Loading...
Ən çox görülən yuxular və mənaları

Ən çox görülən yuxular və mənaları

Loading...

1. Düşmək ya da Boğulmaq

Bir çox insan yuxusunda bir dəfə olsun yüksəkdən düşdüyünü görmüşdür. Hətta bu yuxularla birgə "Yerə düşmək ölmək mənasını verir" kimi bir çox əfsanə yaranmışdır. Təbii ki bu məna heç də doğru deyil. Yuxumuzda yüksəkdən düşərkən ya yıxılarkən çox vaxt qorxuruq. Bəzən də suda batdığımızı və boğulmaqdan qorxduğumuzu görürük. Bu yuxunu görən adam real həyatda özünü etibarda hiss etməməkdədir ya da özünə dəstək verilmədiyini düşünməkdədir. Belə bir yuxu gördüyünüzdə vəziyyətinizə baxaraq problemin kökünün nə olduğunu düşünməyinizi təklif edirik. Problemlə qarşlışaşdığınız zaman bir də bu yuxunu görməzsiniz.

2. Çılpaq Olduğunu Görmək

Bu yuxuda çılpaq, qismən çılpaq olduğunuzu ya da uyğun olmayan geyimlər geydiyinizi (işə pijamalarınızla getmək kimi) görmüsünüz. Bəzən də siz geyinmiş formada ikən başqa birinin çılpaqlığına şahid olursunuz. Bu yuxularda adam utanc hiss etsə də qürur və azadlıq duyğuları əsaslıq təşkil edir. Bu yuxunu isə belə açıqlamaq olar; Gerçək həyatda özünüzü müdafiəsiz, çarəsiz hiss edirsiniz ya da çox sirrlərinizi açmaqdan peşman olmusunuz. Bu yuxu daha çox realda evlənmək üzrə olanlar tərəfindən görülməkdədir.

3. Çürük ya da Əskik Diş Görmək

Diş ilə əlaqədar yuxular tez-tez görülməkdədir və yuxuda çox vaxt adamın dişi çürük ya da əskik olur. Bəzən isə ağızınızı açdığınızda dişinizin yellənərək çıxdığına şahid olursunuz. Yaxşı, nə mənanı verər diş ilə əlaqədar yuxular? Əksəriyyətdə bu yuxu adamın realda cazibədar olmadığından qorxması mənasını verir. Daha dərin bir mənası isə adamın gerçək həyatda gücünü itirməsindən qorxduğudur.

4. Qovulduğunu Görmək

Yuxuda qovulduğunu görmək insana həqiqətən çox qorxunc bir hiss verir. Çox vaxt sizi qovan bir canavar ya da qorxuducu bir fiqur (heyvan, insan, vasitə, və s.) ola bilər. Bu yuxunun mənasnı isə gerçək həyatda birinin ya da bir şeyə görə özünüzü təhlükədə hiss etmənizdir. Təhlükənin əsasını tapmaq üçün edəcəyiniz ən yaxşı şey, sizi qovan şeyin gerçək həyatda nə olduğunu düşünmənizdir.

5. Öldüyünüzü ya da Sevdiyiniz Birinin Öldüyünü Görmək

Bir çox adam yuxusunda öldüyünü, xəstə ya da yaralı olduğunu görmüşdür. Hətta ölən, xəstələnən ya da yaralanan adam sevilən biri də ola bilər. Ölüm və yaralanma, gerçək həyatda inciməkdən qorxduğunuz mənasını verir. Həm də yuxu, sağlamlığınıza ya da sevdiyiniz adamın sağlamlığına diqqət etməyiniz lazım olduğunun bir xəbərdarlıqçısı da ola bilər.

