Loading...
Müvəffəqiyyət zənginlik və sevgi

Müvəffəqiyyət zənginlik və sevgi

Loading...
Müvəffəqiyyət zənginlik və sevgi

Bazarlığa getmək üçün evdən çıxan bir qadın, qapısının qarşısındakı səkidə oturan dümağ saqqallı üç yaşlını görüncə əvvəl duruxdu,sonra onları bütün səmimiliyiylə evinə dəvət etdi:"Burada belə oturduğunuza görə, üçünüz də acmış olmalısınız" dedi "Lütfən içəri gəlin,sizə yeməyə bir şey hazırlayım".Üç yaşlıdan biri, qadına həyat yoldaşının evdə olub olmadığını soruşdu.Qadın, həyat yoldaşının bir az əvvəl çıxdığını, bu anda evdə olmadığını söylədi.Yaşlı adam başını iki yana yellədi; "Həyat yoldaşınız evdə deyilsə biz də dəvətinizi qəbul edə bilmərik" dedi
Axşam həyat yoldaşı gəldiyində, qadın qarşı səkidəki yaşlı adamlarla arasında keçən danışmağı izah etdi "Sənin evdə olmadığını öyrənincə, içəri girmək istəmədilər" dedi:Yaşlı adamların bu davranışlarını öyrənincə, qadının
həyat yoldaşı kədərləndi "Bir baxçölə"-dedi "Hələ oradadırlarsa, indi dəvət edə bilərsən evə".Qadın qapını açar açmaz, qarşı səkidəki ağ
saqqallı üç yaşlıyla yenidən qarşılaşdı."Həyat yoldaşım gəldi,indi evdədir" dedi və onlara dəvətini təkrarladı; "Yeməyimizi birlikdə yemək üçün sizi indi dəvət edə bilərəmmi evimizə?" Qadının dəvətinə yaşlılardan biri cavab verdi; "Biz
heç bir evə üçümüz birlikdə getmərik" dedi və qısa bir aradan sonra, bir şərh etdi; "Sağ yanımdakı yoldaşımın adı: Zənginlikdir.Bu yanımda oturan yoldaşımın adı: Müvəffəqiyyət, mənim adımisə Sevgidir.Özünü və yoldaşlarını tanıtdıqdan sonra Sevgi,qadına maraqlı bir təklif etdi: "İndi evinizə gedin və həyat yoldaşınızla baş-başa verib, bir qərara gəlin" dedi "İçimizdən yalnız birimizi dəvət edə bilərsiniz evinizə.Hansımızı dəvət etmək istədiyinizə qərar verin,sonra gəlin, qərarınızı bizə deyin".Qadın, Sevginin təklifini həyat yoldaşına izah etdiyində, adam
sevincdən göylərə atıldı "Nə gözəl, nə gözəl" dedi."Hansını dəvət edəcəyimizi bizə buraxdıqlarına görə,biz də içlərindən Zənginliyi dəvət edərik və evimiz də bir anda zənginliyə qovuşmuş olar".Həyat yoldaşının qərarı, qadının heç də xoşuna gəlmədi."Müvəffəqiyyəti dəvət etsək, daha məntiqli bir qərar vermiş
olarıq" dedi.Qayınanasıyla, qayınatasının bu danışmasına,içəridəki otaqda olan gəlinləri də qulaq asmışdı.Qaçaraq içəri girdi və o da öz təklifini söylədi
"Ən doğru qərar, Sevgini dəvət etmək deyilmi?" dedi "Düşünün, evimiz bir anda sevgiyə qovuşacaq".Gəlinin bu təklifi, qayınatanın da, qayınananın da
çox xoşlarına gəldi."Yaxşı, ən doğru qərar bu olacaq"dedilər "Sevgini dəvət edək".
Qadın qapını açdı və üç yaşlıya birdən soruşdu; "İçinizdə hansınızdə Sevgi? Onu dəvət etməyə qərar verdik.Lütfən buyursun".Sevgi ayağa qalxdı, evə doğru getməyə başladı.Yoldaşları da ayağa qalxdılar və Sevginin arxasından,onlar da evə doğru getməyə başladılar.Qadın, böyük bir qarışıqlıq və həyəcan içində, Zənginliklə Müvəffəqiyyətdən soruşdu:"Siz nə üçün gəlirsiniz? Mən tək Sevgini dəvət etmişdim"
Qadının bu sualına, üç yaşlı birlikdə cavab verdilər:
"Əgər içimizdən tək Zənginliyi ya da Müvəffəqiyyəti dəvət etmiş olsaydınız, dəvət edilməyən ikimiz çöldə gözləyəcəkdik.Lakin siz Sevgini dəvət etdiniz.Bu vəziyyətdə
üçümüz birdən gəlmək məcburiyyətindəyik evinizə"
Və qadının "Nə üçün?" deyə soruşmasını gözləmədən,Zənginlik və Müvəffəqiyyət sözlərini belə davam etdirdilər:"Çünki Sevginin olduğu hər yerdə, biz Zənginlik
və Müvəffəqiyyət də hər vaxt, onun yanında olarıq"
Loading...

OXŞAR XƏBƏRLƏR

Загрузка...

SON XƏBƏRLƏR

_LOVE_

24 Mart 2010 01:23

ilove

Kedicik_19

13 Fevral 2010 19:18

Oxumu$dum bu hekayeni!tesekkurler

MR.QARRI

10 Fevral 2010 10:56

çoxxx ibrətli hekayədi əlaaaaa..................

UKA

10 Fevral 2010 00:54

Sitat: PRAQMATIK
SevgiAllahin insanlara verdiyi en boyuk lakin deyeri bilinmeyen nemetlerinden biri

yes good

PRAQMATIK

10 Fevral 2010 00:51

Müvəffəqiyyət-Arzularin ugura beraber oldugu an
Zənginlik -Muveffeqiyyetin acari.
SevgiAllahin insanlara verdiyi en boyuk lakin deyeri bilinmeyen nemetlerinden biri

Gitarist

10 Fevral 2010 00:05

tewekkur 5+

QARACUXURLU XAKKER

9 Fevral 2010 23:53

good good good

Mudur_Oglu

9 Fevral 2010 23:52

winked winked winked

m.Hesenzade

9 Fevral 2010 23:42

Aynuş xəbərlərim hmişə ki kimi super)
--------------------
Qara Kitabın Xoş Xatirələri...

LARACROFT

9 Fevral 2010 22:56

Oxudum əla xəbərdi
--------------------
Heç bir bəzək və paltar bir qadını, analıq sevgisi qədər gözəlləşdirə bilməz!...

Ronnie_7

9 Fevral 2010 22:23

Gözəl və maraqlı yazıya görə təşəkkür...
--------------------
"Mənim ən yaxın dostum, güzgüdür. Çün ki mən ağlayanda o gülmür!" give_hea

HellsAngeL

9 Fevral 2010 22:20

təşəkkürlər music_is_my_world

XeTaI

9 Fevral 2010 21:44

Dəyərli yazıya görə təşəkkürlər.

UKA

9 Fevral 2010 21:39

Twk...

Miss_Zaqadka

9 Fevral 2010 21:15

Tewekkur..hemiweki kimi xeberin yene de coooooooooooox maraqlidi.

Rammstein-

9 Fevral 2010 21:11

3-unde isteyirem en 4ox muveffeqiyyet....

ve hamiya da arzulayiram

GaGuLiK

9 Fevral 2010 21:11

əsərin 25% ni oxuya bildim eziyyete 5+ tesekkür