Loading...
Hər kəs bu ölkələrdə yaşamaq istəyir

Hər kəs bu ölkələrdə yaşamaq istəyir

Loading...
Tarixi zənginlikləri, təbii gözəllikləri, mədəni müxtəliflikləri və güclü iqtisadiyyatlarıyla önə çıxan, dünyanın ən yaşanılası 10 ölkəsi. International Living jurnalı tərəfindən hər il nümayiş olunan Həyat Keyfiyyəti İndeksinin 30-unçusu keçdiyimiz günlərdə açıqlandı. Ölkələrin iqtisadiyyat, mədəniyyət, tarixi və təbii gözəlliklər, azadlıq, ətraf, infrastruktur, təhlükəsizlik və risk kimi meyarlara görə sıralandığı siyahının bu ilki birincisi Avropadan çıxdı.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
Fransa

Fransanı ən yaşanılar ölkələr arasında birinciliyə çıxaran iki faktor çox yaxşı işləyən sağlamlıq sistemi və dadına doyum olmayan yeməkləri. Fransada tətbiq olunan sosial sığorta sistemi, ölkə əhalisinin 80%-ini əhatə edir. Hökumət ayrıca, sərbəst peşə sahibləri və əkinçilik işçiləri üçün əlavə büdcə təmin edir. Dünyanın ən gözəl şərabını istehsal edən ölkəsi olaraq qəbul edilən Fransada, əlavə 400 növ pendir istehsal edilir. Fransanın pis tərəfləri isə möhkəm bürokratiya və yüksək vergilər.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
Avstraliya

Ən hərəkətli və sağlam həyat tərzinə sahib ölkə qəbul edilən Avstraliyada, balıqçılıq, və su idmanları xalqın ən böyük məşğul oluğu sahələri. Ölkədə insanlar həftə sonlarını sahildə keçirməyi adət ediblər. Sahib olduğu immiqrant əhali Avstraliyanın mədəniyyətinə rəng qatır. Avstraliya xalqı ümumiyyətlə isti qanlı quruluşuyla tanınır. Ölkədəki başlıca problem, yüksək iqamətgah qiymətləri olaraq göstərilir.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
İsveçrə

Təbii və iqtisadi zənginlikləriylə, Avropada ən keyfiyyətli həyat imkanlarından birini təqdim edən İsveçrə, dünyanın bankçılıq nəhəngi olaraq qəbul edilir. Bunun başlıca səbəbi, Avropa Birliyi (AB) və Avro Bölgəsi üzvü olmayan ölkədəki bankçılıq əməliyyatlarının həm asanca həm də üst səviyyə gizlilik içində olması. Güclü bir mədəniyyəti olmadığı deyilən ölkədə, son dövrdə həddindən artıq siyasi görüşlər yüksəlir.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
Almaniya

Almaniya, başdan aşağı bir sənət ölkəsidir. Ölkə daxilində cəmi 300 teatr, 130 orkestr var. Almaniyadakı 500 sənət muzeyi hər sahədən minlərlə əsərə ev sahibliyi edir. Hər il tam 100 min yeni kitabın çap edildiyi Almaniyada, gündəlik qəzet sayı 350'dən çoxdur. Avropanın ən inkişaf etmiş sənayelərindən biri olan Almaniya dünyanın ən məhsuldar ictimai sistemlərindən birinə sahibdir. Ancaq lüm-lüt təbiət gəzintisinə çıxan insanlar bir az cansıxıcı ola bilər.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
Yeni Zelandiya

Sakit Okeanda yerləşən ada ölkəsi Yeni Zelandiya, dünyanın ən gözəl mənzərələrindən birinə sahibdir. Əhalisi 4,5 milyona yaxınlaşan ölkədə, adam başına düşən gəlir 27 min dollar ətrafında. Yoxsulluğun çox az olduğu, cinayət nisbətinin az haradasa sıfır olduğu ölkədə tam bir sükunət mühiti hakimdir. Yeni Zelandiyanın öz adına gözəl, dünya adına pis olan xüsusiyyəti, qanunları səbəbindən bu ölkəyə köç etmənin az haradasa qeyri-mümkün olmasıdır.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
Lüksemburq

Avropanın ortasındakı Lüksemburqda, bir çox dil eyni anda danışılır. Çox müxtəlif bir mədəniyyətə sahib olan ölkədə, hər tin başında Michelin ulduzlu bir restoran görə bilərsiz. Yalnız 2 min 586 kvadrat kilometr ərazisi olan Lüksemburq, 420 min vətəndaşlı əhalisiylə çox da canlı olmayan bir həyat tərzinə sahibdir.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
ABŞ

Bir-birindən fərqli mədəniyyətləri və hər zövqə xitab edə biləcək fərqli əyləncə anlayışlarını saxlayan ABŞ, səyahət üçün seçim edilə biləcək ən mükəmməl yerlərdən biri. New Yorkdakı Times Meydanı, Las Vegas, Niagara Şəlaləsi, Disneyland, Böyük Yarğan Milli Parkı, Havay Waikiki Sahili, Vaşinqtondakı abidə parklar və Empire State Binası ABŞ'da görülə biləcək yerlərdən yalnız bir neçəsidir. Dünyanın ən komfortlu ölkəsi olaraq görülən ABŞ'ın bu rahatlığının şişirdilmiş olduğunu deyənlərdə də var.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
Belçika