6. İmtahandan kəsilmək

Bu yuxu həm şagirdlər, tələbələr, həm də uzun müddətdir məktəbə getməyənlər tərəfindən görülür. Yuxuda müxtəlif səbəblərdən ötəri kəsirilirsiniz. Bəzən imtahan otağını tapa bilmədiyiniz üçün imtahana gecikirsiniz, bəzən vaxt çatmadığı üçün sualları həll edə bilməzsiniz, bəzən də oxumadığınız ya da qələminiz olmadığı üçün sualları həll edə bilməzsiniz. Bu yuxunun mənası isə real həyatda hər hansı bir mövzuda test edilməkdən qorxmağınızdır. Bir şey üçün hazır olmadığınızı hiss edir ya da səhv bir şey edəcəyinizini düşünürsünüz.

7. Avtobusa ya təyyarəyə gecikmək

Bu tip yuxularda qatar, avtobus, təyyarə kimi nəqliyyat vasitələrinə çatmaq üçün tələsirsiniz, ancaq bir neçə saniyə fərqlə gecikmiş olursunuz. Bu yuxuda qorxmasanız da, əsəbləriniz pozulur. Eyni formada lazımlı bir hadisəyə, ya da iştirak etmək məcburiyyətində olduğunuz bir yerə çata bilmirsiniz. Bu yuxular həyatınızda əhəmiyyətli bir fürsəti qaçırdığınız mənasını verməkdədir və vacib bir qərar verməyiniz lazım olan zamanlarda görülür.

8. İtmək ya da tələyə düşmək

Yuxuda itdiyini görmək, real həyatda bir hadisəyə qarşı necə reaksiya veriləcəyinə qərar vermək lazım olduğu zaman reallaşır. Çox insanın gördüyü bu yuxuda adam meşə, şəhər küçələri, böyük bir bina ya da labirint tipi bir məkandan çıxmağa çalışır. Həm də bu formada inkişaf edən yuxuların sonunda adam  diri diri basdırıla bilər, tələyə düşə bilər ya da hər hansı bir səbəblə hərəkət edə bilməz. Bu yuxular real həyatda doğru qərarı verə bilməyəcək anda olduğunuz mənasını verməkdədir.

9. Xarab Elektron Alətlər

Bu yuxuda adam xarab bir aləti işlədə bilməz ya da istədiyi kimi istifadə edə bilməz. Bu yuxuların çoxunda xarab olan alət telefondur. Nömrə yığa bilməmək, əlaqə itirmək ya da səhv nömrə yığmaq kimi problemlər yaşanır. İnternet əlaqəsi kəsilə bilər ya da alətin özü xarab ola bilər. Bu yuxular reallıqla əlaqənizin itdiyinə və ağılınızın yalnız bir qisminin olması lazım olduğu kimi işlədiyinə dəlalətdir. Həm də bu yuxu real həyatda başqa bir insanla arasında yaxınlıq qurmaqda çətinlik çəkilən bir adam tərəfindən də görülə bilər.

10. Avtomobil Qəzaları

Bu tip yuxularda ümumiyyətlə idarədən çıxmış bir avtomobilin içində ya da ətrafındasınız. Ya əyləclər işləmir, ya sükan hakimiyyəti itirilmiş ola bilər ya da avtomobil uçuruma doğru gedə bilər. Qəza etmək üzrə olan vasitədə yolçu ya da sürücü ola bilərsiniz. Bu tip yuxular reaı həyatda maşın sürə bilənlər və ya bilməyənlər tərəfindən tez-tez görülür. Yuxunun mənası isə belədir; Real həyatda bir şey haqqında özünüzü gücsüz hiss edir ya da "ruhi bir qəzaya" doğru gedirsiniz.
Siz bu yuxulardan əsasən hansını görmüsünüz?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

PeTTy

28 Dekabr 2012 12:40

Men bunlardan heç birini görmemiwem.

U_Smile

28 İyun 2012 21:18

2 3 ve 6

gorduklerim bunlardir

Fatime

8 Mart 2010 14:55

Siz bu yuxulardan əsasən hansını görmüsünüz?

