas hec vaxt 18 yasim olmayaydi..Kaaas hec vaxt buraxdigim sehvleri buraxmazdim.. ve Kas ki, hec vaxt Kas ki demiyerdik !!

Tesekkur ROYA yaziya gore
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Miss_Zaqadka

8 Aprel 2010 23:32

P.S. Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?

Usaqliq illerime tebiiki qayitmaq istiyirem, qaygisiz problemsiz gunlerime qayitmaq isteyirem, hecneden dunyadan xebersiz yasadigim gunlere qayitmaq istiyirem..Usaq olmaq mesum olmaq istiyirem..Amma deyirlerki her 1 insanin icinde daima usaqligi yasyir mende de bu var hele de ozumu usaq hesab edirem amma usaqliq sehvlerimi 1daha etmek istemezdim...usaqliq heyatimizin en gozel maraqli dovrudur..

Ronnie_7

8 Aprel 2010 23:04

Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?
Hə özüdə necə)Heyif deyildi uşaqlıq)Heyif deyildi palçıqlar,baxçalar)


Həyata hazırlıqlı böyütmüsən məni ana!
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

LARACROFT

8 Aprel 2010 22:29

P.S. Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?

Əvvəlcə yazı üçün çox sağ ol Roya.Əla yazıdı.Məndə bu xəbərə oxşar bir xəbər hazırlamışam.
Nəysə.Çox bəyəndim.

Suala gəldikdə isə darıxıram ama çox yox.Çünki indiki günlərim çox maraqlı kecir.Hər şeyin öz zamanı,öz gözəlliyi var.Uşaqliq illəri isə gözəl bir xatirə kimi yaddaşımda qalıb.İndi isə xatirələrə bir az da xatirə qatmağa çalışıram.ŞÜKÜR ALLAHA ki alınır.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Pervane-Evropa

8 Aprel 2010 22:14

Heç vaxt yanından ayrılmayan qızın, bax gör necə də, uzaqlara düşdüm səndən uzaqlara ana sənin isti nəfəsindən uzaqlara.


Heeeeee, ushaqliqda adama her shey asan gelir. Men hemishe deyerdimki evleneceyim oqlani bele evize getirem ki, anamla bir yerde yashaya bilim
Indi men harda ANAM harda.....

Kedicik_19

8 Aprel 2010 21:36


P.S. Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?


Hec darixmamaq olar!hec bur derdin,fikrin olmur!ne edirsense u$qadir deyib kecirler!boyuyende ise bunun tam eksi olur!

Play_Boy

8 Aprel 2010 21:35

Sitat: __lovely__
hərdən darıxıram.... məsələn bu yazı ilə keçmişimə səyahət etdim... uşaqlığım kino lenti kimi gözümün önünden keçdi.... hər halda insanın yaşadığı hər anın öz dəyəri olur... amma yenə də uşaqlıq təmiz başqa şeydi... təmiz, saf, gözəl....

Maraglidi senin nece yawin var ki

__lovely__

8 Aprel 2010 21:33

hərdən darıxıram.... məsələn bu yazı ilə keçmişimə səyahət etdim... uşaqlığım kino lenti kimi gözümün önünden keçdi.... hər halda insanın yaşadığı hər anın öz dəyəri olur... amma yenə də uşaqlıq təmiz başqa şeydi... təmiz, saf, gözəl....

Ruvi

8 Aprel 2010 20:49

Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?
Cooooxxx cox darixiram.

Milagres

8 Aprel 2010 20:17

P.S. Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?
helbette ozde 4oxxxxxxxxxx(((( heyetde evcik oynamaqmiz,sadik ushaqlar exxx((( baby feel girl_ten

Qreqor Zamza

8 Aprel 2010 19:51

P.S. Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?
Darıxıram.Amma hər yaşın öz gözəlliyi var.)
Əla yazı idi.Çox sağol Röya.*5
--------------------
Bilirəm qəribədir...
Sevdiyin qadına ruhunu verəsən...
Həyatını qurban verəsən...
Uğrunda can verəsən..
Sonra "Çıx get" deyəsən...
A.K
Юнис Тарвердиев

EQZOTIKA

8 Aprel 2010 19:38

Yox qertiyyen uwaqligda sakit olmuwam cox sakit ozde ona gorede darixmiram.

_Ayka_19

8 Aprel 2010 19:21

super cox maraqlı bir hekayedir teşekkür edirem ellerine saglıq ROYA

MASTER-SAN

8 Aprel 2010 19:21

P.S. Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?

aha kim darixmaz oz usaqligi ucun . hayf deyil usaqliq . hecneden xeberin yoxdu . her wey ela . yimek yidin fetdine .amma boyudukce prablemler coxalir .
--------------------
Elə insanla DOSTLUQ eləki SƏN onun üçün ÖLMƏYİ fikirləşəndə , O SƏN -nin üçün coxdan ÖLMÜŞ olsun hi: : by : (Vasif .Abbasov )

SIZ niyə SEVMİRSIZ .... ????
Diyəsən xanim ürəyimə saplanmiş xəncəri gormədiz .. hi BY : ( Vasif .Abbasov)

SON ---11/02/2009 -- 26/06/2011 lovejoy --- bye

MR.QARRI

8 Aprel 2010 19:11

P.S. Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?


tez-tez düşünürəm uşqlıq illərimi və əlbəttdə qayitmaq istərdim xüsusiylə də 7-8 yaşlarıma mövzu supper 5+

Nahid-19

8 Aprel 2010 19:10

Əziz User-lər sizdə mənim kimi uşaqlıq illəriniz üçün heç darıxırsinizmı?
ooooo bes ne hec o iller ucun darixmamaq olaaaaaar..teshekkurler ROYA supper xeber ucun....!
--------------------
Sən həyat hekayəmdə yeganə cümləsənki nöqtə qoya bilmirəm