Keyfiyyətli şokoladları, pivələri və məşhur kartof qızartmaları Belçikanın tək müsbət tərəfi deyil. Avropanın ən yaşıl paytaxtı, NATO və AB'nin mərkəzi Brüsel, yalnız 150 min vətəndaşı ilə dünyanın ən rahat yaşana bilinən şəhərlərinin ilk sırasında gəlir. Ancaq Brüsel küçələrini dolduran kobud sifətli siyasətçilər üzündən Belçikada gülər üzlü insanlara həsrət qala bilərsiniz.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
Kanada

Adam başına düşən elektrik istehlakının, gəlirin və həyat sahəsinin ən çox olduğu ölkələrdən biri Kanada. Ovsunlayıcı bir təbii gözəlliyə sahib olan ölkə, düşərgə, xizək, balıqçılıq, alpinistlik, kano və dağ velosipedi kimi təbiət idmanları üçün mükəmməl bir coğrafiyaya sahib. Quebec, Calgary, Ottawa, Vancouver və Toronto kimi bir çox Kanada şəhəri dünyanın ən bahalı 100 şəhəri arasında. Bu ölkədə, doğru düz bir həyat qura bilmək üçün çoxlu pul qazanmanız şərtdir.

Hər kəs bu ölkələrdə yaşamaq istəyir
İtaliya

Hər küncündən tarix fışqıran paytaxt Roma, modanın mərkəzi Milan, tarixi şəhər Perugia və tətil mərkəzi Calabria... İtaliya, turistik, tarixi və mədəni müxtəlifliyiylə hər vaxt seçilən bir ölkə. Dünyanın ən gözəl zeytunyağları və şərabları bu ölkədə istehsal edilir. Yeməkləri, tarixi və təbii gözəlliklərinin yanında Avropanın dördüncü böyük iqtisadiyyatına sahib İtalyanın insanı da həyatından məmnundur. Ölkənin bir tək problemi var, o da seks xəsdəliyi ilə vətəndaşlarını utandıran şor göz Baş nazir Silvio Berlusconi...

P.S Bu ölkələrdən hansında yaşamaq isdəyərdiz?
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

serxanbatista

6 İyul 2015 14:56

almaniya ve isvecrə

lalo.

28 Mart 2010 21:18

misirden xowum gelir.

Ronnie_7

13 Fevral 2010 12:47

OOOO Fransaa)))Orda ancaq çox istəyirəmdə Fransada və İspaniyada olmaq))İnşallah Allah qoysa hərə öz istəyinə çatar)
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

GaGuLiK

12 Fevral 2010 22:43

Sitat: Pervane-Evropa
daha doqrusu turk, azeri azdir.

bax bu sözü düz didin ora ki müsəlman xüsuiylə azəri girdi ora batdı ))

Pervane-Evropa

12 Fevral 2010 22:41

GaGuLiK,


smile Hollandiyanin erazisi azerbaycandan 2 defe kicik, ehalisi ise 2 defe boyuk oldudqunu bilirem. 60 % -de suyu qurubmaqla yaraddiqlarinida, bele bir deyimde var "Yer uzunu Allah-Tala, hollandlar ise Hollandiya yaradib "

Achigin deyim niye bura tehlukesiz ve seliqelidir, ona gore ki burda muselman, daha doqrusu turk, azeri azdir.


Cin gorurem,sheytan gorurem qorxmuram,
Harda muselman gorurem qorxuram
M.E. Sabir

GaGuLiK

12 Fevral 2010 22:40

Sitat: CoSa_NoStRa
Hər adamın işi deyil piyada Parisə getmək)

hə də sən axı Fuad Müəllimsən ))

Deviant

12 Fevral 2010 22:33

Sitat: GaGuLiK
of of niyə eliyirsən ki Mr Fuad Məllim Professor cənabalrı altı bazar Parijdədi )) diyərəm bir gün səni də aparar )


Həə) Amma hər həftə yox, iki həftədən bir. Çünki, birinci günü həmişə piyada düşürəm yolun qırağına 1 həftəyə çatıram ora) Bir həftə də qayıtmaq üçün)Hər adamın işi deyil piyada Parisə getmək)

GaGuLiK

12 Fevral 2010 21:18

Sitat: PuNKa
))of of)

of of niyə eliyirsən ki Mr Fuad Məllim Professor cənabalrı altı bazar Parijdədi )) diyərəm bir gün səni də aparar )

Kedicik_19

12 Fevral 2010 21:14

Sitat: Sevka_(JoY)
[/b]HAmisi,gozeldi...Amma
--Goresen, bir gecelik qalacagi otelin neche ulduzlu olduguyla maraqlanan insan, ebedi qalacagi axiretile maraqlanirmi?[b]

Raziyam dostum

Estela

12 Fevral 2010 21:12

Gəzməyə görə istəyərəm ancaq))Fransaaaa Paris))of of)

GaGuLiK

12 Fevral 2010 21:06

Sitat: CoSa_NoStRa
Bu ölkələr arasında Almaniya və İsveçrəyə üstünlük verirəm...

can qardaş ) səviyyəli oğlan olduğu bilirdim ) maçi ))


P.S-Qeyd edim ki İsveçrə əhalisi də Alman millətidi !Nəyinki İsveçrə Avstriya da ! Ona Görə də 3ü də mənimdi ))

Deviant

12 Fevral 2010 20:58

Bu ölkələr arasında Almaniya və İsveçrəyə üstünlük verirəm...