MEN HER GECE HARADANSA YIXILIRAM YUXUMDA. ANCAQ DEYIRLER ESEBDENDIR.

YERAZGIRL

4 Mart 2010 20:48

7ci ni cox tez tez gorirem cox sagolun xeere gote men bu yuxunun menasini axtarirdim

Dj.Samo

3 Mart 2010 18:09

Men umumiyyetle yuxu gormurem ve bu cox normaldir. Yatanda beynim tam dincelir..

Elif_87

3 Mart 2010 17:44

Sitat: GaGuLiK
məni də o sual narahat edir də...birdən ciddi bir problem olar e ((

lol Zamanla o da düzələr narahat olma...
Ciddi bir şey deyil...
Yuxudu da nə etmək olar ki, Megana get deyə bilmərsənki winked ...

GaGuLiK

3 Mart 2010 17:40

Sitat: Damla_87
Sizə nə olub belə...???

məni də o sual narahat edir də...birdən ciddi bir problem olar e ((

Elif_87

3 Mart 2010 10:02

Sitat: GaGuLiK
Mən yuxuda tez-tez MEGANI görürəm...bu nə deməkdi?

Sitat: LineageII
mən ancaq qızları yuxumda görürəm

lol Sizə nə olub belə...???

Vaska1988

3 Mart 2010 02:08

Bu yuxulardan bir tək sevdiklərimin ölümünü görmüşəm. Amma yuxunun həyatdak gerçəkliyi yuxudakı kimi olub. Bu hal 3 dəfə baş verib.Bunlardan əlavə olaraq fərqli yuxularda görürəm. Əvvəl ən çox gördüyüm yuxu bir anda əllərimi çırparaq havaya yüksəlməyim olurdu , onda qorxurdum ki, birdən aşağıya düşərəm ) Yuxuda sevdiyim insanlarlada çox danışığım olub. Ən çox ordan burdan danışardıq. Problemlərimizi bölüşərdik. Bir çoxu da realda gerçək olardı. Yuxuda adımın üstündən xətt çəkildiyinidə görmüşəm. Yuxuda fərqli diyarlara səyahət eləmişliyimdə olub ) səyahətə çıxmamışdan əvvəl sevdiklərimlə görüşüb , halallaşardım ) Çox adam bunu öləcəyimə işarət olduğunu deyərdi amma hələki yaşayıram ) Yuxuda meyvələri daddığımda olur. Özüdə meyvələri böyük iştahla yeyərdim, görməmiş kimi ) və s. və ilaxırlar ) Yuxularımı sevirəm ))

MeNDeN_YoXDuR

3 Mart 2010 02:06

2 ya 3dəq ani yuxuya getsəm belə nəsə tapıram görməyə)). Yuxuda ölməyimi, eləcə kiminsə ölməyini çox görmüşəm. Ən çox gördüyüm yuxular fantastik yuxular olur, no oyananda həmin dəq çox qorxuram, sonra adiləşir ama. Bir də səhərisi gün səbirsizliklə hazırlaşacağım yerə getmək falan kimi şey varsa o günün bəzi olacaqlarını 1 gün öncə yuxumda görürəm.
Yuxularımdan çox qorxuram, ona görə adətən gecə burda oluram)).

EHLIKEF

3 Mart 2010 02:00

Sitat: m.Hesenzade
Sən axı Dilqəm deyilsən )

Ayyy moladecşş DUz taptin sozu ona virirdim)))

m.Hesenzade

3 Mart 2010 01:46

Sitat: EHLIKEF
Men gorduyum yuxular terbiyesizdi)))


Sən axı Dilqəm deyilsən )
--------------------
Qara Kitabın Xoş Xatirələri...

