Loading...

Başa düşmək!
Maraqlı
- 22 Mart, 2010
- 2 760 Baxış
Loading...

"Satdıq İt Balaları" elanının dərhal altında kiçik bir uşağın başı göründü və uşaq dükan sahibinə soruşdu :
- "İt balalarını neçəyə satırsınız?"
Dükan sahibi cavab verdi:
- "30 dollarla 50 dollar arasında dəyişir qiymətləri" dedi.
- "Mənim 2 dollar 37 səndim var" dedi uşaq.
- "Bir baxa bilərəmmi balalara"
Dükan sahibi gülümsədikdən sonra bir fit çaldı və it daxmasından beş dənə bala çıxartdı. Balalardan biri arxadan gəlirdi. Kiçik uşaq getməkdə çətinlik çəkən şikəst balanı işarə edib soruşdu:
- "Buna nolub belə?"
Dükan sahibi onun xəstə olduğunu və hamı şikəst qalacağını açıqladı.
Kiçik uşaq həyəcanlanmışdı.
- "Mən bu balanı satın almaq istəyirəm."

Dükan sahibi dedi:
- "Xeyr o balanı satın almağın lazım deyil. Əgər həqiqətən istəyirsənsə o balanı sənə pulsuz verərəm"
Kiçik uşaq birdən əsəbiləşdi. Dükan sahibinin gözlərinin içinə dik dik baxaraq:
- "Onu mənə vermənizi istəmirəm. O da digər balalar qədər qiymətli və mən qiymətini tam olaraq ödəyəcəyəm. Əslində indi sizə 2 dollar 37 cent verəcəyəm və qalanını ayda 50 cent ödəyərək tamamlayacağam."
Dükan sahibi uşağı razı salmağa çalışdı:
- "Bu iti həqiqətən satın almaq istədiyini sanmıram. Bu bala heç bir zaman digər balalar kimi qaçıb, tullana bilməyəcək və səninlə oynaya bilməyəcək."
Bunun üzərinə kiçik uşaq əyildi, şalvarını suvadı və böyük bir metal parçasıyla dəstəklədiyi şikəst qıçını dükan sahibinə göstərib, şirin bir səslə dedi:
- "Mən də çox yaxşı qaça bilmirəm və bu balanın özünü çox yaxşı anlayacaq bir sahibə ehtiyacı var" dedi.
Loading...
OXŞAR XƏBƏRLƏR
Загрузка...