GaGuLiK

12 Fevral 2010 20:54

Pervane-Evropa,
Dost
1.Hollandiyanın sahəsi Azərbaycanın sahəsindən 2 dəfə az.Əhalisi isə 2 dəfə çoxdur orda olan olan sıxlığı yaqin özünüz də bilirsiniz.

2.Hollaniyanın sahəsinin 60% süni yolla yəni insan əməyi ilə dənizin içinə torpaq tökməkl yaradılıb onun təhlükəsini özünüz təsəvvür edin.Ölkənin 60% əllə yaradılıb.

3.Alman milləti bəli soyuq millətdir ama çox ağılli və özlərinə qiymət verən milləytdir.Bax elə buna görə sevirəm onları )

Pervane-Evropa

12 Fevral 2010 20:44


GaGuLiK,


Men bir qisa muddet Almaniyadada yashamisham, Darmstadtda. Hemde ishle elaqedar diger sheherlerede tez-tez gelib-gedirem. Amma vallah inan ki bura cata bilmez, duzdu buraninda yaxshi olmayan yerleri var, amma menim yashadiqim sheherde hele bir defede olsun, qeza olsun, bedbaxt hadise olsun hech rastlashmamisam. Arada zarafata deyirem Allah-talanin ele bil bura yadindan cixib, cox tehlukesiz ve gozel yerdir.

Birdeki Almaniyada insanlar cox emosiyasiz ve qurudurlar


Burda bir bu vergiler olmaya, lap super olar

Miss_Zaqadka

12 Fevral 2010 20:02

Hemiwe arzusunda oldugum ilk olke Italiya,daha sonra ise Kanada olub....

GaGuLiK

12 Fevral 2010 18:00

Sitat: Pervane-Evropa
Amma Hollandiyada yahsamaq ucun cox gozel yerdi, sakit, temiz, guleruz....

sən orda qalırsan ona görə elə diyirsən...

Almaniyaya gedənlər qayıtmaq istəmir....

Sevka_(JoY)

12 Fevral 2010 17:58

[/b]HAmisi,gozeldi...Amma
--Goresen, bir gecelik qalacagi otelin neche ulduzlu olduguyla maraqlanan insan, ebedi qalacagi axiretile maraqlanirmi?[b]
--------------------
"hərşey boşdur" - özü də bir boşdur!

Pervane-Evropa

12 Fevral 2010 17:56

Fransa: 2-3 gune gezib gozelliyinden doymaq olur. Hemde insanlari ozlerini cox beyenmishdiler, hami ingilisce bilsede, sual verirsen yalniz Fransiz dilinde cavab verir, ozude forsla. Hec yashmaq istemezdim.

Almaniya: Orda en gormeli yer Kolin sheheridir, yashamaq istesende turklerin elinden hech yere terpene bilmirsen. Her yer Turkdu.

Italiya: orda yashamaqdansa ele Bakida yashayaram, ne medeniyyet var, ne qanun -qayda.

ABS: Cox tehlukelidir yashamaq mene gore, evden cixandan sonra ola bilerki bir daha eve qayitmayasan:)

Kanada-sakit yerdi, yashamaq olar.

Amma Hollandiyada yahsamaq ucun cox gozel yerdi, sakit, temiz, guleruz....


Lineage

12 Fevral 2010 17:37

Əhalisi az olan ölkələrdə yaşamaq isdərdim bu ölkələr arasında Kanada yaşamaq imkanım olsaydı yaşayardım smile

GaGuLiK

12 Fevral 2010 17:09

Almaniya, başdan aşağı bir sənət ölkəsidir. Ölkə daxilində cəmi 300 teatr, 130 orkestr var. Almaniyadakı 500 sənət muzeyi hər sahədən minlərlə əsərə ev sahibliyi edir. Hər il tam 100 min yeni kitabın çap edildiyi Almaniyada, gündəlik qəzet sayı 350'dən çoxdur. Avropanın ən inkişaf etmiş sənayelərindən biri olan Almaniya dünyanın ən məhsuldar ictimai sistemlərindən birinə sahibdir.

Canım Ölkəm love

Ay Allah Gör Belə Mədəniyyətə.Elmə.Səviyyəyə Malik Ölkə Var ?!

UKA

12 Fevral 2010 17:07

Fransa love

Paris

12 Fevral 2010 16:30

Menim yegane sevdiyim ve gezmek istediyim olke Fransa