EHLIKEF

3 Mart 2010 01:45

Siz bu yuxulardan əsasən hansını görmüsünüz?
Hec birini... Men gorduyum yuxular terbiyesizdi))) loooooooooool

Ronnie_7

2 Mart 2010 23:28

Sitat: LARACROFT
Yəqin sən yuxunda Ronaldonu görürsəndə

Hədə düz tapdın)Halal olsun sənə)Sən qalib gəldin sənə bir hədiyə...
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

LARACROFT

2 Mart 2010 23:25

Sitat: Ronnie_9
Nəsə yoxdu mənim yuxularımdan))


Yəqin sən yuxunda Ronaldonu görürsəndə
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Ronnie_7

2 Mart 2010 22:40

Siz bu yuxulardan əsasən hansını görmüsünüz?
Nəsə yoxdu mənim yuxularımdan))
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

LARACROFT

2 Mart 2010 22:14

1. Düşmək ya da Boğulmaq
5. Öldüyünüzü ya da Sevdiyiniz Birinin Öldüyünü Görmək
6. İmtahandan kəsilmək



Mənim yuxularımın çox vaxt əksi olur.Çox az hallarda düz cıxır.
Ən çox hündür bir yerdən düşdüyümü görürəm.Yəqin hündürlükdən qorxuram deyə tez-tez belə yuxular görürəm.
İmtahanlara yaxınlaşanda da elə imtahandan kəsildiyimi görürəm.Çox şükür ki həmişə tərsi olur.
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Paris

2 Mart 2010 21:08

Siz bu yuxulardan əsasən hansını görmüsünüz?

Yuxularim qariwiq olur. Mence her insan yuxuda her wey gore biler cunki bu yuxudur. Belli olmaz..........

p_s_i_X_

2 Mart 2010 20:59

uzr istiyirem ama bunlar serh deyil.senin dediyine qalanda yuxuda gorduyun her sey heyatdakiyla hardasa eynidi.xosuma gelmedi.... eseb

calypso

2 Mart 2010 19:56

hec birini.........

Lineage

2 Mart 2010 19:37

Siz bu yuxulardan əsasən hansını görmüsünüz?

Bu yuxulardan görməmişəm amma bilmirəm bu nədəndi mən ancaq qızları yuxumda görürəm

nepasluwnaya

2 Mart 2010 19:22

1. Düşmək ya da Boğulmaq
5. Öldüyünüzü ya da Sevdiyiniz Birinin Öldüyünü Görmək(bele bir yuxu gormuwdum ve nece gormuwdumse elede oldu,sanki bir weyi 2defe yawadim recourse )
8. İtmək ya da tələyə düşmək

p.s:2-ci gorenler var goren??? lol
--------------------

В воздухе есть что-то такое
Что не дает помнить плохое:))

Hitch

2 Mart 2010 19:13

Siz bu yuxulardan əsasən hansını görmüsünüz?

2. Çılpaq Olduğunu Görmək


amma axir zamanlar nese yuxu gormurem fellow

MR.QARRI

2 Mart 2010 18:42

Siz bu yuxulardan əsasən hansını görmüsünüz?


aaa mən çoxdandı yuxugörmürəm eeee

SabishKa

2 Mart 2010 18:30

İmtahandan kəsilmək Imtahan gunu Bu Yuxunu gormushem elede oldu :))))

Cox vaxt Bugun Neylemishemse o yuxunu sonra gorurem Cox Vaxt ele olur )

GaGuLiK

2 Mart 2010 18:25

Mən yuxuda tez-tez MEGANI görürəm...bu nə deməkdi?

UKA

2 Mart 2010 18:25

Sitat: Britney Spears
ayagivin altina bax demeydi..

Gulme... bee

UKA

2 Mart 2010 17:56

Men yuxumda tez dez ucurumdan duwurem, ne demekdi hec bilmirem ama... no

Kedicik_19

2 Mart 2010 17:53

tesekkurler

Elif_87

2 Mart 2010 17:49

Və həmin vaxt yuxudan ayılıram hara düşürəm onu bilmirəm...